Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni tədris ilinə hazırlıq başlayıb
Tarix: 08.08.2018 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Bu münasibətlə paytaxtda ehtiyac olan ərazilərdə yeni məktəblər tikilir

Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işlərinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, bir məktəbin binasının, bir məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi aparılır.

Bundan əlavə, ehtiyac olan ərazilərdə iki yeni məktəbin inşasına başlanılıb. Həmçinin bir məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Bütün bu işlərin yeni tədris ili başlayana qədər bitməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, müşahidələr onu deməyə əsas verir ki, təhsil islahatlarına başlanıldığı vaxtdan məktəb tikintisi prioritet sahəyə çevrilib. Bunun nəticəsidir ki, hətta ən ucqar dağ kəndlərində belə, yeni təhsil ocaqları tikilərək istifadəyə verilib.Təbii ki, hər il dövlət büdcəsindən təhsilə ayrılan xərclərin artırılması bu sahəyə dövlət qayğısının əsas göstəricisi sayıla bilər. Statistikaya nəzər salsaq görərik ki, büdcədən təhsil istiqamətində nəzərdə tutulan vəsaitlərin həcmi ilbəil artır. Məsələn, 2014-cü il dövlət büdcəsindən məktəbəqədər və ibtidai təhsilə 158,7 milyon manat, natamam və orta təhsilə 851,0 milyon manat, internat və xüsusi məktəblərə 43,2 milyon manat, texniki-peşə məktəbləri və liseylərə 78,6 milyon manat, ali təhsilə 33,0 milyon manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 5,0 milyon manat və təhsil sahəsində digər xidmətlərə 483,9 milyon manat vəsait yönəldilib.

2015-ci ildə isə təhsil xərcləri üçün 1711,2 milyon manat, 2014-cü illə müqayisədə 57,7 milyon manat və yaxud 3,5 faiz çox vəsait ayrılıb. Həmin il təhsil xərclərinə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,1 faiz olub. 2015-ci il dövlət büdcəsindən məktəbəqədər təhsilə 165,6 milyon manat, ümumi təhsilə 898,3 milyon manat, ilk-peşə təhsilə 34,3 milyon manat, orta ixtisas təhsilə 44,6 milyon manat, ali təhsilə 39,2 milyon manat, əlavə təhsilə 3,5 milyon manat, təhsil sahəsində digər müəssisə və tədbirlərə 525,7 milyon manat vəsait yönəldilib.
2016-cı ildə dövlət büdcəsindən təhsil sahəsinə 1 713,5 milyon manat vəsait ayrılıb. Bu, 2015-ci illə müqayisədə 0,1 faiz çox olub. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 940,1 milyon manatı və yaxud 54,9 faizi ümumi təhsil xərclərinin, 497,9 milyon manatı və yaxud 29,0 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, bakalavriat və magistratura pillələri üzrə xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.), 157,4 milyon manatı və yaxud 9,2 faizi məktəbəqədər təhsil xərclərinin, 37,2 milyon manatı və yaxud 2,2 faizi ali təhsil xərclərinin 43,6 milyon manatı və yaxud 2,5 faizi orta ixtisas təhsili xərclərinin, 33,7 milyon manatı və yaxud 2,0 faizi ilk-peşə ixtisas təhsilinin, 3,6 milyon manatı və yaxud 0,2 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldilib. Eyni zamanda, 2016-cı ildə dövlət büdcəsi ilə yanaşı, Dövlət Neft Fondunun büdcəsindən Azərbaycan gənclərinin və gənc mütəxəssislərin xarici ölkələrdə təhsili, ali təhsil müəssisələrində təhsilvermə bacarıqlarının təkmilləşdirilməsi və elmi tədqiqatların təşviqi üçün 50 milyon manat vəsait ayrılıb.

2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində təhsil üçün ayrılması nəzərdə tutulan xərclərin miqdarı 1.859.499.497 manat göstərilmişdi. Təhsil xərclərinin 165.211.728 manatı məktəbəqədər təhsil, 981.053.277 manatı ümumi təhsil, 33.761.406 manatı ilk-peşə ixtisas təhsili, 44.917.271 manatı osta ixtisas təhsili, 41.383.900 manatı ali təhsil, 3.779.189 manatı isə əlavə təhsil üçün nəzərdə tutulurdu. 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsində elmə ayrılması təklif olunan xərclərin məbləği isə125.318.640 manat təşkil edirdi.

Ötən ilin ortasında dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsaitlərə dəyişikliklərdən sonra “Təhsil” bölməsi üzrə 1791,2 milyon manat vəsait proqnozlaşdırılmışdı ki, bu da 2017-ci il üçün təsdiq olunmuş büdcə göstəricisindən 55,1 milyon manat və ya 3,2 faiz çox idi. Bölmə üzrə xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi isə 0,3 faiz azalaraq 10 faiz təşkil edirdi. Eyni zamanda, dəyişikliklərdə diqqət çəkən məqam həm də ondan ibarət idi ki, bölmə üzrə 55,1 milyon manat məbləğində nəzərdə tutulmuş artım “Məktəbəqədər təhsil” köməkçi bölməsi üzrə xərclərin 32,6 milyon manat və ya 23,7 faiz, “İlk peşə ixtisas təhsili" köməkçi bölməsi üzrə 5,9 milyon manat və “Təhsil sahəsində digər müəssisə və tədbirlər” köməkçi bölmə üzrə isə 16,6 milyon manat və ya 3 faiz artımı hesabına formalaşmışdı.

Artım məbləğinin nəzərdə tutulmuş tədbirlər üzrə təhlillərinə görə, “Təhsil” bölməsi üzrə proqnozlaşdırılmış 55,1 milyon manat artım məbləğinin 59,1 faizi dövlətə məxsus məktəbəqədər təhsil müəssisələrinin saxlanılmasında dövlət-valideyn müştərək maliyyələşmənin tətbiqi məqsədilə uşaqların həmin müəssisələrdə saxlanılması haqqının müəyyən edilməsi ilə bağlı normativ hüquqi sənədin qəbul olunmaması səbəbindən uşaq bağçalarının saxlanılması, həmçinin respublikanın 14 şəhər və rayonu üzrə 20 yeni tikilmiş bağça və əlavə qrupların ilin sonuna kimi maliyyə təminatı ilə bağlı xərclərə, 10,7 fazilik ilk peşə ixtisas təhsili müəssisələri üzrə təqaüdün ləğv edilməsi ilə bağlı normativ-hüquqi sənəd qəbul olunmadığından təqaüdlə bağlı xərclərə, 30,1 faizi isə təhsil sahəsində digər tədbirlərə nəzərdə tutulmuşdu.

2018-ci il dövlət büdcəsindən isə təhsil xərclərinə 2001,5 milyon manat vəsait ayrılıb ki, bu da 2017-ci illə müqayisədə 210,3 milyon manat və ya 11,2 faiz, 2016-cı ilin icrası ilə müqayisədə 247,1 milyon vəsait və ya 14,1 faiz çoxdur. Büdcə sənədində qeyd edilib ki, təhsil xərcləri üçün ayrılmış vəsaitin 1082,1 milyon manatı və ya 54,1 faizi ümumi təhsil xərclərinin, 628,3 milyon manatı və ya 31,4 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi ilə bağlı xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.) 175,3 milyon manatı və ya 8,7 faizi məktəbəqədər təhsil xərclərinin, 41,3 milyon manatı və ya 2,1 faizi orta ixtisas təhsili xərclərinin, 42,7 milyon manatı və ya 2,1 faizi ali təhsil xərclərinin (Azərbaycan respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Bakı Xoreoqrafiya Akademiyasının, Ədliyyə Akademiyasının və digər təhsil müəssisələrinin fəaliyyətinin maliyyət təminatı ilə bağlı xərclər), 28,0 milyon manatı və ya 1,4 faizi ilk-peşə ixtisas təhsilinin, 3,7 milyon manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyəlləşdirilməsinə yönəldiləcək.
2018-ci il ərzində elm xərclərinə 128, 1 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 9,5 milyon manat və ya 8,0 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Ümumiyyətlə isə müşahidələr onu deməyə əsas verir ki, son illər ölkənin iqtisadi qüdrətinin yüksəlməsi təhsil və elm sektorunun yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaradıb. Ekspertlər də hesab edirlər ki, hazırda elm və təhsil sahəsində müvafiq strategiyalar üzrə aparılan islahatlar, icra edilən dövlət proqramları ölkəmizin dinamik iqtisadi inkişafı və geniş maliyyə imkanlarına malik olması ilə sıx bağlıdır. Belə ki, dövlətin maliyyə imkanları genişləndikcə qarşıda duran məqsədlərə, o cümlədən elm və təhsil sahəsində irəli sürülən vəzifələrə nail olmaq üçün real imkanlar daha da artıb. Bu isə öz növbəsində gələcəkdə ölkə vətəndaşlarının elm və təhsil sahəsinə əlçatanlığının yüksəldilməsinə, bu istiqamətdə daha böyük uğurların əldə olunmasına xidmət edəcək.

Məlumat üçün onu da bildirək ki, təkcə, ötən 10 il ərzində Azərbaycanda 2900-dən çox məktəbin tikintisi və əsaslı təmiri həyata keçirilib. Həmin məktəblərin əksəriyyəti ötən əsrin 30-70-ci illərində istifadəyə verilmiş və uzun müddət təmir edilməmiş təhsil ocaqlarıdır. Sözsüz ki, bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri da böyükdür. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqla təchiz edilib.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.10.2018