Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərbaycan prezidentinin Parisə səfəri erməni diasporunu narahat edib" - Mirvari Fətəliyeva
Tarix: 24.07.2018 | Saat: 10:40:00
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev 19-20 iyul tarixlərində Fransada rəsmi səfərdə olub. Dövlət başçısı Fransa siyasi elitasının ali nümayəndələri ilə yanaşı, həm də qabaqcıl şirkətlərin başçıları ilə bir araya gəlib. Hətta məlumata əsasən, 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər keçirilib və iki ölkə şirkətləri arasında 2 milyard dollarlıq müqavilələr də imzalanıb. Bütün bunlar isə dünyanın ən böyük iqtisadi və hərbi-siyasi güclərindən sayılan Fransada Azərbaycana olan böyük hörmətin təzahürüdür.

"Prezident İlham Əliyevin Fransaya səfəri Azərbaycan-Fransa və Azərbaycan-Avropa İtrifaqı əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni sahələri əhatə edən əməkdaşlıq formatlarının yaradılması baxımından çox böyük əhəmiyyət kəsb edir".

Bu fikirləri Hafta.az-a açıqlamasında Paris Azərbaycan Evinin prezidenti, Azərbaycanın Dostları Assosiasyiasının baş katibi və Avropa Azərbaycanlıları Konqresi idarə heyətinin üzvü Mirvari Fətəliyeva bildirib. "Bildiyiniz kimi, Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf edib" deyən müsahibimiz əlavə edib ki, səfər çərçivəsində Fransanın 11 böyük şirkətinin nümayəndələri ilə məhsuldar görüşlər keçirilib, sazişlər imzalanıb. Bu görüşlər Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərə yol açıb.

"Səfər, eyni zamanda, prezident İlham Əliyevlə fransalı həmkarı arasında münasibətlərin müsbət mənada dərinləşməsi baxımdan da vacibdir. ATƏT-in Minsk qrupunun həmsədri və Avropanın aparıcı ölkələrindən biri olan Fransa rəhbərliyinin Azərbaycana xoş münasibət bəsləməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq və normalar çərçivəsində həllində önəmli amil hesab edilə bilər" - deyir M.Fətəliyeva.

Müsahibimiz qeyd edir ki, prezident İlham Əliyevin Parisə səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə baglı ətraflı müzakirələr aparılıb. O cümlədən, Fransa prezidenti Emmanuel Makronun münaqişənin həlli məsələsində şəxsən fəal iştirak edəcəyini bildirməsi, təbii ki, erməni diasporunu ciddi narahat edib.

"Artıq erməni mediasında Fransanın Ermənistana xəyanət
etməsi, Azərbaycanla iqtisadi mənafeləri naminə Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanpərəst mövqe tuta bilməsi haqda əks-təbliğat aparılmaqdadır. Bu Azərbaycanın artan nüfuzundan erməni lobbisinin və Ermənisstanın dərin narahatlıq keçirdiyini göstərir. Bu narahatlıq və qısqanclıq, eyni zamanda, prezidentin səfəri zamanı Fransa mətbuatinda da özünü biruzə verdi. Erməni mənşəli fransız jurnalistlərin və erməni lobbisinin müxtəlif media qrumlarında ölkəmiz barəsində böhtan xarakterli məqalələrin dərc edilməsi buna misal ola bilər" - deyir müsahibimiz M.Fətəliyeva bildirib.

Xanım Fətəliyevanın sözlərinə görə, bu səfərin uğurlu keçməsi, iki ölkə arasında münasibətlərin günü-gündən genişlənməsi Avropada yaşayan azərbaycanlıların hər biri üçün mühim olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində yeni mərhələ kimi qiymətləndirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018