Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanlı alim Vatikanın məxfi arxivində işlədi - GÜNÜN TƏZADLARI
Tarix: 20.07.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Fərid Ələkbərlinin Vatikan Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətlərdə olduğu bilindi. Hafta.az yazır ki, bu haqda “REAL” telekanalında məlumat verilib. Fərid Ələkbərli 2011-2014-cü illərdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə Vatikana ezamiyyətlərə gedib. Səfərlərin əsas məqsədi Vatikanın məxfi arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkarlanması və ilkin araşdırmaya cəlb olunması idi. Fərid Ələkbərli “REAL”a müsahibəsində Vatikan təəssüratlarından danışıb.


Deputat qoca pişiyi pensiyaya çıxarmağı təklif etdi


Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan üzvü Vitali Milonov hazırda Sankt-Peterburqdakı Ermitaj muzeyində yaşayan məşhur Ahilla adlı qoca pişiyə pensiya ayırmaq barədə təklif verdi. Hafta.az bu haqda Rusiya mediasına istinadla xəbər yayıb. Deputat hesab edir ki, bu yaşlı pişik illərboyu muzeydəki gərəkli pişik xidmətlərinə görə (gəmiriciləri tutmaq və s.) görə pensiyaya layiqdir.
“Ermitaj Ahillaya pensiyasının aylıq ödənişini yem və yemək üçün qab şəklində təşkil edə bilər”, - deyə V. Milonov bildirib.
Hazırda Ahilla üçün layiqli sahib axtarırlar. İndiyədək 27 adam pişiyi evinə aparmaq üçün müraciət edib.


Bakıda çökən yolun altından ikimərtəbəli tikili çıxdı


Bir neçə gün öncə C.Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsində tapılmış zirzəminin qazıntı işlərinin davam etdirilməsindən sonra ikimərtəbəli olduğu bilindi. Hafta.az yazır ki, AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözcüsü Anar Nəcəfli deyib. O bildirib ki, müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın zirzəmi hissəsi tamamilə sökülür: “Söküntülər zamanı zirzəminin 2 mərtəbəli olması müəyyən olunub. Hazırda zirzəminin hər iki mərtəbəsinin söküntüsü işləri aparılır... Şərti adı “B-04” olan metro stansiyasının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. “Bakı Metropoiteni” QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb. Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası sındığından müvəqqəti yolda çökmə baş verib”. Xatırladaq ki, çökmə qeydə alınan hissə alternativ olaraq və müvəqqəti salındığı üçün AAYDA-nın balansında deyil.


Azərbaycan yol polisləri magistral yollarda sürücü və sərnişinlərə su payladı


Azərbaycanın magistral yollarındakı stasionar DYP postlarında sürücülərin sürprizlə qarşılaşması haqda informasiyalar yayıldı. Hafta.az “REAL”-a istinadla xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Postlarda yol polisi əməkdaşları avtomobilləri, xüsusilə, Rusiya istehsalı olan və kondisionersiz maşın və mikroavtobusları saxlayırlar. Polis işçiləri sürücü və sərnişinlərə su, həkim yardımı təklif edir, onların durumu ilə maraqlanır. Sürücü və sərnişinlərə pulsuz su verilir, ehtiyacı olanlar həkim müayinəsindən keçirilir. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb.


Ermənistana yük daşıyan azərbaycanlı sürücülərin görüntüləri yayıldı


İran azərbaycanlılarının Ermənistana yük daşımalarının videogörüntüləri yayıldı. Hafta.az yazır ki, Moderator.az həmin görüntüləri Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla təqdim edib. Görüntülərdə erməni jurnalist azərbaycanlı sürücülərdən müsahibə götürür. Onların gəldikləri yolda hansı çətinliklərlə qarşılaşdıqları ilə maraqlanır, gətirdikləri yüklərin nə olduğunu soruşur. Azərbaycanlı sürücülər yol idarəsinin yollara baxmadığını, yolların pis vəziyyətdə olduğunu deyir. Videonun qeydə alındığı tarix məlum deyil.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA