Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Uşaq ağlı”na söykənən istedadla öyünmək olmaz” - MÜSAHİBƏ
Tarix: 30.07.2018 | Saat: 18:15:00
Bölmə:Müsahibə | çapa göndər

Tanınmış şair-publisist Teyfur Çələbinin istər mətbuatımızda, istərsə də çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. Teyfur yaradıcılığı, mən deyərdim ki, sufizmdən irəli gəlir. Tanrısına və Yaradanına çox bağlı adamdır. Elə onun yaradıcılığı da demək olar ki, ayaqdan-başa İlahili, fəlsəfi fikirlidir. Nəsimi kimi, Teyfur da içərisi təzadlarla dolu zalım dünyamızda “Haqq”, “haqq” deyə çığırır. Şairin böyüklüyü də ondadır ki, Haqqı özündə axtarır. “Ədəbi düşüncə” rubrikasının budəfəki qonağı tanınmış şar, jurnalist-publisist Teyfur Çələbidir.


- Teyfur müəllim, sual verməyə necə baxırsınız?
- Mən ixtisasca jurnalist olduğumdan, sual verməyə vərdişkaram. Cavabdan zəhləm gedir. Amma nə yazmışamsa, hamısını cavab hesab etmək olar. Bura 65 bədii və publisistik kitab, 200-dən cox kitabın redaktorluğu, ön sözü, 1500-dən çox şəhidimiz haqqına oçerkləri də əlavə etmək olar.
- İthaf şeirlərinə münasibətiniz?
- Əslində, bütün yazılar münasibətdi - şair dostum Oqtay Rza demişkən. Mədhiyyə başqadır. Tərif özü də məqbul ola bilər, ismin və ya feilin tərifi, viyet teoreminin tərifi. Təhrif yox.
- Bəs meyxana necə...
- Jurnalistikada belə bir janr var – kampaniya; mövsümi janr da demək olar. Proses əzəldən-axıra izlənilir, bütün janrlardan da istifadə edilir. Xəbər (informasiya), analitika, publisistika janrları. Meyxananın da adı üstündə; onda bir cox janrdan istifadə edilir - qoşma, gəraylı, qəzəl və s. Təhrif, normalara zəif əməl olunsa da. Bəziləri vurğunluqdan ona bədiyyə də deyir. Amma keçən əsrdə İranda meyxana deyənə 3, bədiyyə yazana 5 il iş kəsirdilər. Deməli, fərq böyükdür. Mey içilən yerdə şeir demək bədahatən başqa, kimisə bədləmər-pisləmək başqa. Satirik janrlarda həcv, yumor, sarkazm, loğaz (lağ) janrları var. Bədiyyə pis demək, Sabirin şeiri var:
Eyləyəim nikü-bədii izhar yazım...
Nik-yaxşı, bəd-pis. Ağdam və Ağcabədi sözlərinin etimoloji təhlili də buna bir sübut, dəlil; məsələn, Kürdəmir haqqında yüz ağlabatan yozum var, amma o, dəli Kürün damıdır, evidir, dincəldiyi yerdir.
- “Ədəbiyyat məsələsi”ndə istedada münasibətiniz necədir?
- Yazarlar içərisində hət-hütlər az deyil, istəkləri çox, ortaya qoyduqları ya yox, ya az, ya da zəif... Boş vedrə kimi danqıldayırlar, donquldayırlar demədim. “Mənəm”lik mələməyə çevrilir... Yaxşı, sən tutalım, şairsən, ay balam, yeri get şeirini yaz da. Boksyor-zad deyilsən ki, onu-bunu rinqə çağırırsan...
- Neyləməli? Onlara nə cür təsir göstərməli ki, doğru yola dönsünlər?
- İstedadlı tənqidçilərimiz var, yetişib. Amma gərək mollalaşmayalar, siyasətbazlıq eləməyələr. İntellekt yüksəldikcə, intellektuallığın səviyyəsi artdıqca, istedad daha da zənginləşir, zəngin olur və zəngin görünür. Buna görə də “elmi əsası” olmayan “uşaq ağlı”na söykənən istedadla öyünmək olmaz, öyünməyə də dəyməz. Bir-iki əcaib- qəraib söz işlətməklə, deməklə özünü ortaya atıb, şişirtməklə istedad olmur. Üslub, stil, yeniləşmiş təfəkkür, yeni dünyagörüş, fəlsəfi baxış, monumentallıq, şüurlu münasibət, intellektuallıq və s.
Ağır həyat, acı tale, uğursuz sevgi kimi instinktə təsir edə bilən söz yığını şeir deyil hələ.
- Bəs istedad nədir onda?
- Uşaqdan istedadlısı yoxdur. Hətta o maraqlı söz və ifadələri kitab halında cap etmək də olar. Bəs nə baş verir? O baş verir ki, o istedadın bazasının “uşaq ağlı” olduğu ortaya çıxır. Saf, təmiz, təmənnasız niyyətli olanın, sən demə, bazası “uşaq ağlı”ymış. Onunla da uzağa getmək olmur. Yəni, o mətndən ədəbiyyat çıxmır. Necə ki, xalqımızın ilk milli sərvəti olan bayatıbazlıq edənlər, bayatı müəllifi olmaq istəyənlər bilmir ki, bayatı şifahi xalq ədəbiyyatıdır. Şifahidir, yazılı deyil, yazıya gələn gəlib. Ondan bəhrələnmək, istifadə etmək başqa, sui-istifadə başqa.
