Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanı kim sifariş verib?
Tarix: 20.07.2018 | Saat: 13:14:00
Bölmə:Siyasət | çapa göndər

The London Post, Böyük Britaniya
20.07.2018

Müəllif: Seymur Məmmədov

Bu gün Azərbaycan regionda təhlükəsizlik, sülh və sabitlik adasıdır. O, böyük regional layihələri uğurla həyata keçirərək qətiyyətlə və sürətlə irəliləyir. Prezidenti İlham Əliyevin rəhbərliyilə ölkə siyasi, sosial, iqtisadi, hərbi və mədəni sahələrdə uğurlar əldə edir. Lakin bəzi xarici qüvvələr beynəlxalq arenada etibarlı tərəfdaş adını qazanmış, özünü sülhpərvər və tolerant dövlət kimi təsdiqləmiş Azərbaycanın artan nüfuzunu həzm edə bilmir.

Bütün bunların fonunda, bəzi xarici qüvvələr Azərbaycanın beynəlxalq imicini korlamaq, azərbaycanlılar arasında qorxu və təlaş yaratmaq, vətəndaşları mərkəzi hökumətə, hakim partiyaya və prezident İlham Əliyevə qarşı qoymaq məqsədilə çirkin əməllərə əl atmağa, hətta terror aktları belə, həyata keçirməyə hazırdır.

Bir neçə faktı nəzərinizə çatdırım. 2018-ci il iyulun əvvəlində Azərbaycanın Bakıdan sonra ikinci böyük və vacib şəhəri olan Gəncədə terror aktları törədilib. Din adı altında pərdələnmiş, xaricdən maliyyələşən radikal şiə qrupları bir neçə terror aktına əl atıb. İyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və cangüdəni Qasım Aşbazova sui-qəsd edilib. Cinayəti törətmiş Rusiya vətəndaşı Yunis Səfərov (milliyətcə azərbaycanlı) polislər tərəfindən tərkisilah olunaraq saxlanılıb. İstintaq zamanı məlum olub ki, Y.Səfərov hələ bu ilin yanvarında icra başçısını öldürməyi planlaşdırıbmış. Lakin onun səyləri uğurla nəticələnməyib. Hazırda E.Vəliyevin və cangüdəninin səhəti yaxşıdır. Onlar müalicə olunurlar.

Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Y.Səfərov bundan əvvəl hazırda İranda yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi hazırlıq keçməsi, hərbi əməliyyatlarda iştirak etməsi üçün Suriyaya göndərilibmiş. Məlum olub ki, Azərbaycana qarşı müntəzəm olaraq radikal fikirlər səsləndirən T.İbrahimbəyli 2017-ci ilin yanvarında radikal şiə saytlarından birində Gəncənin icra başçısına qarşı sui-qəsd çağırışı da edib. Üsmumiyyətlə, bir sıra Azərbaycan vətəndaşı 2013-2016-cı illərdə T.İbrahimbəyli tərəfindən İranın Qum şəhərinə toplanaraq qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərilib.

İkinci terror aktı 2018-ci il iyulun 10-da yenə də Gəncədə törədilib. Radikal dini hərəkatı dəstəkləyən bir qrup insan (təxminən 150-200 nəfər) Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısındakı meydanda asayişi pozmağa cəhd edib. Bıçaq və xəncərlərlə silahlanmış qrup yüksək rütbəli polislərə hücuma keçib. Nəticədə Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəsi müavini, polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetiriliblər. Azərbaycan hüquq-mühafizə orqanlarının qətiyyətli addımları sayəsində bu qeyri-qanuni hərəkətlərə də son qoyulub, onlarla insan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Hazırda Azərbaycanda siyasi vəziyyət sabitdir, hüquq-mühafizə orqanları qaçmağa macal tapmış terrçuların axtarışlarını davam etdirir.

Qeyd edək ki, hadisələrin istintaqı zamanı erməni izi də üzə çıxıb. Azərbaycan Baş Prokurorluğunun, Dövlət Təhlükəzilik Xidmətinin və Daxili İşlər Nazirliyinin birgə bəyanatında bildirilib ki, “əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb”.

Hüquq-mühafizə orqanlarının birgə bəyanatından 2 gün sonra, yəni iyulun 15-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Azərbaycan-Ermənistan sərhədinin Qazax istiqamətindən Azərbaycan ərazisinə daxil olmağa çalışıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan bölmələri heç bir itki vermədən nəinki düşmənin ölkə ərazisinə daxil olmasının qarşısını alıb, hətta erməni kəşfiyyatçılarından birini əsir götürüb. O, Karen Kazaryandır (1984-cü ildə anadan olub).

