Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlətin mediaya dəstəyi rasional nəticə verən mexanizmdir - Baş redaktor
Tarix: 22.07.2018 | Saat: 13:57:00
Bölmə:Gündəm | çapa göndər

İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür. Mətbuat bayramının məhz bu gün qeyd olunması Azərbaycan xalqının ilk mətbu orqanı olan «Əkinçi» qəzetinin nəşrə başlaması tarixi ilə bağlıdır. Yeri gəlmişkən, bu gün həm də Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən, özünəməxsus yeri olan «Həftə içi» qəzetinin də 20 yaşı tamam olur. 20 il ərzində «Həftə içi» qəzeti müasir jurnalistikamızda çalışan 10-larla yazarı mətbuatımıza qazandırıb.

Milli Mətbuat Günü ərəfəsində hər il dövlət başçısı səviyyəsində mediaya xüsusi diqqət ayrılır. Artıq neçə ildir ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə çap mediasına maliyyə yardımları göstərilir, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə təmənnasız olaraq həmkarlarımıza mənzillər verilir.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə hafta.az-a açıqlamasında vurğuladı ki, Azərbaycanda mediaya dövlətin dəstəyi həm mətbuat tariximizdə, həm də ümumilikdə dünya miqyasında mətbuat-dövlət münasibətlərində keyfiyyətcə yeni modeldir.

 Onun sözlərinə görə, bu model tamamilə özünü doğruldub: "Bir tərəfdən medianın özünün inkişafına yeni şərait açılır. Digər tərəfdən dövlətin mövqeləri güclənir. Həmin dövlətin daxili işlərinə ideoloji təxribat baxımından kənar müdaxilələr məhdudlaşdırılır. Bununla yanaşı, media ilə dövlət arasında tamamilə yeni münasibətlər yaranır. Azərbaycanda mediaya dövlətin verdiyi dəstəyin ortaya qoyduğu ən böyük nəticə bundan ibarətdir ki, dövlətin yanında olmayan medianın güclü olmasının qeyri-mümkünlüyünü bu mexanizm bir daha sübut etdi. Yalnız dövlət ilə birlikdə olan medianın qarşısında böyük inkişaf perspektivləri var. Hələ illər öncə Azərbaycanda dövlətin dəstəyi medianı əhatə etmirdi. O zaman bəzi xarici donor mərkəzlərinin müəyyən maliyyə və metodiki idarəçiliyi altında olan bir sıra media qurumları var idi. Ancaq indi bu cür media qurumları yoxdur. Bu fakt bir daha onu göstərir ki, öz dövlətinin himayəsinə sığınmayan media qurumları uzun müddət yaşaya bilməz. Belə media qurumları fəaliyyət göstərdiyi müddətdə yad ideoloji mərkəzlərin sadəcə əl buyruqçusu funksiyasına çevrilirlər. Ona görə də Azərbaycanda mediaya dövlətin dəstəyi dövlətçilik məsələsidir. Bu, medianın peşəkarlığının artırılmasına, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasına böyük təkan verir. Ən əsası isə dövlətin milli təhlükəsizlik konsepsiyasının ən vacib məsələlərindən biridir. Bütün bunları nəzərə alaraq bir daha qeyd etmək istərdim ki, dövlətin mediaya dəstəyi rasional nəticə verən mexanizmdir. Azərbaycan dövləti var olduqca bu mexanizm işləyəcək”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