Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Zaqatalada zəlzələ oldu - Dağıstanda göl yarandı - GÜNÜN TƏZADLARI
Tarix: 23.07.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Dağıstan Respublikasının Rutul və Lak rayonlarının sərhəddində-Dyultiçay çayının mənbəyində baş vermis sürüşmə nəticəsində göl yarandığı bəlli oldu. Hafta.az yazır ki, bu haqda Virtul.az.org xəbər yayıb. Təbiət hadisəsi baş vermis əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. FHN əməkdaşı Əhməd Rəcəbov açıqlamasında bildirib ki, göl yaranan əraziyə səhər saatlarında atla yola düşüblər və ora yalnız axşama yaxın çatıblar: “Alp çəmənliklərində qoyun sürülərini otaran çobanların dediyinə görə, iyulun 1-də güclü gurultu eşidiblər, onların gözləri önündə dağ aşağıya doğru hərəkət edərək çayın qarşısını kəsib. Uzunluğu bir kilometr, eni on bir metr olan göl əmələ gəlib. Çobanların ürəklərinə sanki nəsə damıb, bir gün öncə qoyun sürülərini oradan uzaqlaşdıraraq, çadırlarını başqa istiqamətdə qurublar”.

Ehtimal olunur ki, sürüşməyə səbəb bu yaxınlarda Zaqatala rayonunda baş vermis zəlzələ olub, güclü yağışlar da öz işini görüb. Heç kim zəmanət verə bilməz ki, növbəti zəlzələ zamanı rütubət hopmuş bənd dağılmayacaq.


“Kurtlar Vadisi”nin məşhurunu motosiklet vurdu


Məşhur “Kurtlar Vadisi” serialında Davud Tataroğlu obrazı ilə yaddaşlara həkk olunmuş ünlü türk aktyoru Can Gürzap ağır yol qəzasına düşdü. Hafta.az-ın “Sabah” nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, Türkiyənin Sakarya rayonunun Sapanca qəsəbəsində yolu keçərkən motosikletin vurduğu Can Gürzap və sürücü ağır xəsarət alıb. Məşhur sənətçi və motosiklet sürücüsü təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Xəstəxananın baş həkimi C.Gürzapın baş və sinə nahiyəsində əziklər olduğunu bildirib. Onun həyati təhlükəsinin olub-olmadığı hələlik müəyyən edilməyib.


Sərnişin təyyarəsi itə görə təcili eniş etdi


Sərnişin təyyarəsi balaca itə görə təcili eniş etdi. Hafta.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, gözlənilməz olay Rusiyada baş verib. “Şeremetyevo” aeroportunun əməkdaşlarından alınmış məlumata görə, Peterburqdan Moskvaya uçan “Boinq-737” təyyarəsinin komandiri yük kabinəsinin açılması ilə bağlı siqnalın daxil olduğunu bildirib. Nəticədə həmin vaxt 4 min metr yüksəklikdə olan təyyarə Moskvada təcili eniş etməli olub. Aeroport əməkdaşları laynerin yük kabinəsinin açıq olduğunu təsdiqləyiblər. “Baxış zamanı yük kabinəsində qəfəsdə olan itin naməlum formada qəfəsin qapısını açdığı, daha sonra isə yük kabinəsinin açılması üçün istifadə olunan düyməni basdığı məlum olub”, - məlumatda qeyd edilib.
Yük kabinəsi tam açılmadığı üçün it təyyarədən çıxa bilməyib və sağ qalıb. Olay zamanı heç kim xəsarət almayıb.


26 yaşlı qız 10 dəqiqəliyə milyonçu oldu


Səhvlik səbəbindən milyon dollar qazanmış Massaçusets ştatının Boston şəhərinin sakini 10 dəqiqədən sonra ondan məhrum oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bununla bağlı “Boston Globe” nəşri məlumat yayıb. İyulun 18-də 26 yaşlı Ellen Fleminq “TD Ameritrade” şirkətinin əməkdaşından səsli mesaj əldə edib. Mesajda onun hesabına məbləğin yatırılması ilə bağlı məlumat təqdim edilib. O, hesabına baxdığı zaman burada milyon dollardan çox pul aşkar edib. Fleminq etiraf edib ki, o, pulları gizli saxlamağa çalışıb. Bu pullarla qadın işdən çıxa, universitetə olan təhsil borclarını ödəyə bilərdi. “Sənə verilən bütün şanslardan istifadə etməlisən. Ancaq bu şans məni federal həbsxanaya apara bilərdi. Buna dəyməzdi”, - o deyib. Qadın məsələ ilə bağlı anası ilə danışdıqdan sonra həmin şirkətə zəng edib və səhvlik barədə məlumat verib. Şirkətdən bildirilib ki, pullar şirkətin eyni ad və soyad daşıyan Floridadakı əməkdaşına çatmalı imiş. On dəqiqədən sonra səhvlik düzəldilib və qadın hesabında 63 dollar qalıb. Fleminq bu hadisəni yumor kimi qəbul edib.


Gəncədə təcili yardım maşını qəzaya uğradı


Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğradı. Hafta.az yazır ki, “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində baş verib. Belə ki, təcili tibbi yardım avtomobili ilə "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Daşkəsəndə raket tapıldı


FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Daşkəsən rayonu, Zivlan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil oldu. Hafta.az-ın yazdığına görə, “Report” ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və DİN-in Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə çay kənarına baxış keçirilib. Təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd “PQ-7S” raketi aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA