Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “professoru” - HƏFTƏ REYTİNQ
Tarix: 20.07.2018 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olmasıyla bağlı xəbərlərə aydınlıq gətirdi. Müğənni açıqlamasında bildirib ki, “Azərbaycanın Şərq və Qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu götürüb və hazırda həmin mövzunu işləmək üçün Şamaxıdadır: “Hələ ki, fəlsəfə doktoru deyiləm və yayılan məlumatlar yanlışdır. Hazırda Şamaxıdayam və bu mövzunun üzərində çalışıram”.

Oncə bir sıra saytlarda xəbər yayılmışdı ki, xalq artistinin eyniadlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. Sənət dostları Dostəliyevanı təbrik edib. Və guya tanınmış müğənni bu haqda sosial şəbəkədə paylaşım edib: “Mənim uğurlarım sizin sevginizdən yaranır. Sənət, ədəbiyyat, nəfəs də sevgidən doğulur”.
Bir müddətdən sonra AMEA-dan da rəsmən bildirilib ki, sözügedən mövzuda yayılmış infrmasiyalar yanlışdır və Nazpəri Dostəliyevanın professor olması haqda nümayiş etdirilmiş sənəd saxtadır.

 

Həftənin “tualet kağızı”


“Napoli” azarkeşləri Kriştiano Ronaldonun “Yuventus”a keçidinə etiraz olaraq etdikləri hərəkətlə diqqət çəkdilər. Bəzi azarkeşlər portuqaliyalı hücumçunun şəkillərini tualet kağızının üzərinə yapışdıraraq həmin tualet kağızlarını dükanlarda satmağa başlayıblar. Xatırladaq ki, “Napoli” azarkeşləri bundan əvvəl eyni hərəkəti “Yuventus”a transfer olunan sabiq futbolçuları Qonzalo İquain üçün də etmişdilər. Qeyd edək ki, Ronaldo bu ay 112 milyon avroya “Real”dan “Yuventus”a transfer olunub.


Həftənin “ölüşünası”


ADP sədri Sərdar Cəlaloğlu ölkədə fəlaiyyət göstərən 50-yə yaxın partiyanı “ölü canlar” adlandırdı. Partiya rəhbəri mediaya açıqlamasında belə deyib: “Azərbaycanda faktiki olaraq 6-7 partiya geniş və ya məhdud şəkildə fəaliyyət göstərir, yerdə qalan partiyaların mövcudluğuna, qeydiyyatda saxlanmasına ehtiyac yoxdur. Nəticədə fəaliyyəti olmayan siyasi təşkilatlar yaradılır və beləliklə insanlarda da çaşqınlıq yaranır ki, ölkədə 55 siyasi partiyanın olmasına baxmayaraq, onlardan heç biri xalq qabağında vəzifələrini yerinə yetirmirlər.
Bu partiyaların böyük əksəriyyəti 1993-cü illərdə qeydiyyatdan keçib. 20-30 il keçməsinə baxmayaraq, demək olar ki, partiyaların fəaliyyətsizliyi müşahidə edilir. Mən siyasi partiya sədriyəm, lakin 6-7 partiyadan başqa digərlərinin adını bilmirəm, nəinki onların fəaliyyəti barədə. Həmin siyasi təşkilatların rəhbərləri yoxdur, ölkənin ictimai-siyasi həyatı ilə bağlı bu günə qədər nə bir bəyanatları, çıxışları, nə də münasibətləri var. Bu partiyalar bir növ ”ölü canlar" kimi saxlanılır.


