Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezidentin Fransa səfəri - gözləntilər və nəticələr - TƏHLİL
Tarix: 23.07.2018 | Saat: 16:11:00
Bölmə:Gündəm | çapa göndər

Son bir neçə ay ərzində Azərbaycanın Avropa ilə sıx diplomatik təmasları bölgəmizdə siyasi cəhətdən yeni ab-hava yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev ilk öncə Brüsselə səfər etdi, orada NATO və Avropa İttifaqının rəhbərliyi ilə aparılan danışıqlar, ardınca isə İtaliya prezidentinin ölkəmizə ziyarətinin nəticələri çox uğurlu oldu. Daha sonra isə Prezident İlham Əliyevin Fransaya möhtəşəm rəsmi səfəri reallaşdı. Bu ziyarət Avropa İttifaqının aparıcı üzvünün yeni rəhbərliyinin ölkəmizlə bağlı mövqeyi, Dağlıq Qarabağ münaqişəsinə yanaşma tərzi, Aİ ilə aparılan danışıqlar barədə birbaşa məlumat almaq və istəklərimizi çatdırmaq baxımından çox mühüm əhəmiyyət daşıdı.

Azərbaycan hər zaman özünün fəal xarici siyasət kursu ilə seçilib. Bu siyasət bölgədə maraqların balanslaşdırılması, bütün fəal oyunçularla milli maraqlarımız çərçivəsində sıx əməkdaşlığın uğurlu sintezinə əsaslanır. Təbii ki, istər Avropa İttifaqı, istərsə də ABŞ və Rusiya ölkəmizin Cənubi Qafqazın əsas oyunçusu olduğunu yaxşı dərk edir. Xüsusilə də Azərbaycanın siyasi lideri ilə təzyiq yolu ilə danışaraq nə isə əldə etməyin mümkünsüzlüyünü anlayırlar. Bu səbəbdən, son səfərlər Azərbaycanın siyasi rəhbərliyinin iradəsinə dünyada göstərilən hörmət və diqqətin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

Bu gün İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ölkə ilə istər energetika, istərsə də digər sahələrdə sıx əməkdaşlıq mövcuddur. Humanitar sahədə Heydər Əliyev Fondunun xətti ilə Azərbaycan bu ölkədə bir çox uğurlu layihələrə imza atıb. Hazırda Azərbaycanın və İtaliyanın hər ikisinin maraq dairəsində olan TAP layihəsinin reallaşdırılması prosesi sürətlə davam edir.

Fransa isə müstəqil Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan ölkələrdəndir. Bir neçə tarixi faktlara nəzər salaq. Şərqdə ilk demokratik cümhuriyyəti yaratdıqda onun müstəqilliyi məhz Parisdə tanınıb. Sovet işğalından sonrakı dövrlərdə isə Cümhuriyyətin yaradıcalıranın bir çoxu yaşamaq üçün Fransanı seçiblər. Böyük Vətən müharibəsi illərində isə yüzlərlə azərbaycanlı bu ölkənin müstəqilliyi uğrunda faşizmə qarşı mübarizə aparıblar. Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyimizi ikinci dəfə qazandığımızda isə Ümummilli lider Heydər Əliyevin ilk xarici səfərlərindən biri 1993-cü ilin ekabrında Fransaya reallaşdırdı. Ulu Öndərin davamçısı İlham Əliyevin Prezidentliyi dönəmində də Fransaya çoxsaylı səfərlər reallaşıb. Bu gün ölkəmizdə Fransız liseyi, Azərbaycan-Fransa Universiteti fəaliyyət göstərir.
Dünya siyasətində Fransanın hansı rola malik olduğunu xatırlatmaq yerinə düşər. Bu ölkə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, "G-7" əsas simalarındandır. Hətta onu Avropa İttifaqının "siyasi lideri" belə adlandırırlar. Fransa həm də ATƏT-in üç əsas həmsədrindən biridir. Deməli, Prezident İlham Əliyevin Fransa səfərinin əhəmiyyəti düşünüldüyündən daha böyükdür. İstər Aİ ilə aparılan danışıqlarda Fransanın təsir imkanları, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həllində canlanma yaratmaq üçün Parisin oynaya biləcəyi rol, həm də ölkəmizə xarici sərmayələrin cəlbi baxımından Fransa şirkətlərinin marağının artırılması bu səfər zamanı müəyyənləşdirilmiş əsas hədəflər idi. Dövlət başçısının Fransanın siyasi rəhbərliyi və aparıcı şirkətlərin nümayəndələri ilə keçirdiyi görüşlər, imzalanan sənədlərə əsasən qarşıya qoyulmuş hədəflərə artıqlamasıilə nail olunduğunu söyləyə bilərik.

