Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Babək prospektində ağaclar yandırılıb - REPORTAJ
Tarix: 03.08.2018 | Saat: 18:15:00
Bölmə:Reportaj | çapa göndər

Son iki aydır ki, paytaxtın bir sıra rayonlarında yaşıllıqlar kütləvi şəkildə yandırılır. Yaşıllıqların yanmasında əsas səbəb, bu ərazilərin alaq otlarından təmizlənməməsi və məişət tullantıları poliqonuna çevrilməsidir.

Belə yanğın hadisələrindən biri də Xətai rayonu Babək prospektində baş verib. Adıçəkilən prospektdə “Şah” şadlıq sarayına tərəf yolqırağı cərgə ilə avtomobil təmiri, yağlama sexləri fəaliyyət göstərir. Həmin sexlərin arxa tərəfi böyük yaşıllıq ərazisidir. Burada, təxminən, 35-40 il yaşı olan şam ağacları var. Həmin şam ağacları paytaxtın yaşıl zolağını təşkil etməklə, şəhərin havasını təmizləyir. Artıq həmin ərazi yandırılıb. Təxminən, 25-30-a qədər şam ağacının oduncaq hissəsi yanğın nəticəsində xəsarət alıb.
Yaşıl meşə zolağı olan ərazi hər tərəfdən hasara alınsa da, körpünün üstündən avtomobillə gedəndə, yanmış ərazilər aydın şəkildə görünür. Amma avtomobil təmir sexləri tərəfdən yanmış əraziyə dəmir qapılar qoyulub. Eləcə də sexlər iç divardan arxa həyətə yol açıb və bütün tullantıları arxa tərəfdən ağacların içinə ataraq, böyük zibilxanalar əmələ gəlib.

Ərazidə şinlərdən, plastik qablardan tutmuş, məişət tullantılarına kimi rast gəlmək olardı. Ərazidən zibil atılmaq əvəzinə, yerindəcə yandırılır. Külək nəticəsində yanğın ətrafa yayılır, yaşıllıqlar, iri şam ağacları və kol bitkiləri yanıb tələf olur. Sakinlərin dediklərinə görə, təxminən, iki həftə olar, yanğın hadisəsi baş verib. Əgər yanğınsöndürən maşınları vaxtında özlərini çatdırmasaydılar, ərazidə bir dənə də olsun, sağlam ağac qalmayacaqdı. Sakinlərin sözlərinə görə, əraziyə baxan yoxdur. Hər tərəf natəmizlik içindədir. Sakinlərin sözlərinə görə, neçə ildir, adıçəkilən ərazidə yaşayırlar. İndiyə kimi yanğın hadisəsi baş verməyib. Amma ağacları qəsdən yandırıblar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.11.2018
14.11.2018