Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BƏƏ xalqı Şeyx Zayedin Əbu Dabidə rəhbərliyə keçməsinin 52-ci ildönümünü qeyd edir
Tarix: 07.08.2018 | Saat: 15:57:00
Bölmə:Siyasət | çapa göndər

1966-cı il avqustun 6-sı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tarixində yeni epoxanın başlanğıcı hesab olunur. Bu il isə BƏƏ xalqı Şeyx Zayedin Əbu Dabidə rəhbərliyə keçməsinin 52-ci ildönümünü qeyd edir.

BƏƏ-nin ölkəmizdəki səfirliyindən Hafta.az-a göndərilən məqalədə deyilir ki, Əmirliklərdəki 6 avqust və Azərbaycandakı 15 iyun tarixləri mahiyyətcə çox oxşardır. 15 iyun Azərbaycan dövlətçiliyində ən önəmli günlərdəndir. Milli Qurtuluş Günü- müstəqil Azərbaycanın tarixində yeni və çox dəyərli mərhələnin başlanması günüdür. Bu gün Ümummilli lider Heydər Əliyevin paytaxt Bakıya tarixi qayıdışını qeyd edir. Bu o zamandır ki, böyük lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib. Şeyx Zayed də məhz eyni addımı atıb.

Şeyx Zayed 1918-ci ildə Əbu Dabidə doğulub. Atası Şeyx Sultan bin Zayed 1922-1926-cı illərdə Əbu-Dabi hökmdarı idi. Şeyx Zayed dörd qardaşın ən kiçiyi idi və ona əmirliyi idarə edən (1885-1909) "I Zayed" kimi tanınan babası Zayed bin Xəlifənin adı qoyulub. Şeyx Zayedin ərəblərə xas olan şahin ovuna çox böyük marağı var idi. O, dəvəyə minmək və at çapmaq bacarıqlarını günü-gündən artırırdı. Yaşının az olmasına baxmayaraq liderlik və rəhbərlik xüsusiyyətləri formalaşmağa başlamışdı. Bu onun doğma şəhəri olan Əl-Aində yaşadığı dönəmə təsadüf edirdi. XX əsrin 50-ci illərində Abu Dabi Əmirliyində neft tapılması ilə Körfəz bölgəsində iqtisadiyyat sürətli inkişaf dövrünə qədəm qoydu. 1962-ci ildə Abu Dabi ilk neftini ixrac etdi. Bu hadisə şəhərin tarixində hər şeyi köklü surətdə dəyişdi. İqtisadiyyat, ictimai və mədəni həyat yeni mərhələyə qədəm qoydu. Ölkənin problemlərini həll etməyi bacaran, neft gəlirlərindən ideal şəkildə istifadə etmək yollarını uğurlu şəkildə planlaşdıran, ölkəni inkişafa doğru aparan bir başçıya ehtiyacı var idi. 1966-cı ildə Şeyx Zayed Abu-Dabinin əmiri seçilir. Şeyx Zayed ölkədə geniş islahatlar həyata keçirir, təhsil və səhiyyə inkişaf etməyə başlayır. Böyük və müasir şəhər salınmağa başlayır, xalqın yaşayış problemlərinin həlli üçün köklü islahatlat aparılır, möhtəşəm inkişaf proqramı işlənilib hazırlanır.

Onun inkişafa dair təşəbbüsü geriləmə illərinin aradan qaldırılmasında böyük nailiyyət oldu.

Bu gün həm BƏƏ, həm də Azərbaycan regionda aparıcı ölkələrdir və xalqlarımız bütütn bu nailiyyətlərin liderlərimizin sonsuz səyləri nəticəsində baş verdiyini daim xatırlayır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Keçmiş SSRİ məkanında ilk milli pula necə sahib olduq? - ARAŞDIRMA