Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Gələcəkdə Azərbaycanda böyük hospital açmaq istəyirik" - Doktor Murti
Tarix: 03.08.2018 | Saat: 17:43:00
Bölmə:Sosial | çapa göndər

Hindistandan gəlmiş iki məşhur həkim bu gün və sabah Bakıdakı Hind Klinikasında azərbaycanlı xəstələri müayinə etməkdədirlər. Həkim-ortoped, Dr. Mutri və həkim-androloq, Dr. Pavan iki gün ərzində pasiyentlərə pulsuz xidmət edəcəklər.

Bu yerdə qeyd edək ki, Dr. Murti diz oynağı, bud-çanaq oynağı və sair köçürülməsi sahəsində böyük uğurlara imza atmış mütəxəssisdir. O, həmçinin, onurğa sütununun xəstəlikləri - kifoz, skolioz, lordoz, osteoxondroz və sair xəstəliklərin müalicəsi ilə də məşğul olur. Dr. Pavan isə böyrək köçürülməsi sahəsində görkəmli mütəxəssis və cərrahdır. O, həmçinin, kişi sonsuzluğuna səbəb olan toxum ötürücü kanalın bərpası, cinsi zəifliyin cərrahi müalicəsi, prostat adenomasinin lazerlə müalicəsi ilə də məşğul olur.

Pasiyent qismində klinikaya gəlib həkimlərlə görüşdük. Doktor Mutri bildirdi ki, artıq üçüncü dəfədir Azərbaycandadır. Dehli şəhərindəki MAX Superspeciality Hospitalda ortopediya şöbəsinin müdiri vəzifəsində çalışdığını deyən həkim Murti Azərbaycanı və insanlarını çox sevdiyini qeyd elədi. “Planımız var ki, gələcəkdə burada bir hospital açaraq Azərbaycan xalqına xidmət göstərək. Amma bütün hallarda burada həmişə olmayacağıq. Yəqin ki, 15 gün Bakıda, 15 gün ölkəmizdə. Müştərək fəaliyyət göstərəcəyini düşündüyümüz bu hospital Azərbaycanda daha çox yayılan xəstəliklərin müalicəsi üzrə ixtisaslaşacaq” deyən həkim Murti əlavə etdi ki, xəstələri adətən Bakıda müalicə etməyi düşünürlər. Amma ehtiyac duyulduqda onların Hindistana aparılması da mümkündür.

Həkim Murti bildirdi ki, Azərbaycana gəlmədən öncə peşəsinə uyğun olaraq çox sayda ölkədə olub. Qırğızstan, Özbəkistan, Tacikistan, Əfqanıstan, İraq və sair insanları müayinə edən həkim Murti bildirdi ki, Hindistanda tibbi xidmət bir sıra Qərb ölkələrində olduğundan çox ucuzdur, amma keyfiyyət yüksəkdir. Ona görə də xarici ölkələrdə onların xidmətindən istifadəyə maraq böyükdür. O, Hindistanda təcrübəli, peşəsinə bağlı mütəxəssis-həkimlərin çox olduğunu da sözünə əlavə etdi.

Həkim-androloq Pavan dedi ki, Azərbaycana ilk dəfədir gəlib və səfərindən çox məmnundur. Məqsədi isə azərbaycanlı pasiyentlərə öz köməyini göstərmək, Hindistanın əldə etdiyi tibbi nailiyyətlərdən Azərbaycanı da bəhrələndirməkdir. “Hindistanda son 10 il ərzində tibb sənayesində və tibbi turizmdə olduqca böyük uğurlar qazanılıb. Dünyanın hər yerindən müalicə olunmaq üçün Hindistana üz tuturlar. Buna səbəb də Hindistanda peşəkar həkimlərin, müasir tibbi avadanlıqların mövcud olması və ən əsası xidmətin qarşılığında pasiyentlərdən Qərb dünyasında olduğundan dəfələrlə aşağı haqqın alınmasıdır. Azərbaycana gəlməkdə də məqsədimiz buradakı pasiyentləri təcrübəmizdən bəhrələndirmək, onların müalicə olunmaq üçün xaricə getməsinin qarşısını almaqdır” deyən həkim Pavan qeyd etdi ki, bura gəlmədən əvvəl Konqoda olub, pasiyentlər üzərində ağır əməliyyatlar aparıb. Dedi ki, əməliyyat etdiyi xəstələrin vəziyyəti ilə maraqlanmaq üçün yenidən Konqoya uçsa da, bu çətinliyi Azərbaycanda yaşamayacağına əmindir. Çünki Azərbaycanda xəstəyə nəzarət prosesini Hind Klinikası həyata keçirə bilər.

“Bu həkimlər Hindistanda çox məşhurdurlar. Çünki öz peşələrinin ustalarıdırlar. Həkim Murti mahir ortopeddir, 30 ildən artıq təcrübəsi var. O, çox çətin əməliyyatları asanlıqla icra edə bilir. Xüsusən də diz oynaqlarının dəyişdirilməsi, skelioz və sair xəstəliklərin müalicəsində nailiyyətləri böyükdür. Ona görə də onları dəvət etdik ki, Bakıya gələrək pasiyentlərimizi müayinəsində bizə kömək göstərsinlər”.

Bu fikirləri bizimlə söhbətdə Hind Klinikasının direktoru, uroloq-androloq Ronald Dmello bildirdi. Cənab Dmello qeyd elədi ki, bu gün Azərbaycan yüksək inkişaf edib. “Prezident İlham Əliyevin də qeyd elədiyi kimi, bu gün Azərbaycanda tibbi turizmi inkişaf etdirmək üçün geniş potensial mövcuddur və çalışmaq lazımdır ki, bu sahədə ən mütərəqqi layihələr həyata keçirilsin. Biz də öz növbəmizdə çalışırıq ki, Hind Klinikasını genişləndirək, ən ağır əməliyyatları belə burada apara bilək. Düşünürəm ki, bu yolla müalicə məqsədilə olunmaq xaricə üz tutan xəstələrin sayını azaltmaq mümkündür. Hətta güclü inkişafa nail olduqda, Gürcüstan, Türkmənistan, Rusiya, Tacikistan, Qırğızıstan və sair kimi region ölkələrindən də xəstələr müalicə məqsədilə Azərbaycana axışacaq” deyən R.Dmello əlavə etdi ki, şəxsən onlar yaratmaq istədikləri klinikada, məsələn, gnikalogoya, ortopediya, urologiya, andrologiya üzrə böyük uğurlar qazanmaq əzmindədirlər.

Müsahibimiz onu da əlavə etdi ki, klinikada yaradıldığı ilk vaxtlarda Hindistandan gəlmiş həkimlərin fəaliyyət göstərməsi planlaşdırılır. Amma tədricən bu sahələrə yerli həkimlər cəlb ediləcək. Hansı ki, həmin mütəxəssislərin də tədricən Hindistanda treninq keçmələri təmin olunacaq.

R.Dmello bildirdi ki, günümüzdə Hindistan tibbi truzmin inkişafına görə dünyada birinci yeri tutur. Çünki bu ölkədə inkişafla yanaşı yüksək səviyyəli, peşəkar mütəxəssislər də var, xidmətə görə qiymətlər də münasibdir. “Hansı ki, eyni xidmətlər üzrə ABŞ-da, Kanadada, Avstraliyada, Qərbi Avropa ölkələrində və sair çox bahalılıqdır. Hətta pasiyent ödənişin 30 fazini ödədiyi halda belə razı qalmır. Çünki 30 faiz o qədər yüksək məbləğdir ki, Hindistanda 100 faizlik ödəniş ondan az olur. Onu da deyim ki, Hindistanda da o ölkələrdəki kimi savadlı kadrlar mövcuddur, tibbi avadanlıq da Qərbdəki kimidir. Ona görə də harada yaşamasından asılı olmayaraq insanlar Hindistana üz tuturlar” deyən müsahibimiz əlavə etdi ki, bütüb bunları nəzərə alaraq Hind Klinikasının timsalında, ölkələrinin qazandığı təcrübəni Azərbaycanda həyata keçirməyə çalışırlar.

Müsahimizin sözlərinə görə, Hind Klinikası olaraq Dehlidə fəaliyyət göstərən “Medeclube” ilə əməkdaşlıq edirlər ki, onun Azərbaycandakı nümyəndəsi doktor Murtuza Həbibdir. “Medeclube”nin rəhbəri isə xanım Dilprit Brardır. Hansı ki, o, yaxın keçmişdə Bakıya səfəri zamanı seminarda da iştirak eləmişdi.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018