Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Misirdə daha bir antik məzar açıldı
Tarix: 20.07.2018 | Saat: 14:12:00
Bölmə:Maraqlı | çapa göndər

Misirin İsgəndəriyyə şəhərində tapılan və Makedoniyalı İsgəndərə aid olduğu güman olunan, təxminən 2,5 min il yaşı olan daş məızar açılıb.

Hafta.az yazır ki, Misirin Antik Əsərlər Nazirliyi, bu ayın əvvəlində, qara qranitdən yonulmuş məzarə tikinti işləri bağlı qazıntılar zamanı aşkarlamışdı. 3 metr uzunluğu, 2 metr hündürlüyü olan 30 tonluq qranit məzar torpağın 5 metr dərinliyində tapılıb.

 

Alimlər Makedoniyalı İsgəndərə aid olduğu güman olunan məzarı açarkən bəlli olub ki, orda çürüyüb-dağılmış üç nəfərin mumiyası var. məzarın qranitit divarında yaranmış çata görə içinə kanalizasiya suyu yığılıb. Elə mumiyalar da bu səbəbdən xarab olub.

Alimlər hesab edirlər ki, mumiyalar Makedoniyalı İsgəndərə deyil, ya Ptolomey (Tolem), ya da Roma İmperiyasının imperator ailəsinə aiddir. Amma təəssüf ki, məzarda mumiyalara aid heykəl və ya yazı, simvol kimi bir şeylər tapılmayıb. "Bu gün antik məzarı açdıq və lənətlənmədik. Mumiyalardan birinin kəllə tasında çox sayda xırda qırıqlar var. Bu da onun iti və sərt bir alətlə ağır yaralandığını göstərir" deyilir alimlərin açıqlamasında.

Qeyd edək ki, alimlər əvvəlcə qranit məzarın yanında tapılan Makedoniyalı İsgəndərin büstünə istinad edərək, mumiyaların ona və ailəsinə aid olduğunu güman edirdi. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019