Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnvestorlar sabit olan ölkəyə sərmayə qoymaqda maraqlıdırlar
Tarix: 24.07.2018 | Saat: 11:30:00
Bölmə:Gündəm | çapa göndər

Prezident İlham Əliyev Fransa prezidenti Emmanuel Makronla görüşündə deyib ki, səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb. Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq.

Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olunub, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyi vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub”.
İmzalanan sənədlər aşağıdakılardır.
- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “SUEZ Group” arasında operativ təlim, know-how transfer və texniki yardım üzrə 2014-cü il tarixli Xidməti Müqaviləyə 2 nömrəli Əlavə, “Azərsu” ASC və “SUEZ Group” arasında Sumqayıt şəhərində suyun və su itkisinin idarə olunmasına dair Niyyət Sazişi imzalanıb.
- “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində əməkdaşlıq fəaliyyətinə dair Çərçivə Sazişi imzalanıb.
- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Modern Construction Group”, “Thales” şirkəti arasında mülki aviasiya sahəsində sənaye əməkdaşlığı, Heydər Əliyev Beynəlxalq Aeroportu üçün radiolakasiya sisteminin quraşdırılması, “Thales” şirkəti ilə həmçinin kibertəhlükəsizlik üçün tam təhlilin hazırlanması və uçuş heyətləri üçün inteqrasiya edilmiş brifinq sisteminin yaradılması üzrə sənədlər imzalanıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev hafta.az-a deyib ki, Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində imzalanan çoxsaylı müqavilələr dövlət başçısının xarici iqtisadi siyasətinin növbəti qələbəsidir.

Deputat bildirib ki, ermənilərin ən güclü lobbilərindən biri Fransada fəaliyyət göstərir və bu fonda Azərbaycanla Fransa şirkətləri arasında dəyəri iki milyard dollardan artıq olan saziş və müqavilələrin imzalanması əlbəttə ki, böyük uğurdur:

“Fransa iqtisadi gücünə görə Avropa ölkələrinin üçlüyünə daxildir. Fransa şirkətləri Avropada, ümumilikdə dünyada öz sahələrində ən inkişaf etmiş şirkətlərdən hesab olunur. Bu baxımdan imzalanmış saziş və müqavilələr iki ölkəyə bir-birini daha yaxından tanımağa imkan verir. Digər tərəfdən, bu əməkdaşlıq Bakı ilə daha dərin və yaxın əməkdaşlıq etmək istəyən digər Avropa ölkələri üçün bir nümunə olacaq”.
Onun sözlərinə görə, Avropa ölkələri Azərbaycana postsovet məkanının daha sabit ölkəsi kimi böyük inam və etimadla yanaşırlar:
“Azərbaycan daim beynəlxalq arenada qarşısında qoyduğu tapşırıqları yerinə yetirir. Bakı dəfələrlə bunu sübut edib, xüsusilə böyük nəqliyyat-logistika və enerji layihələrinin həyata keçirilməsi bunun bariz nümunəsidir. Bütün dünya Azərbaycanın daimi və etibarlı tərəfdaş tərəfdaş olmasına daha çox inanır”.
R.Quliyev bildirib ki, bunun nəticəsində Azərbaycanın beynəlxalq arenada çəkisi daha da artır: “Göründüyü kimi, Prezident İlham Əliyevin son görüşləri Azərbaycanın xarici iqtisadi potensialını gücləndirməyə yönəlib. Bu cür iqtisadi uğurlarla Azərbaycan daha böyük siyasi gücə nail olur”.

Hafta.az-a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bu il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi əvvəlki ildən çox olacaq: “Bunu şərtləndirən bir sıra faktorlar var. Nəzərə almaq lazımdır ki, neftin ucuzlaşmasından sonra 2015-2016-cı illərdə iqtisadiyyatda yaranan bəzi çətinliklər artıq geridə qalıb. 2017-ci il məhz bu kontekstdən ölkəmiz üçün vacib idi. Azərbaycan 2017-ci ildə hədəflənən iqtisadi stabilliyi əldə etməli idi ki, növbəti dövrlərdə iqtisadi artıma nail ola bilsin. Əvvəlki illə müqayisədə rəqəmlər, eləcə də milli valyutanın sabit qalması göstərdi ki, ölkəmiz ötən il makroiqtisadi stabilliyə nail oldu. Bu həm də 2018-ci ildəki iqtisadi göstəricilər üçün vacib idi. Builki iqtisadiyyatla bağlı yalnız Azərbaycan hökumətinin deyil, eləcə də beynəlxalq maliyyə qurumlarının proqnozları müsbətdir. Həmin qurumlar 2018-ci ildə Azərbaycan iqtisadiyyatında artımın olacağını proqnozlaşdırırlar. Bu həm də o deməkdir ki, iqtisadiyyata qoyulan sərmayənin həcmi daha böyük olacaq. Nəticədə iqtisadi aktivliyin bir az da artacağı, ÜDM-də də artımın olacağı gözlənir. Bir tərəfdən neftin mövcud qiymətlərinin proqnozları da müsbət tendensiya ilə nəticələnir. Bu da ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək. Müşahidələr göstərir ki, neft və qeyri-neft gəlirlərimiz pozitiv tendensiya üzrə dəyişir. Ölkəyə nə qədər çox valyuta gəliri daxil olsa, bu bir o qədər iqtisadiyyata qoyulan investisiyaların həcminin artmasına öz təsirini göstərəcək”.

Məlumdur ki, investorlar ancaq sabit olan ölkəyə sərmayə qoymaqda maraqlıdırlar. Elə bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya qoyulub. Bu müddətdə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi isə 107,2 milyard dollar təşkil edib.
Öncə ötən ilin statistik göstəricilərinə nəzər yetirək. Keçən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Xarici ticarət dövriyyəsi 2017-ci ilin ilk 11 ayında 21,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 19 faiz artaraq 14 milyard dolları üstələyib.
2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin olunub. Valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA