Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “dəfn olunmuş” prezidenti - HƏFTƏ REYTİNQ
Tarix: 03.08.2018 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Belarus Prezidenti Aleksandr Lukaşenko, guya insult keçirməsi barədə yayılan şayiələri yumor hissi ilə qarşıladı. Belarusun “OHT” telekanalında dövlət başçısının məmurla söhbəti əks olunan videokadrlar nümayiş etdirilib. Söhbət yığım mövsümündən gedib. Məmura müraciət edən Lukaşenko deyib: “Gələn il mənə hesabat verərsən. Sən axı növbəti ilə qədər yaşayacaqsan?..”. Daha sonra prezident həmsöhbətinin müsbət cavabını eşidərək, zarafatla əlavə edib: “Sən belə qətiyyətlə danışma. Bax, məni bir sutka əvvəl “dəfn” etdilər. Səni də “dəfn” edə bilərlər”.


Həftənin “kino davası”


“Nizami" kino mərkəzində Kino Günü ilə bağlı keçirilən tədbirdə qalmaqal yaşandı. Tədbirin sonunda Xalq Artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında əlbəyaxa dava olub. Davaya Yavər Rzayevin çəkdiyi film səbəb olub. Belə ki, tədbirin yekun hissəsində rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar. Onları Xalq Artisti Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ayırmağa çalışıb. Həmin davanın videogörüntüləri internetdə yayılıb.


Həftənin “Şərəf”lisi


Azərbaycan Prezidenti İlham Əliyev kino xadimlərinin təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, bir qrup şəxs Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə təltif edilib. Onlar arasında Xalq Artisti Rasim Balayev də var. O, “Şərəf” ordeni ilə təltif olunub. Xalq Artistinin təəssüratları belə olub: “Yol gedirdim. Başım qarışıqdır, saytları oxuya bilmirəm. Kinostudiyanın rəhbəri zəng edib, məlumat verdi, təbrik etdi. Bayaqdan dostlarım da təbrik üçün əlaqə saxlayır. Prezidentimizə mənə göstərdiyi diqqətə görə təşəkkür edirəm”. R.Balayev səhhətindən də bəhs edib: “Özümü yaxşı hiss edirəm. Artıq sərbəst gəzə bilirəm. Səhhətim yaxşıdır”.


Həftənin “müflisi”


Rusiyanın Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski, onun oğlu, deputat İqor Lebedev və Dövlət Dumasında RLDP fraksiyası sədrinin birinci müavini Vadim Denqin “Lurk” haker qrupu tərəfindən qarət edildilər. Müvafiq sənədi hakerlərin vəkili təqdim edib. Hüquq-mühafizə orqanlarına yaxın mənbələr haker hücumlarının baş verdiyini təsdiqləyiblər. “Lurk” haker qrupunun üzvləri 2016-cı ildə saxlanılıblar. Onlar banklar və kommersiya təşkilatlarından 3 milyard rubl oğurlamaqda ittiham olunurdular. 2017-ci ilin sonlarında isə sözügedən cinayət işi üzrə keçən Konstantin Kozlovski bəyan etmişdi ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə ABŞ-ın Demokrat partiyasının Milli Komitəsinin saytının dağıdılmasında və ölkə prezidentliyinə namizəd Hillari Klintonun şəxsi yazışmalarının mənimsənilməsində iştirak edib.


Həftənin “rüşvətxor məmuru”


Rüşvət alan icra məmuru hakim qarşısına çıxarıldı. Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Pərviz Nəbizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru işləmiş Pərviz Nəbizadə şərti cəza alıb. Məlumata görə o, bu ilin əvvəllərində vəzifə səlahiyyətlərini yerinə yetirən zaman 300 manat rüşvət aldığına görə saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq və məhkəmə istintaqı dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.


Həftənin “Allaha inananı”


Əməkdar artist Elza Seyidcahan nəqliyyatda son qiymət artımına belə münasibət bildirdi: “...Yəqin belə məsləhətdi ki, qiymətləri qaldırıblar. Biz uşaqlıqdan görmüşük ki, çörəyin, yağın və yumurtanın qiyməti qalxıb. Əgər hər bir insan zəhmətkeşdirsə, acından ölə bilməz. İnanırsınız ki, bu qiymət artımlarından xəbərim yoxdur. Maşınıma benzin alanda da qiymətini soruşmuram, pulumu verirəm ki, benzin vursunlar. Qiymətlər qalxsa da, heç bir narahatlığım yoxdur, çünki Allahıma inanıram və Allah da ruzimi yetirir. Bütün ailənin qayğıları mənim çiynimdədir. İmkansız insanam, amma elə bilirlər, imkanlıyam. Ölkə başçımız xalqını və vətənini canından artıq sevir. Əgər bugünkü gündə qiymətlər artırılıbsa, bizim bilmədiyimiz nəsə var. Buna görə də təmkinli olmalıyıq”.

 

Həftənin “cəriməlisi”


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı daxil olmuş şikayət əsasında yerində monitorinq və araşdırma aparıldı. Sözügedən ərazidən çirkab su axan hissədən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə suyun tərkibində çirkləndirici maddələrin normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı əraziyə cavabdeh olan Bakı Sukanal İdarəsinin rəisi Habil Quliyev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, vəzifəli şəxs qismində 2 500 manat məbləğində cərimə olunub.


Həftənin “1 nömrəli dünya idmançısı”


87 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz İslam Abbasov dünya reytinqinə başçılıq edən yeganə Azərbaycan idmançısı oldu. İstanbulda keçirilmiş 23 yaşadək gənclərin sonuncu Avropa Çempionatının qalibi reytinqdə 45 xal qazanıb. O, yunan-Roma güləşində reytinqdə ilk dəfə birinci sıraya yüksələn üç idmançıdan biri olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.10.2018