Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Mətbuata dövlət qayğısı
Tarix: 20.07.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür. Mətbuat bayramının məhz bu gün qeyd olunması Azərbaycan xalqının ilk mətbu orqanı olan «Əkinçi» qəzetinin nəşrə başlaması tarixi ilə bağlıdır. Yeri gəlmişkən, bu gün həm də Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən, özünəməxsus yeri olan «Həftə içi» qəzetinin də 20 yaşı tamam olur. 20 il ərzində «Həftə içi» qəzeti müasir jurnalistikamızda çalışan 10-larla yazarı mətbuatımıza qazandırıb.

Milli Mətbuat Günü ərəfəsində hər il dövlət başçısı səviyyəsində mediaya xüsusi diqqət ayrılır. Artıq neçə ildir ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə çap mediasına maliyyə yardımları göstərilir, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə təmənnasız olaraq həmkarlarımıza mənzillər verilir.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizimlə söhbətində deyir ki, Azərbaycanda mətbuata dövlət qayğısının əsası Ümummilli Lider Heydər Əliyevin dönəmində qoyulub. O, 1990-cı illərin ortalarında Azərbaycan mətbuatının tənəzzül dövrünün yaşadığını xatırladıb. Qeyd edib ki, məhz belə bir vaxtda mətbuata Heydər Əliyev tərəfindən böyük dəstək verilib: "Həmin vaxt qəzetlərin satışı aşağı düşmüşdü. Gəlirlərin azalması səbəbindən qəzet redaksiyalarının nəşriyyata kifayət qədər borcları yaranmışdı. Belə vəziyyətdən çıxış yolu yalnız dövlətin dəstəyi idi. Bu dəstəyi də ulu öndər Heydər Əliyev həyata keçirdi. O andan başlayaraq indiyə qədər bu proses, yəni dövlətin mediaya dəstəyi davam etməkdədir. 26 illik müstəqilliyimiz dönəmində 20 il ərzində biz bu dəstəyi hər zaman hiss etmişik. Çap medianın bu gün yaşamasının ən böyük səbəbi də məhz dövlətin bu sahəyə dəstəyidir. Satış imkanının aşağı olması, məhdud reklamlar indinin özündə də çap mediasını yaşatmaq iqtidarında deyil. Mətbuatın inkişafı ilə bağlı dövlət konsepsiyasının qəbulu, KİV DF-nin yaranması, çap mediasına maliyyə yardımlarının edilməsi yazılı medianı ayaq üstdə tutur. Son illər jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılmaqdadır. 2013-cü ildə 155, 2017-ci ildə 255 mənzildən ibarət iki bina istifadəyə verilib, pulsuz olaraq jurnalistlərə paylanılıb. Beləliklə də 410 jurnalist yeni mənzillə təmin olunub. Növbəti mərhələdə daha 255 jurnalistin mənzil şəraiti yaxşılaşdırılacaq. Ümumilikdə bütün bu sadalanan faktlar dövlətin mediaya, media mənsublarına göstərdiyi diqqət və qayğının əyani sübutudur”.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə hafta.az-a açıqlamasında vurğuladı ki, Azərbaycanda mediaya dövlətin dəstəyi həm mətbuat tariximizdə, həm də ümumilikdə dünya miqyasında mətbuat-dövlət münasibətlərində keyfiyyətcə yeni modeldir. Onun sözlərinə görə, bu model tamamilə özünü doğruldub: "Bir tərəfdən medianın özünün inkişafına yeni şərait açılır. Digər tərəfdən dövlətin mövqeləri güclənir. Həmin dövlətin daxili işlərinə ideoloji təxribat baxımından kənar müdaxilələr məhdudlaşdırılır. Bununla yanaşı, media ilə dövlət arasında tamamilə yeni münasibətlər yaranır. Azərbaycanda mediaya dövlətin verdiyi dəstəyin ortaya qoyduğu ən böyük nəticə bundan ibarətdir ki, dövlətin yanında olmayan medianın güclü olmasının qeyri-mümkünlüyünü bu mexanizm bir daha sübut etdi. Yalnız dövlət ilə birlikdə olan medianın qarşısında böyük inkişaf perspektivləri var. Hələ illər öncə Azərbaycanda dövlətin dəstəyi medianı əhatə etmirdi. O zaman bəzi xarici donor mərkəzlərinin müəyyən maliyyə və metodiki idarəçiliyi altında olan bir sıra media qurumları var idi. Ancaq indi bu cür media qurumları yoxdur. Bu fakt bir daha onu göstərir ki, öz dövlətinin himayəsinə sığınmayan media qurumları uzun müddət yaşaya bilməz. Belə media qurumları fəaliyyət göstərdiyi müddətdə yad ideoloji mərkəzlərin sadəcə əl buyruqçusu funksiyasına çevrilirlər. Ona görə də Azərbaycanda mediaya dövlətin dəstəyi dövlətçilik məsələsidir. Bu, medianın peşəkarlığının artırılmasına, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasına böyük təkan verir. Ən əsası isə dövlətin milli təhlükəsizlik konsepsiyasının ən vacib məsələlərindən biridir. Bütün bunları nəzərə alaraq bir daha qeyd etmək istərdim ki, dövlətin mediaya dəstəyi rasional nəticə verən mexanizmdir. Azərbaycan dövləti var olduqca bu mexanizm işləyəcək”.
"Azərbaycan mətbuatı heç vaxt indiki qədər dövlət və ictimai qayğı ilə əhatə olunmayıb. Eləcə də, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər mətbuata xüsusi diqqət və qayğı mövcud deyil".

Bunu isə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Millət vəkilinin sözlərinə görə, bu gün ölkəmizdə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir. Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan Respublikasında söz və mətbuat azadlığının təmin olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Millət vəkili xatırladıb ki, Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu Öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu Öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu, 2000-ci ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı"nını təsdiq olunması, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması, bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması, sonradan isə ləğv edilməsi, 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurasının yaradılması və bu kimi digər əhəmiyyətli addımlar Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın problemlərinin həlli ilə bağlı da çox ciddi addımlar atıldığını və müvafiq tədbirlər görüldüyünü xatırladan baş redaktor deyib ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı ciddi əsaslara malikdir. Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan mətbuatında söz və fikir azadlığının təmin olunmasının konstitusion əsasları var. "Siyasi iradə də ölkə mətbuatının azadlığını müdafiə edir. Hesab edirəm ki, ölkəmizdə çətin elə bir adam tapılsın ki, öz fikrini, sözünü azad ifadə edə bilmədiyini söyləsin. Belə bir şəraitdə düşünürəm ki, doğrudan da, Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olub. Vəzifə mövqeyindən asılı olmayaraq, hamı istənilən məsələ haqqında müxtəlif qəzetlərdə fikirlərini sərbəst şəkildə ifadə edir", - deyə Hikmət Babaoğlu vurğulayıb.
Bir sıra islamofob, imperialist mərkəzlərin təlimatları ilə fəaliyyət göstərən, təzyiq qrupları kimi çıxış edən beynəlxalq təşkilatların Azərbaycanda mövcud olan söz və mətbuat azalığı, ölkə mediasının inkişafı ilə bağlı bəzən həqiqətdən uzaq, qərəzli fikirlər, bəyanatlar səsləndirdiyini xatırladan H.Babaoğlu əlavə edib ki, bu cür bəyanatlar Azərbaycanda söz və mətbuat azadlığının olduğuna heç bir şübhə yarada bilməz. "Ölkəmizdə intellektul-mədəni cəmiyyət formalaşıb. Hər hansı bir qeyri-hökumət təşkilatının manipulyasiya vasitəsilə Azərbaycanda ictimai rəyə təsir etməsi mümkün deyil. Digər tərəfdən, Azərbaycanın çox güclü media ordusu var və Azərbaycan mediası qlobal informasiya məkanında nə baş verdiyini - hansı transmilli medianın və ya qeyri-hökumət təşkilatının nəyə xidmət etdiyini dərk edir. Üstəlik, bu prosesləri obyektiv şəkildə Azərbaycan cəmiyyətinə "tərcümə edir". Ona görə də, imperializmə xidmət edən "yumşaq güc" vahidləri düşünməsinlər ki, bu cür informasiyalarla hədəfə sərrast atəş aça bilirlər. Onların açdığı atəş "bumeranq" effekti ilə özlərinə dönür. Çünki atəşin kim tərəfindən nə məqsədlə açıldığı Azərbaycan ictimaiyyətinə bəllidir", - deyə millət vəkili vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA