Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ay və Günəş tutulması, yoxsa kosmik sir?
Tarix: 08.08.2018 | Saat: 16:48:00
Bölmə:Maraqlı | çapa göndər

İyulun 27-də baş vermiş qanlı ay tutulmasının müəmması gözlər önündən getməmiş, indi də avqustun 13-də yaşanacaq günəş tutulmasına hazırlaşırıq. Tarix boyu mütəmadi davam etmiş bu cür təbii proseslərin səbəblərini açmaq üçün mütəxəssislər müxtəlif elmi izahlar gətirib, hərə özünəməxsus və fərqli fikirlər səsləndirib. Amma fakt budur ki, insanlar nəyin necə olmasına əhəmiyyət vermədən, belə hadisələri maraqla izləyir.

Günəş və Ay tutulmaları haqqında səslənən fikirlərdən daha çox qəbul ediləni “Düz Yer” teorimidir. Məsələn, iyulun 27-də yaşanan qanlı ay tutulmasını dünyanın bir çox ölkələrində aydın şəkildə izləsələr də, bu teorimin müdafiəçiləri deyirlər ki, yox, qanlı ay tutulması deyilən bir şey yoxdur və bu uydurmadır. Onlara görə, insanlar optik illuziya vasitəsilə aldadılır və belə bir hadisənin baş verdiyinə inandırılır.

“Düz Yer”in ardıcılları deyir ki, Yer kürəsi qəti şəkildə Ayı qaranlığa boğa bilməz. Ən yaxşı halda Yerin Ayın müəyyən hissəsini Günəş işığından məhrum etməsi mümkündür. Onlar hətta Yer kürəsinin yuvarlaq olmadığını da iddia edirlər.

İddialar sadəcə, yuxarıda qeyd etdiklərimizlə məhdudlaşmır. Onlar bir az da irəli gedərək günahı NASA-nın üzərinə atırlar. Bildirirlər ki, istər qanlı ay tutulması, istərsə də Günəş tutulmasında məhz NASA holoqram texnologiyasından istifadə edir.

“Düz Yer”in ardıcılları deyirlər ki, Günəş və Ay yadplanetlilər tərəfindən istifadə edilən alətdir. Bu fikrin tərəfdarları, əslində Nibiru və ya “Planet X” teorimlərinə əsaslanır. Nibiru ilə bağlı fikirlər 1995-ci ildə astrofizik Nansi Lieder tərəfindən ortaya atılıb. Onun sözlərinə görə, Nibirunun Yerlə toqquşması və ya yaxınından keçməsi səbəbindən dünyamızda canlı həyat məhv olacaq.

Liederin fərziyyəsinə görə, qoşa ulduz sistemi olan “Zeta Reticuli”də yaşayan yadplanetlilər kosmik fəazada mesajları alıb, Yerə ötürməklə məşğuldurlar.

Astrofizik Matt Rogers də bütövlükdə bəşəriyyətin aldadıldığını düşünür. Onun fikrincə, Ay və Günəş reallığı əks etdirmir. Guya onlar hansısa nəhəng və müəmmalı bir planeti və ya ulduzu Yerdən görməmək üçün xüsusi şəkildə yaradıblar. Sözügedən müəmmalı, nəhəng planet və ya ulduz isə elə Nibirudur…

Rogers bildirir ki, Ayı seyr edəndə onun şübhələri durmadan artır. Çünki bu Yerin peyki kosmik cismlərin xüsusiyyətlərinə cavab vermir – Ay olduqca ağ və parlaqdır. O, qeyd edir ki, Rene Deskartesdən Vaçovski qardaşlarına, “Tesla”nın sahibi Elon Muska qədər çoxlarının da daxil olduğu insanların stimulə edilmiş bir realitşounun parçasıdır. Bu yerdə, o, SpaceX və “Tesla”nın şefi olan Elon Muskun bir vaxtlar dediyi “insanlar tamamən Matriks kimi bir oyunun içində yaşayır” fikri xatırladır. Amma əlbəttə, hər zaman olduğu kimi Rogersin iddialarına qarşı ciddi dirəniş mövcuddur.

Bununla birlikdə, Oksford Universitetinin doktoru Zohar Ringel və Dmitri Kovritşin qarmaqarışıq Kvant sistemlərini başa çatdırmaq üçün hesablamanın istiqamətlərini aydınlaşdırmağa başladı. Onlar reallığın (Günəş və Ay) stimulyasiya olmadığını isbatlamağa çalışmaq məqsədi güdürdülər. Amma əvəz edilməyən bəzi Kvant mexanikası problemlərinin olduğu bilindi.

“Science Advances”də aparılan araşdırmanın Kvant mexanikası fenomeninin ikinci kateqoriyada olduğunu isbatlayır. Çünki sistemlər inanılmaz dərəcədə yüksək maqnit sahələrinə və ya aşırı dərəcədə soyuğa məruz qaldıqda cazibə anomaliyası ortaya çıxır. Təsirləri, sistemin istilik dəyişməsi ilə bağlı elektrik axımları və ya kosmik zaman geometriyasında bükülmə olaraq görülür. Alimlər bu təsiri öyrənmək üçün təcrübə aparmaq istədilər, amma sistem daha da qarışdı və stimulyasiyanın bu səbəbdən prinsipcə mümkün olmadığı ortaya çıxdı.

Professor Zohar Ringel o vaxt verdiyi açıqlamada bildirdi ki, cazibə anomaliyaları ilə hesablama qarmaqarışıqlığı əslində fərqli sahələr olsa da, təcrübə zamanı ikisi arasında hansısa bir əlaqənin olduğu üzə çıxıb. Ona görə də Kvant effektlərini stumilə eləmək üçün əvvəllər heç vaxt görülməyən hesablama üsuluna ehtiyac var.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.12.2018
12.12.2018