Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan Türkiyədə ikinci neft-kimya kompleksinin tikintisinə başlayacaq
Tarix: 06.08.2018 | Saat: 13:30:00
Bölmə:İqtisadiyyat | çapa göndər

SOCAR-ın Türkiyə Ofisinin rəhbəri Zaur Qəhrəmanov "Petkim"in Aliağa terminalının tərkibində inşa edəcəkləri ikinci neft-kimya zavodu üçün hazırlıqların gələn ilin aprel ayında başa çatacağını bildirib.

Hafta.az "Milliyet"ə istinadən yazır ki, iyun ayında isə tikinti işlərinə start veriləcək. Z.Qəhrəmanov deyib ki, bu layihənin icrası üçün Türkiyəyə böyük həcmdə sərmayə daxil olacaq. 

"Çalışacağıq ki, yeni müəssisənin tikintisini 3 ilə başa çatdıraq. Plana əsasən 2022-ci ilin sonu, 2023-cü ilin əvvəlində yeni neft-kimya zavodu məhsul istehsalına başlasın" deyən Z.Qəhrəmanovun sözlərinə görə, Azərbaycan tərəfi STAR terminalının yaradılması yolu ilə Türkiyəyə 19 milyard dollar həcmində sərmayə yatırıb. Yeni qurulacaq müəssisədə isə ölkənin strateji ehtiyaclarına uyğun şəkildə qərəcə yanacağı, LPG və motorin istehsal ediləcək. 

STAR zavoduna gəldikdə, qeyd edilib ki, artıq ilk neftlə dolu tanker bu terminala gəlib və oktyabrda müəssisə tam gücü ilə işə başlayacaq. Z.Qəhrəmanov onu da deyib ki, zavodun açılışı prezidentlər Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin iştirakı ilə baş tutacaq. 

Məqalədə qeyd olunur ki, STAR kompleksinin fəaliyyətə başlaması nəticəsində Türkiyənin xarici ticarətdə mənfi saldosu təxminən 1,5 milyard dollar azalacaq. Növbəti inşa olunacaq terminal zavod isə Türkiyənin mövqeyini daha da gücləndirəcək. Tam 1 milyon ton neftin emal ediləcəyi zavoddan söz açan Z.Qəhrəmanov belə deyib: "Petkim" ancaq 250 min ton neft göndəriləcək. Çünki onun ehtiyacı bu qədərdir. Qalan 750 min ton yanacaq xammalını da emal etmək üçün mütləq yeni təsisə ehtiyac yaranmışdı. Bu müəssisənin yaradılması Azərbaycan, "Petkim" və SOCAR üçün lazımdırsa, əsl məqsəd Türkiyənin gücünə güc qatmaqdır". Qəhrəmanov deyib ki, yeni müəssisə də Aliağadakı təsislərin yanında tikiləcək. Onun sözlərinə görə, bütün müəssisələrin məhz burada cəmlənməsinin səbəbi ərazidə mükəmməl infrastrukturun yaradılması ilə bağlıdır. O, yeni təsisin Türkiyənin neft-kimya məhsulları üzrə idxalının 40 faziini qarşılayacağını da sözlərinə əlavə edib. 

Türkiyənin ilk neft-kimya müəssisəsi olan "Petkim"in ildə 3,6 milyon ton məhsul istehsal etdiyini xatırladan Qəhrəmanova görə, ikinci "Petkim" istifadəyə veriləndən sonra ölkənin ehtiyac duyduğu adi neft-kimya məhsullarının istehsalı ilə məşğul olacaq.

O, iyun ayında ilk fazasının açılışı edilmiş Trans-Anadolu Təbii Qaz Boru Xəttinə (TANAP) toxunaraq qeyd edib ki, Azərbaycan qazının Əskişəhrə çatması onları çox sevindirir. Layihənin ikinci fazasının tikintisinin də davam etdirildiyini bildirən Z.Qəhrəmanov, əlavə edib ki, artıq bu müstəvidə işlərin 85 faizi görülüb. "2019-ci ilin iyun ayında boru Yunanıstan sərhədinə çatdırılacaq. Məhsulun ilin sonunadək Yunanıstana ötürülməsi nəzərdə tutulub" deyib müsahib. 

Türkiyə hökumətinin yürütdüyü iqtisadi siyasətin ən böyük dəstəkçisi olduqlarını qeyd edən Qəhrəmanov, Aliağaya özəl sənaye bölgəsi statusunun verilməsi üçün danışıqların aparıldığını bildirib. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018