Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təhsildə mentorluq fəaliyyəti genişləndirilir
Tarix: 23.07.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Son illər təhsilverənlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması istiqamətində atılan addımlar müsbət nəticələr verir

Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin nəticələrinə əsasən fərdi kateqoriya üzrə qalib layihələrdən biri “Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsidir.

Layihənin rəhbəri Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, ehtiyatda olan baş leytenant Vasif Ramazanovdur. Layihənin məqsədi Sumqayıt şəhərinin GÇH rəhbərlərinə müasir təhsilin və cəmiyyətin tələbləri ilə uyğunlaşması üçün geniş spektrli pedaqoji mentor dəstəyinin təmin edilməsidir. Layihənin vəzifələri olaraq aşağıdakılar müəyyən edilib:
-GÇH fənni üzrə metodik vəsait hazırlamaq;
-GÇH mentor saytı dəstəyini təmin etmək;
-Qabaqcıl təlim-tədris təcrübələrini bölüşmək və yaymaq;
-Yeni təhsil proqramı, peşəkar ixtisasartırma və İKT təlimləri;
-GÇH rəhbərlərinin təlim-tədris prosesini müasir tələblərə uyğun qurması ilə təhsilalanların fənnə marağının yüksəldilməsi;
-GÇH rəhbərlərinin ictimai nüfuzunun artmasına nail olmaq.
Layihə iyunun 20-dən sentyabrın 20-dək Sumqayıt şəhərində icra olunacaq. Layihənin icra planına uyğun olaraq, GÇH rəhbərləri üçün layihədə nəzərdə tutulan yeni təhsil proqramı, peşəkar ixtisasartırma və İKT üzrə təlimlər 20 iyun-3 iyul 2018-ci il tarixdə uğurla həyata keçirilib.
Hazırda metodiki vəsaitin və mentor dəstəyi saytının hazırlanması üzərində iş gedir. İyulun 10-dan etibarən respublika üzrə GÇH rəhbərləri üçün onlayn müsabiqə elan olunub. Müsabiqənin şərtləri və layihənin gedişi barədə məlumatlar layihənin saytında (www.gchmentor.com) və facebook sosial səhifəsində (www.facebook.com/groups/509140832561252/) yer alacaq.
Layihənin yekun tədbiri respublikanın qabaqcıl GÇH rəhbərlərinin iştirakı ilə sentyabrın 4-də Sumqayıt şəhərində keçiriləcək.

Qeyd edək ki, dünyanın ən yüksək nəticə göstərən məktəb sistemlərində göstərilir ki, əməkdaşlıq mühiti, effektiv peşəkar inkişafın mühüm hissəsidir. Həmkarların təlim məşğələlərini birgə planlaşdırması, bir-birini müşahidə etməsi, təcrübələr əsasında təkmilləşmələrində vaxt və dəstəyin təmin olunması onları stimullaşdırır. Artıq bütün yüksək məktəb sistemlərində qəbul edilmişdir ki, əgər “yaxşı müəllim yetişdirmək istəyirsinizsə, sizin onlarla birgə işləyən yaxşı mentorlara ehtiyacınız var”. Mentorlar bir sıra ehtiyacların qarşılanmasında mühüm rol oynaya bilərlər. Onlar katalizator rolu oynayaraq uğurlu əməkdaşlıq strukturu təmin etmək bacarığına nail olurlar.
Onu da deyək ki, mentorluq daha təcrübəli və ya daha çox bilikli bir adamın nisbətən az təcrübəli və ya az bilikli bir adama bələdçilik etməsi üçün yaradılmış şəxsi inkişaf əlaqəsidir. Dünya təcrübəsinə görə, mentorluq əlaqələri bütün sahələrdə - şirkətlərdə, təhsil müəssisələrində və müxtəlif təşkilatlarda fərqli hədəf kütlə, yaş qrupu, fərqli məqsədlər əsasında formalaşdırılmış şəkildə tətbiq edilməkdədir. Yəni, şəxslər və təşkilatlar bu qarışıq və daimi dəyişən iş həyatı ilə uzlaşmaq üçün potensialını inkişaf etdirmək məcburiyyətindədirlər. Başqa sözlə, mentorluq sisteminin tətbiq olunmasında əsas məqsəd insan potensialını inkişaf etdirmək, təşkilat (layihə qrupu) mədəniyyətini təmin etmək, akademik və ya karyera yönündən hədəf kütləyə dəstək vermək və bunun nəticəsi olaraq da inkişaf etməkdə olan insan potensialını formalaşdırmaqdır.
Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, təhsilverənlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması, mentorların onlara dəstək göstərməsi, iş prosesi zamanı onlara baş çəkməsi, əməkdaşlıq etməsi, rəy verməsi və fikir yürütməsi təhsildə, məktəbdə perspektivləri təmin edir. Təbii ki, bu gün ölkə təhsilində müasir müəllimin peşəkar inkişafına, təkmilləşdirilməsinə xüsusi diqqət ayrıldığından mentorluq sisteminin tətbiq olunması vacib sayılır.

