Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Tarix: 21.07.2018 | Saat: 15:35:00
Bölmə:Hadisə | çapa göndər

İyulun 20-də saat 5 radələrində Xətai rayonunun M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayaraq aradan çıxmağa cəhd edən şəxs ərazidə xidmət aparan 36-cı Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.

Hafta.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, araşdırmalarla onun Bakı şəhər sakini Vaqif Heydər olduğu müəyyən edilib.

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisində 2 nəfərin velosipedlərini və 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tacir Quliyev saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018