Həftənin “sevimli müəllimi”


Maraqlı addımları ilə yadda qalan lerikli müəllim Seymur İbrahimov bu dəfə də diqqət mərkəzinə düşdü. Lerik rayonunun Lərmərud kənd məktəbində çalışan müəllim uşaqlara sevinc bəxş edib. Daim şagirdlərlə səmərəli vaxt keçirdiyindən və onları həvəsləndirəcək işlər gördüyündən müəllimə Bakıda fəaliyyət göstərən otellərdən biri tərəfindən futbol topu hədiyyə olunub. “50 ədəd futbol topu verildi ki, ucqar kəndlərdə yaşayan balaca uşaqlara hədiyyə aparım. Bu kimi təşəbbüsləri ürəkdən alqışlayır, uşaqlara kömək olanlara təşəkkür və sevgilərimi ünvanlayıram” – deyə Seymur müəllim bildirib. Bundan sonra müəllim Cənub rayonlarının bir neçə kəndində yaşayan uşaqların görüşünə gedib. S.İbrahimov ona təqdim olunan topları azyaşlılara hədiyyə edib.


Həftənin “futbol qazancı”


Rusiya ev sahibliyi etdiyi DÇ-2018-dən təqribən 13.7 milyard dollar qazandı. Bu barədə Rusiya Tur Operatorlarının Assosiasiyasının icraçı direktoru Maya Lomidze jurnalistlərə açıqlamasında deyib. O, Rusiyanın ev sahibliyi etdiyi DÇ-2018-in ən bahalı turnir kmi tarixə keçdiyini bildirib: "Çempionat Rusiyaya 850 milyarddan (təqribən 13.7 milyard dollar) çox rubl qazandırdı. Bu rəqəm turnir üçün xərclənən məbləği demək olar ki, qarşılayır”.


Həftənin “rok-darvazası”


Zaqatalanin Car kənd görənlərin böyük marağına səbəb olan, kənd.sakini Əsildar Buğayevə məxsus darvaza üzə çıxdı. Darvazada rok musiqi qrupunun təsviri canlandırılıb. 8 il öncə ev sahibinin oğlu Ruslan hələ 9 -cu sinifdə oxuyarkən ailəsindən gizli darvazaya adi divar boyasi ilə rok musiqiçilərinin təsvirini çəkib. Atası oğlunun şəkil çəkməyə və rok musiqisinə olan marağından, şəkli hər kəsdən gizli çəkdiyini, hətta yoldan maşın keçəndə görməsinlər deyə gizlənə-gizlənə çəkdiyini deyib. Bu şəkilli darvaza sakinlərlə yanaşı kəndə gələn yerli və əcnəbi turistləri də cəlb edir. Çəkilən tablonu bəyənənlərlə yanaşı, ev sahibinə irad bildirənlərdə az deyil. Bununla belə atanın övladının əl işi olan darvazanı yenidən boyamağa əli gəlmir. Turistlərin icazə istəyərək darvaza önündə şəkil çəkdirdiklərini və eyni zamanda bəzi kənd sakinlərinin və qohumların ona irad bildirdiklərini qeyd edib.


Həftənin “röyaşünası”


“Deyirəm ki , ay Röya, sən nə ağıllı qadınsan? Deyirsən, məndən danişmayın, çəkməyin, amma bu Aygün fanatları yaltaqlanmaqdan bezmədilər” . Bu sözləri prodüser Tarix Əliyev “ATV maqazin onlarla” verilişində əməkdar artist Röyaya atmaca atan Sevil- Sevinc bacılarını tənqid edərkən bildirdi. O, fikirlərini sosial şəbəkədə yazıb: “Mən buradan açıq deyirəm. Sevil- Sevinc, siz deyildiniz, Moskvada Aygün Kazımovaya salam verməyən? O da sizi pərt etdi. Dedi ki, Tolik, o uşaqlara de ağıllı olsunlar, məni səhv salmasınlar. Sonra təyyarədə Aygün Kazımovanı öpdünüz. Siz verilişdə ad çəkmədən danışdığınız müğənninin Röya olmadığını dedilər. Amma ürəyinizdən, ağlınızdan Röya keçibsə, sizə bir məsləhət verim. Siz 20 il də oxusanız, Röyanın yanında dura biləcək müğənni olmayacaqsınız”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA