Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azad dünyamızda 46 milyon kölə ARAŞDIRMA
Tarix: 01.08.2018 | Saat: 15:46:00
Bölmə:Araşdırma | çapa göndər

Bu gün insanlıq tarixində bir-birinə əks iki hadisə ilə yadda qalıb. Bunlardan biri odur ki, 1619-cu ildə Afrikadan zənci kölələrin ilk dəstəsini işlətmək üçün Amerikaya – Virciniyaya gətiriblər. Maraqlıdır ki, əvvəllər həmin qaradərili kölələrin yaxın gələcəkdə öz azadlıqlarına qovuşacağı deyilirdi. Guya onlar Amerikaya, hansısa ağdərili kapitalistin evində və ya tarlalarında müqavilə əsasında işləyirdilər. Amma elə ilk iş günündən də məlum olub ki, heç bir müqavilədən, hətta adi insani rəftardan danışmaq olmaz. Doğrudan da belə olur: 40 il ərzində cənub koloniyalarındakı böyük pambıq, qarğıdalı və şəkərqamışı plantasiyalarında, fermalarda ucuz işçi qüvvəsinə ehtiyac dəfələrlə artır və nəticədə 1660-cı ildən sonra bu ərazilərdə zəncilərin köləliyi yazılmamış qanunlarla rəsmiləşir. Bununla da afrikalılar zəncirlənərək ömür boyu işləmələri üçün Amerikaya gətirilir.

İkinci hadisə isə, əksinə, ötən əsrlərin ən böyük müstəmləkələrinə sahib olan İngiltərədə baş verib. Köləliyə qarşı çıxışların artdığını görən rəsmi London 1807-ci ildə Britaniya imperiyası ərazisində kölə ticarətini yasaqlayan “Kölə Ticarəti Qanunu”nu qəbul edib. 1808-ci ildə isə Syerra Leone azad edilən kölələr üçün rəsmi Britaniya koloniyası olaraq təsdiqlənib. 1833-cü ildə qəbul edilən köləliyin ləğvi haqqında qanunla isə 1 avqust 1834-cü il tarixində Britaniya imperiyasında köləlik rəsmən aradan qaldırılıb. İlk vaxtlar qanun “Saint Helena”, “Seylan” və “East India Company” tərəfindən idarə olunan ərazilərə şamil olunmasa da, sonradan bu bölgələr də qanunun əhatə dairəsinə salınıb. Həmin qanuna əsasən, 4-6 il müddətində işlədilimiş kölələrə azadlıq verilirmiş...

Ötən əsrlərin ən böyük qul bazarı olan, amma bu gün özünü dünyada azadlığın beşiyi sayan Amerikada isə, köləliyin ləğvi üçün 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində yaradılan dərnəklərin ciddi fəaliyyəti nəticəsində 1862-ci il iyunun 19-da qanyn qəbul olunub. Həmin qanuna əsasən Birləşmiş Ştatlar ərazisində köləlik rəsmən ləğv edilir. Düzdür, ABŞ-ın şimal ştatlarının bir çoxunda yerli hökumətlər tərəfindən köləlik artıq aradan qaldırılmış, zəncilərə tam azadlıq verilmişdi. Amma cənubda bu prosesə qarşı çox ciddi dirəniş vardı. Cənubdakı quldarlar qorxurdular ki, qaradərili kölələri azad eləsələr, plantasiyalarda işləməyə işçi tapmayacaqlar. Amma o dövrün dövlət başçısı olan prezident Linkoln mövqeyində israr edir və nəticədə Şimalla Cənub arasında böyük qırğınlara gətirib çıxaran müharibə baş verib. Təbii ki, azadlıq istəyi həmişə qalib gəlir – Şimal Cənubun mühafizəkar düşüncəsini insanları və cəbbəxanası ilə birlikdə yenərək, burada istismar olunan afrikalı qullara azadlıq bəxş eləyib.

Bu yerdə qeyd edək ki, ABŞ-da qanunlar köləliyi ləğv eləsə də, gerçək həyatda bu sistem II Dünya Müharibəsindən sonrakı illərədək ağların qaralara münasibəti prizmasında davam edib...

İndi isə artıq 21-ci əsrdir, dövlətlər kosmosda təədqiqat aparır və qaradərili insanlar dünyanın idarəolunmasında böyük işlər görürlər. O cümlədən, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Afrika mənşəli amerikalı zənci olduğunu da unutmamalıyıq. Amma günümüzdə köləliyin sanki istiqaməti dəyişibmiş kimi görünməkdədir. Ayrı-ayrı dünya dövlətləri, beynəlxalq təşkilatlar müasir köləliklə mübarizə aparmaqdadırlar. Məsələ burasındadır ki, müasir köləlik ağların qaralara deyil, elə öz sinifindən olanlara istismarçı münasibətindən formalaşır. Bunlar qeyri-qanuni yolla insanları işlətmək, cinsi istismar etmək, insan qaçaqmalçılığına cəlb eləmək və sair kimi hallarda özünü göstərir.

“The Global Slavery Index”in İnverse.com-da paylaşdığı araşdırmaya görə, köləliyin çoxdan qanunlarla aradan qaldırıldığı deyilsə də, günümüzdə dünyada 46 milyon insan qul kimi istismar olunur. 53 fərqli dildə aparılmış 50 mindən artıq sorğu və müsahibə əsasında hazırlanmış Qlobal Köləlik İndeksində deyilir ki, hazırda dünya miqyasında kölə əməyindən ildə 150 milyard dollar qanunsuz gəlir əldə edilir. İndeksdə bildirilir ki, köləlik bir insanın başqa bir insana tamamın nəzarət etməsi və asılılığı artırmaq üçün qarşı tərəfə zor tətbiq etməkdir.

Bəs ən çox kölənin hansı ölkələrdə olduğu guman edilir? Tətbiq olunmuş siyahıya nəzər yetirək:

1.Hindistan əhalsiinin 1,3 faizi kölə kimi istismar olunmaqdadır ki, bu da 16 milyon hindli deməkdir. 2. Çində gizli istismar olunan qulların sayı ölkə əhalisinin 0,3 faizə yaxındır. Bu da 3,3 milyon insan deməkdir. 3. Pakistanda 2 milyondan artıq insan qul kimi istismar olunur. Bu da ölkə əhalsinin 1,1 faizinə bərabərdir. 4. Özbəkistanda 1 milyon insanın istismar olunduğu güman edilir ki, bu da əhalinin 3,3 faizi deməkdir. 5. Şimali Koreyada 1,1 milyon kölə var, bu əhalinin 4,4 faizinə bərabərdir. 6. Rusiyada da bəlli sayda kölə mövcuddur. Araşdırmaya əsasən belələrinin sayı 1,1 milyona yaxındır ki. bu da ölkə əhalisinin 0,7 faizdən artığı deməkdir. 7. Nigeriyada əhalinin 0,5 faizə yaxını – 840 min nəfəri kölə kimi istismar olunmaqdadır. 8. İndoneziyada da vəziyyət narahatlıq yaradır. Bu ölkədə əhalinin 0,3 faizinə bərabər sayda – 720 min kölə mövcuddur. 9. Banqladeşdə yaşayan kölələrin satyı 680 min nəfər olub, ümumi əhalinin 0,5 faizinə bərabərdir. 10. Tailandda əhalinin 0,7 faizdən çoxu – 480 min nəfəri kölə kimi istismar olunmaqdadır. 11. Sudanda ölkə əhalisinin 1,1 faizinə bərabər sayda – 430 minədək kölənin olduğu bildirilir. 12. Misirdə 395 min nəfər kölənin olduğu deyilir ki, bu da əhalinin 0,5 faizə yaxını deməkdir. 13. İslam tarixində azadlıq məkanı sayılan Efiopiyada kölələrin sayı 390 min civarındadır ki, bu da əhalinin 0,4 faizinə bərabərdir. 14. Tanzaniyada 350 min kölə var, bu da əhalinin 0,7 faizdən artığı deməkdir. 15. İraq əhalisinin 1 faizdən artığı – 346 min nəfəri kölə kimi istismar olunmaqdadır. 16. Vyetnamda əhalinin 0,4 faizə yaxını – 323 min nəfəri kölədir. 17. Meksika əhalisinin 0,2 faizdən artığı kölə kimi istismar olunmaqdadır, bu da 267 min nəfər deməkdir. 18. Filippində əhalinin 0,3 faizə yaxını – 260 min nəfəri kölədir. 19. Əlcəzairdə əhalinin 0,5 faizə yaxını kölə kimi istismar olur. Bu da 188 min nəfər deməkdir. 20. Qardaş Türkiyədə əhalinin 0,2 faizdən artığına bərabər sayda – 185 min nəfər kölə kimi istismar edilməkdədir. 21. Mərakeşdə qul kimi işlədilənlərin sayı 158 min nəfərdir ki, bu da ümumi əhalinin 0,5 faizinə yaxını deməkdir. 22. Kambocada 156 min kölə mövcuddur ki, bu da ümumi əhalinin 1,2 faizidir. 23. Braziliyada 155 min kölə var, bu da əhalinin 0,1 faizə yaxını deməkdir. 24. Kot Divuarda əhalinin 0,7 faizi və ya 145 min nəfəri kölə kimi istismar olunur və sair...

Siyahını sayıb uzatmaq mümkündür. Məsələn, Konqo Demokratik Respublikasında 873 min, Myanmarda 515 min, İranda 495 min, Ekvadorda 65 min, Mərkəzi Afrika Respublikasında 55 min kölə istismar edilməkdədir.

Bu yerdə qeyd edək ki, hazırda dünyaya azadlıqdan və insan haqlarından dərs keçən ABŞ-da 60 minə yaxın kölənin olduğu araşdırmalarda əksini tapmaqdadır.

Köləyin azalmamasının bəzi ölkələr üzrə səbəbləri və profili fərqlidir. Məsələn, Hindistanda əhalinin aclıq səviyyəsində yaşayan hissəsi bir qarın çörək üçün hansısa birinin qapısında ən dözülməz şəraitdə işləməyə məcburdur. Hətta çox sayda hindli atalarından qalan yüksək borcları ödəmək üçün hüquqlarını borc sahibinə verir.

Çində isə başqa cürdür. Xaricə mühacirət edən çinlilərin ailələri, övladları zorla diləndirilir, seks köləsinə çevrilir və ya qeyri-qanuni övladlığa götürülərək istənilən məcburi əməyə cəlb olunur. Bundan başqa, Çin həpsxanalarında on minlərlə məhkum kölə olaraq onillərlə istismar edilir.

Pakistanda bir çoxlarının məhz borclarını ödəyə bilmədiyi üçün kiminsə xidmətində çalışdığı bildirilir. Düzdür, bu cür hallar 1992-ci ildə Pakistanda qanunla yasaqlansa da, reallıq başqa şey deyir. Hətta bəzən borcun qarşılığında azyaşlı uşaqlar satılır…

Banqladeşdə isə, tez-tez baş verən daşqınlardan əziyyət çəkən, onsuz da yarıac dolanan xalq baş alıb gedən korrupsiya və rüşvətxorluğun ab-havasında daha da ağır günlər yaşayır. Bu ölkədə kölə sayının artmasına zorla ərə verilən azyaşlı qızlar önəmli təsir göstərir. Hesablamalara əsasən, günümüzdə Banqladeşdə 15 yaşı tamam olmamış qız uşaqlarının 29, 11 yaşı tamamlanmamış qızların isə 2 faizi qanunsuz olaraq ərə verilir. Hətta onlar tarlalarda və dərman istehsalında işlədilərək istismar edilməkdədirlər.

Ən maraqlı köləlik statusuna malik ölkə isə Özbəkistandır. Araşdırmalarda deyilir ki, bu ölkədə 100 minlərlə insan məhz dövlət tərəfindən pambıq tarlalarında çalışdırılır ki, heç bir insanın bu zorakı əməyə etiraz etmək haqqı yoxdur.
Qeyd edək ki, 19-cu əsrin ortalarında bir kölənin satınalınma qiyməti 50 min dollar idisə, günümüzdə insanın köləliyə cəlb edilməsi 100 dollara başa gəlir...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018