Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezidentin Fransa səfəri “Azərkosmos”un fəaliyyətinə necə təsir edəcək - ARAŞDIRMA
Tarix: 25.07.2018 | Saat: 16:20:00
Bölmə:Araşdırma | çapa göndər

Azərbaycan prezidentinin Fransaya səfəri çərçivəsində imzalanan razılaşmalar ölkə iqtisadiyyatına ümumilikdə 2 milyard dollarlıq sərmayə qoyuluşuna imkan verəcək. Sənədlərə əsasən Fransanın “Thales” şirkəti AZAL-la əməkdaşlıq çərçivəsində yeni aeronaviqasiya, radiolakasiya sistemləri quraşdıracaq, kibercinayətkarlıqla mübarizədə dəstək verəcək.

Digər razılaşma “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığı nəzərdə tutur.

İqtisadçı-ekspert Vüqar Bayramov hafta.az-a bildirib ki, bu sərmayə qoyuluşunun ən böyük əhəmiyyəti onun qeyri-neft sektoruna cəlb olunmasıdır.

Xüsusən Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC-nin fəaliyyəti ilə bağlı sərmayə qoyuluşu diqqətçəkəndir.

Qeyd edək ki, telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edən “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Orbitə buraxılması nəzərdə tutulan peykin dəqiq buraxılış tarixi yaxın aylara planlaşdırılır. Bu barədə “Azərkosmos” tərəfindən əvvəlcədən məlumat veriləcək.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan “Ariane 5 ECA” raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

Yeri gəlmişkən, ötən il Azərbaycan “Azerspace-1” peykinin istismarından 90 mln. ABŞ dolları həcmində gəlir əldə edib. Bu barədə hafta.az-a “Azərkosmos” ASC-dən məlumat verilib: “Azərkosmos” kommersiya fəaliyyətinə başladığı dövrdən ötən qısa müddət ərzində peyklərin istismarından 90 mln. ABŞ dolları həcmində gəlir əldə edib. Əldə olunan gəlirlər peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilir”.
Bu ilin I rübdə isə “Azərkosmos” 3,4 mln. dollar gəlir əldə edib. 2018-ci ilin I rübündə “Azərkosmos” ASC tərəfindən dünyanın 18 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın 2018-ci ilin aprel ayı üçün sayında qeyd olunub ki, bu ilin ilk 3 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 3,4 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86%-ni təşkil edib.

Azərkosmos” ASC-nin 2018-ci ilin I rübündə xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.

“Azerspace-1” peyki üzərindən Azərbaycan, türk, rus, ingilis və digər dillərdə, yerli və beynəlxalq səviyyəli, ümumilikdə, 100-ə yaxın televiziya və radio kanalı yayımlanır.
Bu ilin mart ayında isə Nazirlər Kabineti "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" qərara dəyişiklik edib. Dəyişikliklərə əsasən, bu qərara "İntersputnik" Beynəlxalq Kosmik Rabitə Təşkilatında, Beynəlxalq Peyk Rabitəsi Təşkilatında, Avropa Peyk Rabitəsi Təşkilatında, Avropa Kosmik Agentliyində, BMT-nin Kosmosdan dinc məqsədlərlə istifadə Komitəsində və digər aidiyyəti beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının təmsil olunması, həmçinin xarici dövlətlərin kosmik agentlikləri və təşkilatları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi" məzmunda bənd əlavə edilib.

Bundan əlavə, kosmosdan dinc məqsədlərlə istifadə sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası üçün aidiyyəti olaraq təklif verilməsi və tədbir görülməsinə, icranın əlaqələndirilməsinə, kosmik elmin və texnikanın nailiyyətlərinin təbliğ edilməsinə, fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar keçirilməsinə və digər tədbirlərin ölkədə və xaricdə təşkil edilməsinə dair qərara bəndlər əlavə edilib.

Faəliyyət istiqamətlərinə nəzər salaq. Xatırladaq ki, “Azərkosmos” Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının açılış və bağıanış mərasimlərinin, “Formula 1” yarışlarının görüntülərinin yayım mərkəzlərinə ötürülməsi üzrə peyk yayım təchizatçısı olub.

Azersky peykinin tətbiq sahələrində ayrı-ayrılıqda, xüsusilə də kənd təsərrüfatı sahəsində artıq konkret əldə olunmuş uğurlu nəticələr vardır. Beləki, “Azersky” müşahidə peyki üzrə, hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının monitorinqi və məhsuldarlığının ölçülməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi və ölkədə aqrar sektorda olan holdinqlərlə aktiv işlər görülür. Həmçinin cari ildə sənaye məhəllərinin ümumi planlaşdırma işləri, qızıl yataqlarının monitorinqi və hasilat işlərinə nəzarət, Xəzərin dənizinin qalxma səviyyəsinin Pirallahı sənaye parkına təsirinə dair layihələrin həyata keçirilməsi üzrə bir çox dövlət qurumları ilə əməkdaşlıq edilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.05.2019