Prezident İlham Əliyevin Brüssel səfərindən sonra Fransaya ziyarətinin digər mühüm məqamlarından biri də, Azərbaycanın tək Aİ ilə təşkilat kimi yox, həmdə onun ayrı-ayrı üzvüləri ilə ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini göstərir. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan hazırda Aİ-nin 9 üzvü ilə qarşılıqlı strateji tərəfdaşlıq haqqında bəyannamələr imzalayıb. Bu sayın daha da artırılması istiqamətində diplomatik səylər isə davam etdirilir.

O da xüsusi vurğulanmalıdır, bu gün Fransa erməni lobbisinin ən güclü olduğu ölkələrdəndir. Ermənistanın yeni rəhbərliyi isə məhz dünyadakı, özəlliklə də Fransadakı erməni lobbisinin gücünə arxayın olaraq Brüsselə səfər etdi. Səfərdən öncə, Paşinyan daha da irəli gedərək Aİ-dən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbuledilməz mövqe sərgiləməsini tələb etdi, hətta bu tələbi yerinə yetirilməyəcəyi təqdirdə səfərini təxirə salacağı ilə hədələdi. Çox keçmədən özünü "Ermənistanın bundan sonrakı müstəqil siyasətinin qurucusu" olaraq göstərməyə çalışan Paşinyan Brüsselə səfər etmək məcburiyyətində qaldı. Onun Qarabağ münaqişəsi ilə bağlı tələbinə ən tutarlı cavabı Aİ komissarı Moqerini verdi. İstər NATO sammitinin yekun sənədində, istərsə də Aİ ilə sənədlərin paraflanması zamanı Qərb dövlətləri bir daha Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərini açıq şəkildə bəyan etdilər. Paşinyanın yeni baş nazir kimi Qərbə ilk səfəri isə gözləntilərinin əksinə olaraq tam iflasa uğradı. Beləliklə, Azərbaycan Prezidentinin son rəsmi səfərləri Ermənistanın yeni hakimiyyətinə diplomatik sahədə ölkəmizin nə dərəcədə güclü olduğunu göstərdi. İndi isə Paşinyanın başı ruslarla dərddədir. Brüssel fiaskosundan sonra Rusiya forpostunun qərbə doğru meyllənmək cəhdlərinə qarşı yeni baş naziri ölkədə baş verən son hadisələrlə cəzalandırmaqdadır. Beləliklə, Azərbaycan Prezidentnin Fransaya səfəri həm də tək Ermənistan yox, həm də erməni lobbisi üzərində qazanılmış zəfərlə yadda qaldı.

İndi isə Azərbaycan Aİ-nin daha bir nəhəngi, daha doğrusu "iqtisadi lideri" Almaniya kanslerinin səfərinə hazırlaşır. Diplomatik mənbələrin vurğuladığına görə, Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz turu çərçivəsində bölgənin hər üç dövlətinə səfər edəcək. Yuxarıda qeyd olunanları nəzərə alsaq bu səfərin Azəraycan və Ermənistan üçün hansı məntiqi sonluqla nəticələnəcəyini söyləmək artıq indidən mümkündür.

Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018