Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakı Şəhəri üzrə Təhsil İdarəsi jurnalistləri təbrik edib - FOTO
Tarix: 21.07.2018 | Saat: 19:49:00
Bölmə:Sosial | çapa göndər

22 iyul - Milli Mətbuat Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib.

Təhsil İdarəsindən hafta.az-a bildiriblər ki, görüşdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

Azərbaycan mediasının zəngin ənənələri olduğunu deyən M.Vəliyeva bütün ciddi media qurumlarının təhsilə, məktəbə, müəllimə daim dəyər verdiyini və bu sahənin fəaliyyətinin obyektiv işıqlandırılmasına həssaslıq göstərdiyini nəzərə çatdırıb.

Ölkə mediasının inkişafında ulu öndər Heydər Əliyevin müstəsna rolundan söz açan təhsil nazirinin müavini Ümummilli Liderin müstəqil mətbuatın təşəkkül tapmasına daim önəm verdiyini nəzərə çatdırıb. M.Vəliyeva qeyd edib ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, fikir və mətbuat azadlığının təmin edilməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər bütün dünyada yaxşı bir örnək kimi qəbul olunur.

Daha sonra çıxış edən media nümayəndələri BŞTİ kollektivinə təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Onlar ötən dərs ilinin paytaxtın təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını söyləyiblər.

Sonda media nümayəndələrinə hədiyyələr təqdim edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA