Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaraçuxurdakı parklar yaşıl ormanları xatırladır - REPORTAJ
Tarix: 01.08.2018 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

Anomal istilər paytaxtdakı yaşıllıqlardan da yan ötməyib. Şəhərimizin bir sıra rayon və qəsəbələrində yaşıllıqlara fikir verilmədiyindən, yaşıllıq zolaqları, xüsusilə də təzə əkilmiş ağaclar tələf olurlar. Yerli bələdiyyələrinin də bu sahədə fəaliyyəti görünmür. Amma paytaxtda elə bələdiyyələr də var ki, öz fəallığı ilə seçilirlər.

Rayon və qəsəbələrdə aparılan quruculuq işlərində yaxından iştirak edirlər, eləcə də bələdiyyə ərazisində abadlıq, quruculuq işləri aparırlar. Belə qurumlardan biri də Suraxanı rayon Qaraçuxur Bələdiyyəsidir. Adıçəkilən qurum öz fəallığı ilə digər qurumlardan fərqlənir. Qaraçuxur Bələdiyyəsi yay və payız mövsümü ilə əlaqədar bir sıra abadlıq, tikinti, təmir və bərpa işləri aparır. Bu da sakinlərin ürəyincədir.
“Həftə içi”nin əməkdaşı olaraq, bu dəfə yolumuzu Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən, təxminən, bir hektardan çox ərazisi olan “Veteranlar Xiyabanı” və “Şəhidlər bulağı” kompleksindən saldıq. Yeri gəlmişkən qeyd edək ki, Bakının digər rayon və qəsəbələrindən fərqli olaraq, Qaraçuxur qəsəbəsində şəhidlərin və veteranların adlarını daşıyan parklar daha çoxdur. Həmin parklara da Qaraçuxur Bələdiyyəsi nəzarət edir. “Veteranlar Xiyabanı” adlanan istirahət guşəsi vaxtilə Qaraçuxur Bələdiyyəsi tərəfindən salınıb. Park öz müasirliyi ilə yanaşı, milli üslubda tikilib. Artıq Qaraçuxur Bələdiyyəsi tərəfindən həmin parkda böyük abadlıq və quruculuq işləri aparılıb. Sınan səki daşları və döşəmələr yenisi ilə əvəzlənib. Ağacların dibinə su xətlərii çəkilib, qazon və yaşıllıqlar vaxtlı-vaxtında suvarılır. Parkın küçə işıqları yenilənib, “Söhbətgah”lar və oturacaqlar rənglənib, zibiil qutularına kimi qoyulub. Bir sözlə, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Parka uzaqdan baxanda, sanki laləzarlıqları, yaşıl ormanı xatırladır. Bələdiyyə tərəfindən adıçəkilən parka bağban da ayrılıb.


...Səhər saat, təxminən, 07 radələri olardı. Valeh İsmayılov adlı bir sakin parkı sulayırdı. Digər fəhlələr isə parkın ərazisindəki alaq otlarını təmizləyirdi. Valeh İsmayılov sözügedən Bələdiyyə tərəfindən adıçəkilən istirahət guşəsinə bağban təyin edildiyini söylədi:
Gündə iki dəfə - axşam və sabah parkın daxili yollarını, metlax döşənmiş meydançalarını yuyub-təmizləyirik, eləcə də ağacları və yaşıl qazonları sulayırıq. Təkcə ağacları və yaşıl zolaq örtüklərini suvarmaqla işimiz bitmir. Həm də yaşıllıqlara, gül və kollara qulluq edirik. Parkın təmizliyinə və xidmətinə şəxsən Bələdiyyə sədri İxtiyar Nəcəfov özü nəzarət edir. Bələdiyyə sədri axşam saat 24:00-a kimi bütün parkları, əraziləri gəzir, ağacların və yaşıllıqların suvarılmasına, təmizlik işlərinə şəxsən özü nəzarət edir. Axşam-səhər park sakinlərlə dolu olur. Sakinlərə və uşaqlara da nəzarət edirik ki, parkdakı avadanlıqları, yaşıllıqları sındırıb dağıtmasınlar. Parkın yaxınlığında 1 və 2 saylı 7 bloklu 9 mərtəbəli yaşayış binaları yerləşir. Sakinlər zibili hara gəldi - binaların həyətinə atırdılar. Binaların həyətlərində su xətti olmadığından, yaşıllıqlar baxımsız qalmışdı. Bələdiyyə tərəfindən hər iki binanın həyətində abadlıq işləri aparılıb. Yaşıl qazona kimi salınıb. İndi hər tərəf yaşıllıq içərisindədir. Həmin binaların həyətinə biz xidmət göstəririk. İxtiyar müəllim sağ olsun, bizi dolandırır, aldığımız maaş bizi qane edir. Baxmayaraq, səhər idi, amma parkda sakinlər əlindən tərpənmək olmurdu.


Eldar Əsədov adlı sakin yaşının 85 olduğunu dedi:
Səhhətim ağır olduğuna görə, hər gün gəlib adıçəkilən parkda dincəlirəm, buranın havası çox təmizdir. Səhər və axşam park çox sərin olur. Qeyd edim ki, mən özüm Ağdam rayon köçkünüyəm. Kəndimiz ilin yay fəslində də yaşıl görünərdi. Bu yaşıllığın qoynuna qərq olmuş park kənddəki həyətimi xatırladır. Parkda yaşıl qazon, otdan tutmuş hər cür gülə kimi əkilib. Çox gözəl parkdır, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasova və Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar Nəcəfova öz təşəkkürümüzü bildiririk ki, biz sakinlərə bu cür qayğı göstərirlər. İxtiyar müəllim gənc olmasına baxmayaraq, çox işgüzar, tələbkar və qayğıkeş adamdır. Biz köçkünlərin və yerli sakinlərin qayğısına qalır. Hər gün parka gəlir, bir azdan gələcək, əraziləri gəzəcək. Bələdiyyə sədrinin elə özü gördüyü işlərdən, eləcə də bu gözəlliklərdən böyük zövq alır.
Aradan beş-on dəqiqə keçməmiş, Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar müəllim gəlib çıxdı. Əvvəlcə ərazilərə diqqət yetirdi. Sonra vaxt ayırıb “Həftə içi”nə gördüyü işlərdən danışdı:

Qaraçuxur və Günəşli qəsəbələrində salınmış parklara bələdiyyə tərəfindən xidmət edilir. Layıhə çərçivəsində “Şəhidlər Abidəsi” kompleksində abadlıq, təmir və bərpa işləri aparmışıq. Parka qazona kimi əkilib. Eləcə də adları çəkilən qəsəbələrin ərazisində yerləşən parklara yeni su xətləri çəkdirmişik. Hər parkın özünə bağban təyin etmişik. Onlar hər gün yaşıllıqları suvarır və qulluq edirlər. Diqqətinizə çatdırım ki, rayon rəhbərliyi tərəfindən Qaraçuxur Bələdiyyəsinə edilən müraciət əsasında “Bir bələdiyyə” adlı yeni bir layihəni də həyata keçirirk. Yəni, Etibar Bəkirli küçəsində, təxminən, bir hektardan çox olan ərazidə təmir və abablıq işləri aparılır. Belə ki, Bələdiyyənin vəsaiti hesabına, 940 metr uzunluğunda yaşıllıqları suvarmaq üçün su xətti çəkilir. Həmin küçədə Suraxanıya gedən yolun sağ tərəfində 380 metr uzunluğunda “bardyur” quraşdırılır, abadlıq işləri üçün qrunt torpaq gətizdirmişik. Torpağın yayımı ilə məşğul oluruq. Payızda həmin ərazidə yaşıllıqlar salacağıq, qazon və ağac əkəcəyik. Görüləsi işlərimiz çoxdur. Məqsədimiz sakinlərimizə xidmət göstərməklə yanaşı, qəsəbələrimizi abadlaşdırmaq və təmiz, gözəl və yaraşıqlı saxlamaqdır. Təmizlik və gözəllik həm də hər birimizin uzunömürlü olması və sağlamlığı deməkdir. Biz RİH-in başçısı İlqar Abbasovun daimi diqqət və qayğısını hiss edirik. Görülən bütün işlər başçının adı ilə bağlıdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018