Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xan qızı Natəvanın anadan olmasından 186 il ötür
Tarix: 06.08.2018 | Saat: 13:09:00
Bölmə:Mədəniyyət | çapa göndər

Xan qızı Natəvanın anadan olmasından 186 il ötür.

Hafta.az xəbər verir ki, o, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan оlan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “Dürrü yekta” (tək inci) çagırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir.

Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət qazanan nadir istedad sahibi idi. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi böyük klassiklərin əsərlərini mutaliə edir və onların yaradıcılığından bəhrələnirdi. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq ”Xan qızı bulağı” adı ilə məşhur olub. O həm də qorxmaz, məğrur bir hökmdar idi. XIX əsrin mənfur rus istilası başlayanda, onun ərazisinə girdikləri üçün rus çinovniklərini öz nökərlərinə döydürüb, ərazisindən qovdurmuşdu.

Xan qızı Şuşada “Məclisi-üns” (dostluq, ülfət məclisi) yaratmış və onun bütün xərclərini öz üzərinə götürmüşdü. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazırdı. Qəzəl janrında da misilsiz əsərlər yaradıb.

Şairənin ailə həyatı uğursuz alınmışdı. Cavan oğlunu itirən Natəvanın şeirləri bədbin ruhda yazılmışdı. O, “Ağlaram”, “Getmə”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” şeirlərini dünyadan nakam köçmüş oğluna həsr edib.

Digər Azərbaycan klassikləri kimi Natəvanın da bir sıra şeirlərinə mahnılar bəstələnib. Mərhum bəstəkarımız Vasif Adıgözəlovun Natəvanın sözlərinə bəstələdiyi “Qərənfil” mahnı-romansı çox uğurlu alınıb. Onun şərəfinə əsərlər yazılıb, tarixi şəxsiyyət və şairə xanım obrazı bədii ədəbiyyatda canlandırılıb. Xalq şairi Məmməd Rahim “Natəvan” poemasını, Xalq yazıçısı İlyas Əfəndiyev “Natəvan” pyesini ona həsr ediblər.

Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib, məzarı Ağdamın “İmarət” qəbiristanlığındadır. Onun adına küçə, klub, kitabxana və məktəb var. Əlyazmaları, şəxsi geyim və əşyaları arxiv və müzeylərimizdə saxlanılır.

Şairənin Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulub. Natəvanın Şuşadakı büstü bədnam qonşularımız ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb, güllələnib və tullantı metal kimi satılıb. Azərbaycanın hakimiyyət orqanlarının səyləri ilə həmin büst aşkar edilərək Bakıya gətirilib. Hazırda İncəsənət Muzeyində açıq səma altında nümayiş etdirilir.

Xurşidbanu Natəvanın 180 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Xalqımız hökmüdar və şairə qızını həmişə ehtiramla yad edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