Amma bu da son deyil. Missiyalarını yerinə yetirə bilmədiklərinə görə ümidsizliyə qapılmış radikal dini qrup üzvləri Gəncə hadisələrini Sumqayıtda da təkrarlamağa cəhd edib. Nəticədə hüquq-mühafizə orqanları iyulun 15-də Sumqayıtda radikal dini qrupun üzvü olan 18 nəfəri saxlayıb. Bu qrup Sumqayıtda iğtişaş və qarşıdurma yaratmaqla, şəhərin sosial-siyasi sabitliyini pozmağa çalışırmış.

Beləliklə, Gəncə hadisələrindən hansı nəticələri çıxarmaq olar?

Birincisi, terror aktlarını törədən şəxslərin dinə heç bir aidiyyatı yoxdur. Onlar bundan əvvəl də məhkum olunmuş şəxslərdir. Bu şəxslərin din adı altında törətdikləri əslində, sülh, hörmət, tolerantlıq, ədalət və mərhəmət dini olan islama qarşı da cinayətdir. Bu yerdə Fransanın islam terrorçuluğu ilə bağlı aparıcı eksperti Olivye Royun sözləri yada düşür. O, bu yaxınlarda nəşr edilmiş, “Cihad və ölüm. İslam dövlətinin qlobal çağırışı” adlı kitabında yazır ki, radikal dini qrup üzvlərinin yarısı kiçik cinayətlərə görə məhkum olunmuş şəxslərdir və onlar radikala yerli məscidlərdə və ya dini icmalarda deyil, həbsxanalarda və ya idman zallarında çevriliblər. Royun sözlərinə görə, onun məlumat ala bildiyi 4 min İŞİD üzvünün 70%-i islam haqda az məlumatlı olub. Üstəlik, onlar islamı seçməzdən əvvəl də radikal imişlər. Ekspert bu şəxsləri “yenidən doğulmuş müsəlmanlar” kimi xarakterizə edir. O hesab edir ki, bu şəxslər zorakı fundamentalizmə qoşulanadək azad yaşayıblar. Bu, islamın radikallaşması deyil, radikallığın islamlaşdırılmasıdır. Royun fikrincə, bu məsələnin kökündən araşdırılmasına ehtiyac var.

İkincisi, Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin siyasətini tam dəstəkləyir. Radikal dini qrup üzvləri Azərbaycanda hakimiyyətin ələ keçirilməsi missiyasını yerinə yetirməkdə Azərbaycan xalqının dəstəyinə ümid edirdi. Lakin onlar azərbaycanlıları öz tərəfinə çəkə bilmədi. Əksinə, Gəncənin və ölkənin digər bölgələrinin əhalisi cinayətkarların qanlı hərəkətlərini qətiyyətlə pisləyir və baş verənləri dövlətçiliyə qarşı terror kimi qiymətləndirir.

P.S. Azərbaycanın müstəqillik əldə etməsindən bu yana dövlətçiliyimizə qarşı bir neçə dəfə hərbi təxribat, terror aktı törədilib, dövlət çevrilişinə cəhdlər olub. Lakin bütün bunlar uğursuzluqla nəticələnib. Bu terror aktlarının effekt verməməsinin başlıca səbəbinisə Azərbaycan prezidenti İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş son iclasda açıqlayıb: “Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm, xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir. Xalq-iqtidar birliyini heç bir qüvvə – nə xarici, nə daxili qüvvə sarsıda bilər”.

Həqiqətən, Azərbaycanda sabitliyin əsas sütunu xalq-iqtidar birliyi, Azərbaycan xalqının dövlət başçısı İlham Əliyev ətrafında sıx birləşməsidir. Bu il keçirilmiş prezident seçkisi bunu bütün dünyaya bir daha nümayiş etdirib. Əhalinin 86%-dən çoxu prezident seçkisində İlham Əliyevə səs verib.

Bütün bu faktlar və rəqəmlər bir daha göstərir ki, Azərbaycan xalqı rəhbərliyinə inanır, prezidentin xarici siyasətini, siyasi, sosial, iqtisadi sahələrdə həyata keçirdiyi islahatları dəstəkləyir. Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi altında siyasi, diplomatik, iqtisadi və sosial sahələrdə güclənir. Odur ki, Azərbaycan xalqının iradəsini nə daxili, nə də xarici qüvvə qıra bilər. Azərbaycan xalqı öz seçimini edib. O, sabit və təhlükəsiz ölkədə yaşamaq istəyir. Bu, yalnız hazırkı hakimiyyətlə mümkündür...

İngilis dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA