Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda mətbuata dövlət qayğısının əsası Ümummilli Lider Heydər Əliyevin dönəmində qoyulub - RƏY
Tarix: 22.07.2018 | Saat: 13:53:00
Bölmə:Gündəm | çapa göndər

Iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür. Mətbuat bayramının məhz bu gün qeyd olunması Azərbaycan xalqının ilk mətbu orqanı olan «Əkinçi» qəzetinin nəşrə başlaması tarixi ilə bağlıdır. Yeri gəlmişkən, bu gün həm də Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən, özünəməxsus yeri olan «Həftə içi» qəzetinin də 20 yaşı tamam olur. 20 il ərzində «Həftə içi» qəzeti müasir jurnalistikamızda çalışan 10-larla yazarı mətbuatımıza qazandırıb.

Milli Mətbuat Günü ərəfəsində hər il dövlət başçısı səviyyəsində mediaya xüsusi diqqət ayrılır. Artıq neçə ildir ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə çap mediasına maliyyə yardımları göstərilir, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə təmənnasız olaraq həmkarlarımıza mənzillər verilir.

"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizimlə söhbətində deyir ki, Azərbaycanda mətbuata dövlət qayğısının əsası Ümummilli Lider Heydər Əliyevin dönəmində qoyulub. O, 1990-cı illərin ortalarında Azərbaycan mətbuatının tənəzzül dövrünün yaşadığını xatırladıb. Qeyd edib ki, məhz belə bir vaxtda mətbuata Heydər Əliyev tərəfindən böyük dəstək verilib: "Həmin vaxt qəzetlərin satışı aşağı düşmüşdü. Gəlirlərin azalması səbəbindən qəzet redaksiyalarının nəşriyyata kifayət qədər borcları yaranmışdı. Belə vəziyyətdən çıxış yolu yalnız dövlətin dəstəyi idi. Bu dəstəyi də ulu öndər Heydər Əliyev həyata keçirdi. O andan başlayaraq indiyə qədər bu proses, yəni dövlətin mediaya dəstəyi davam etməkdədir. 26 illik müstəqilliyimiz dönəmində 20 il ərzində biz bu dəstəyi hər zaman hiss etmişik. Çap medianın bu gün yaşamasının ən böyük səbəbi də məhz dövlətin bu sahəyə dəstəyidir. Satış imkanının aşağı olması, məhdud reklamlar indinin özündə də çap mediasını yaşatmaq iqtidarında deyil. Mətbuatın inkişafı ilə bağlı dövlət konsepsiyasının qəbulu, KİV DF-nin yaranması, çap mediasına maliyyə yardımlarının edilməsi yazılı medianı ayaq üstdə tutur. Son illər jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılmaqdadır. 2013-cü ildə 155, 2017-ci ildə 255 mənzildən ibarət iki bina istifadəyə verilib, pulsuz olaraq jurnalistlərə paylanılıb. Beləliklə də 410 jurnalist yeni mənzillə təmin olunub. Növbəti mərhələdə daha 255 jurnalistin mənzil şəraiti yaxşılaşdırılacaq. Ümumilikdə bütün bu sadalanan faktlar dövlətin mediaya, media mənsublarına göstərdiyi diqqət və qayğının əyani sübutudur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018