Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
UNEC-də türk dilində tədrisdə yeni model
Tarix: 23.07.2018 | Saat: 12:42:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanda Türkiyə türkcəsində ali təhsil verən yeganə universitet olan UNEC türk dilində tədrisdə yeni standartlar tətbiq edəcək.

Hafta.az xəbər verir ki, bu məqsədlə UNEC ilə Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

UNEC-in rektoru, professor Ədalət Muradov və Türk Dünyası Araşdırmaları Vəqfinin Sədri Közhan Yazganın imzaladığı sənəddə türk dilində tədrisin təkmilləşdirilməsi və türkdilli iqtisadçı kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi nəzərdə tutulub.

Müqaviləyə əsasən, yeni tədris ilindən UNEC-də türk dilində tədris proqramları universitetin digər fakültələrində olduğu kimi, Avropa Kredit Transfer Sisteminə uyğun aparılacaq. Bu, tələbələrin mobilliyini təmin etməklə yanaşı, təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurlarını asanlaşdıracaq. Türk Dünyası İşlətmə fakültəsi isə “Türk Dünyası İqtisad Fakültəsi” adlandırılacaq. Türk Dünyası Araşdırmaları Vəqfinin Sədri Közhan Yazgan fakültənin fəxri dekanı hesab ediləcək.

UNEC-də tələbələrin türk dilində fənləri daha yaxşı mənimsəməsi üçün Yunus Emrə İnstitutu tərəfindən Türkiyə türkcəsində hazırlıq dərsləri təşkil olunacaq. Tədrisə türk dilini mükəmməl bilən, fənnə uyğun ixtisas və təcrübəyə sahib olan müəllimlər cəlb olunacaq.

UNEC-ə türk dilində “maliyyə”, “iqtisadiyyat” və “biznesin idarə edilməsi” ixtisasları üzrə tələbə qəbulu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçiriləcək. Türkiyə vətəndaşları üçün UNEC-də ali təhsilin əlçatan olması məqsədilə onların təhsil haqları azərbaycanlı tələbələrlə eyni olacaq.

Məzunlara UNEC-in diplomu ilə yanaşı, Türk Dünyası Araşdırmaları Vəqfinin məzun sənədi də veriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