Məlum məsələdir ki, tədrisin səviyyəsini yüksəltmək üçün, ilk növbədə, müəllim hazırlığının keyfiyyətini təmin etmək lazımdır. Belə ki, müəllimlər müxtəlif məzmunlu nəzəri və praktik bacarıqlar formalaşdıran təlimlərə cəlb olunurlar. Lakin müəllimlər tədris prosesində təlimdən əldə etdikləri bilik və bacarıqların tətbiqində bir çox problem və çətinliklərlə qarşılaşırlar. Amma həmkarlar arasında qarşılıqlı münasibətləri inkişaf etdirən mentor sistemi müəllimlərin, eləcə də mentorların peşəkar inkişafına kömək edir. Sözsüz ki, mentor əvvəlki iş təcrübəsinə əsaslanmaqla seçilir. Bütün proses müddəti üçün qarşılıqlı öhdəliklər və məqsədlər müəyyənləşdirilir. Əməkdaşlıq və ümumi uğur bu metodun əsas təkanverici qüvvəsidir. Mentorla birgə iş, zaman keçdikcə müəllimdə düşünülmüş şəxsi qərarlar qəbul etmə, bilik səviyyəsini yüksəltmə, vərdişləri təkmilləşdirmə və özünü inamlı hiss etmə qabiliyyətlərini inkişaf etdirir. Mentorlar müəllimlərə hər gün üzləşdikləri problemlərdən baş açmaqda, təlim prosesində öz əhəmiyyətlərini dərk etməkdə və tədris etmə vərdişlərinin təkmilləşdirilməsi üçün əldə etdikləri bilikləri istifadə etməkdə yardımçı olurlar. Onlar cavan və təcrübəsiz müəllimlərin daha təcrübəli həmkarlarının toplamış olduqları, keyfiyyətli təlimi təmin edən bilik və təcrübəni əldə etmələrinə imkan yaradırlar. Beləliklə, mentorluq - pedaqoji uğurların ifadə və mübadilə edilməsi üçün mexanizmdir. Bu model belə bir zəminə əsaslanır ki, mentorun köməyi ilə müəllimlər tədris etmə prosesini dərk etməyə və yeni informasiyaya əsaslanmaqla öz səylərini müstəqil yönəltməyə qadirdirlər.

Mentorluq yanaşmasından istifadə etməklə keyfiyyətin yüksəldilməsi prosesi müəllimlərə imkan verir ki, uşaqlar və onların ailələri üçün yaxşı nəticələri dəstəkləyən və müəllimlərin sertifikatlaşdırılmasına gətirib çıxaran yüksək keyfiyyətli təlim və tədris mühiti yaratsınlar. Mentorluq yanaşması - öyrənəndə yeni düşüncə tərzinin formalaşması ilə bağlı təlimin tədricən baş verməsi üzərində qurulur. Yeni vərdişlər əldə edən müəllimlər bir neçə mərhələdən keçirlər. Bu mərhələ müşahidə, mentorun rəhbərliyi altında təcrübə, metodlardan müstəqil istifadədən ibarətdir. Mentor uşaqlar üçün səmərəli təlim metodlarından istifadə etməklə tədris planının anlaşılmasında müəllimə yardım edə bilər. Tövsiyə edilən metodologiya müəllim standartlarına əsaslanmaqla mentor müəllimin müxtəlif pedaqoji üsulları istifadə etməyi öyrənməsinə kömək edir. Mentorla iş daimi dialoq və dərketmə əsasında baş verir. Mentor və müəllim əldə olunmuş təcrübəni diskussiya, müəllim və şagirdlər, bilavasitə şagirdlər arasında qarşılıqlı əlaqəni müşahidə etmək, uşaqların işini və onların davranışını müzakirə etmək vasitəsilə nəzərdən keçirir və təhlil edirlər.

Xatırladaq ki, ölkə prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas priortret məsələlərindən biri də, ölkədə insan kapitalının inkişafıdır. İnsan kapitalının gücləndirilməsinə diqqət artıran bir çox ölkələr kimi Azərbaycanda da, bu istiqamət artıq fərdi şəkildə deyil, birgə öyrənmə potensiallarını təhsildə birləşdirərək peşəkar inkişafa yönəltməklə məqsədəuyğun sayılır. Məhz bu birgə öyrənmə – əməkdaşlıq, təhsil sektorunda çalışan həmkarın öz həmkarına yardımı əsasında qurulur və tənzimlənir.
Bütün bunlar nəzərə alınaraq bir neçə il öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yeni qurum fəaliyyətə başlayıb. Belə ki, keçmiş təhsil nazirinin əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzi ləğv edilib və mövcud əməkhaqqı fondu çərçivəsində 79 ştat vahidi ilə Təlimə Dəstək Mərkəzi yaradılıb. Əmrdə qeyd olunub ki, İdarənin nəzdindəki Metodik Mərkəzin fəaliyyəti təhsilin inkişafı strategiyasından irəli gələn istiqamətlərin dəstəklənməsi baxımından aktuallıq kəsb etmir və ümumtəhsil məktəblərinin zəruri ehtiyaclarını ödəmir. Bu baxımdan təlim-tərbiyə prosesinin müasir dövrün tələbləri səviyyəsində təşkili və idarə olunması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi, gənc müəllimlərlə işin təşkili və s. istiqamətlər üzrə mentorluq dəstəyinin göstərilməsi zəruridir.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA