Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nazir qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqları müəyyən edib
Tarix: 21.07.2018 | Saat: 15:53:00
Bölmə:Siyasət | çapa göndər

İyulun 21-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazirliyin rəhbər heyətinin iştirakı, həmçinin videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmə komandirlərinin cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Hafta.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki,Keçirilmiş təlimlər, komandanlar və komandirlərin məruzələri, həmçinin qoşunların hərtərəfli fəaliyyətinin yoxlanılmasının nəticələri əsasında cəbhə bölgəsindəki və qoşunların digər dislokasiya yerlərindəki cari vəziyyəti təhlil edərək Müdafiə naziri müvafiq göstərişlər verib.

Gizli idarəetmə və maskalanmanın tələblərinə ciddi riayət etməklə ehtimal olunan döyüş əməliyyatları istiqamətlərində qüvvə və vasitələrin vaxtında cəmləşdirilməsi məqsədilə general-polkovnik Z.Həsənov qoşunların operativliyinin, döyüş hazırlığının, bölmələrin, birləşmələrin yüksək manevrlilik və dəqiq qarşılıqlı fəaliyyətinin artırılması üzrə tapşırıqları müəyyən edib.

Müşavirə zamanı ümumi təhlükəsizlik məsələlərinə, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması, həmçinin qoşunların fasiləsiz və hərtərəfli təminatı ilə əlaqədar göstərişlər verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019