- Mən səninlə “Sufi məsələsi” barədə müsahibə hazırlamaq istəyirdim 5-6 il bundan qabaq, nə əcəb indi razılaşdın?
- Əslındə, mən “Gənc adama məktub”u yazmalıydım, mal-mala qarışdı. Bu arada mənım köhnədən dostum olan alim Qurban Bayramov yadıma düşmüşdü. Onun əmisi Bayram Bayramovla atamın bir yerdə oxumaları, dost olmaları mənə güc verib. Tərs uşaq olmuşam, 15 yaşımdan Sədinin “Bustan”ını, Həmid Araslının 1957-ci ildə nəşr olunmuş “Məhəmməd Füzuli”sini, Leninin “Materializm və empriokratizm”ini və “Ovod” u oxumağım məni yazmağa alışdırıb. Bu da şeir yazdığımı bilən atamı sevindirirdi və təkidlə tələb edirdi ki, apar şeirlərinə Bayram müəllim baxsın.
Mən 15 yaşından Bakıdayam. Maraqlı xatirələr qalsın sonraya. Hə, o şeirin sətri beləydi:
Yenə də oyandım azan səsinə
Nə mən dəyişmişəm, nə azan səsi...
- Bu sətri VB-dən oxumuşam, Ramiz Əsgər də nəsə yazmışdı...
- Hə. Bir dəfə qəzeti Ramizə, ikinci dəfə Məmməd Oruca təhvil vermişəm. Ramiz bu misralarıma haqlı olaraq irad tutdu ki, bəs azan yox, əzan olmalıdır. Doğru. Mən də yazdım ki, türk dilində belədir. Yəni bizim dil iltisaqi dildir və o ahəng qanununa tabedir. Baxmayaraq ki, ahəng sözü özü-öz qanununu pozur.
O da başqa alınma sözlərı qoyub ortaya ki, bəs bunlar necə olsun? Bu da doğru. Amma Peyğəmbərimizin adı Muhəmməddir. Biz onu Məhəmməd, Məmməd, Mamed, Mehmet və s. kimi işlədirik axı. Özümüzünküləşdiririk.
- “Gənc adama məktub” nədir ki?
- O da beləydi ki, insanın başı daşdan-daşa dəyəndə həssaslığı da artır. Həssas insan hansı bazaya əsaslanmalıdır, söykənməlidir? Yəni söykənməlidir ki, sınmasın. Ekranda, efirdə, mətbuatda yalan at oynadırsa, yalanlara, yanlışlara, saxtakarlara dəyər verilirsə və s. Gənc nə etməlidir? Evdə bişməyib, qonşudan gəlməyib, həyat təcrübəsi də az. Hansı kitab ona mənəvi dayaq ola bilər? Təbii ki, acı olsa da, həqiqəti istedadlar deyə bilər... Siz mintirajlarla çap olunan, ekranlarda, efirlərdə müzakirə olunan kitablara rast gəlmisinizmi son vaxtlarda?
Onda intiharlar azalar, ürəktutmaları, cürbəcür hipertonik xəstəliklər ortaya çıxmaz. Yəni gənclər mənəvi qida alar, təbii saf...
Çünki insanın özü də təbiətin bir parçasıdır, daha doğrusu təbiətdir. Ədəbiyyat da mənəviyyatdır, söz, söz adamı, qələm əhli də milli sərvətdir, maddi sərvət kimi. Bəlkə də üstün. Onu qorumaq lazımdır.
Yaradıcı adam bir az kənardan müşahidələrini davam etdirməyi bacarmalıdır. Əks halda o, hadisələrin altında rəncidə olub, cəncəl fikirlərin əsirinə cevrilə, irəlini görməyə bilər. Yaradıcılıq yolu keçmişə deyil, qabağa yönlənməlidir. Bağı sahibsiz gorüb oğrular bağbanlıq eşqinə düşürlər...
- Ədəbiyyat bir yoldu, həm də həyat tərzi. Siz necə baxırsınız?
- Şeirin qayda-qanununu (şəriətini) bilmədən-öyrənmədən yola cıxmaq, yazıb-yaratmaq eşqinə mübtəla olmaq (təriqət-yol) qələm əhli üçün ustad olmaq məsələsidir. Mərifət mərhələsinə yaxınlaşmaq, çatmaq bunlarsız mümkünsüzdür. Yoxsa, ədalətsiz münasibət, saxta ifadə tərzi ilə Sovetlərdə olduğu kimi, təkərcik və vintcik olmaqdır. Azadlıq insanın canında və qanında olmalıdır ki, onu qorumaq və sevməklə dünya tökülüb üstünə gələndə belə, sakit olub, dözə bilib tab gətirəsən. Füzulidə əşar, şeir, poetika başqadı, nəzm, ritorika (fikri qafiyə şəklinə salmaq) başqa. Axmaq fil yarada bilməkdənsə və ya filin quyruğu ilə xortumunu ayıra bilməyən fil həkimi olub maaş almaqdansa, siçan boyda nəsə yaratmağı bacarmaq yaxşıdı, o da ola Hacıbəylinin yazdığı kimi, böyürdən bir pişik çıxıb udmaya...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.10.2018