Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Vəkil vətəndaşa yüz faizlik qələbə vədi verməməlidir” – MÜSAHİBƏ
Tarix: 08.08.2018 | Saat: 17:55:00
Bölmə:Müsahibə | çapa göndər

Hazırda bu sahədə aktual mövzular çoxdur. Yeni sədrin seçilməsindən sonrakı vəziyyət, ölkənin hüquq ictimaiyyətinin aktivliyi, mövcud vəziyyət və problemlər... Söhbət vəkillik sahəsindən gedir.

Hafta.az-ın bu mövzuda suallarını vəkil Xəqani İmanov cavablandırıb.
Qeyd: İmanov Xəqani Qurban oğlu 1988-ci il martın 4-də Salyan rayonunda anadan olub. 2005-2009-cu illərdə Beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra 2010-2013-ci illərdə vəkil yanında köməkçi, 2013-cü ildən 2018-ci ilədək Bakı Ağır Cinayətlər Məhkəməsində məsləhətçi (məhkəmə iclasının katibi) vəzifəsində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasınin keçirdiyi müsabiqədən və müsahibədən müvəffəqiyyətlə keçərək Vəkillər Kollegiyasına üzv olaraq vəkillik fəaliyyəti ilə məşğuldur.

- Azərbaycan vəkilliyinin hazırki inkişaf səviyyəsi barədə nə deyə bilərsiniz?
- Hər halda yüksələn dinamika ilə inkişaf etdiyini vurğulaya bilərəm. Sədr Anar Bağırov bu gün vəkillər kollegiyasını cavanlaşdırır. Demək olar ki, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanlarından çoxlu sayda gənc hüquqşünaslar Vəkillər Kollegiyasına üzv oldu və maraq günü gündən artmaqdadır.
- Xarici ölkələrdə vəkillər kateqoriyaya bölünüb və hansısa bir vəkil bütün ölkə üzrə məsələn, boşanmalarla bağlı ən məşhur vəkil hesab edilə bilər. Azərbaycanda da belə bölgü varmı və siz daha çox hansı sahə üzrə uğurlu vəkil sayırsınız özünüzü?
- Bəli, inkişaf etmiş ölkələrdə vəkillər hüququn ayrı ayrı sahələri üzrə ixtisaslaşıb. Bu bölgü hazırda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası vəkillərin vahid reyestrini hazırlayır həmin reyestrdə hər bir vəkil öz ixtisaslaşdığı sahəni göstərir. Təbii ki bu hələ başlanğıcdır qısa bir zamanda Vəkillər Kollegiyası iri addımlarla böyük uğurlara imza atıb. Azərbaycan Respubkikasının Konstitutsiyasının 61-ci maddəsində göstərildiyi kimi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Bunun üçün savadlı və perspektivli vəkillərə ehtiyac var idi və nümayəndəlik institutunun ləğv edilməsi yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi üçün atılan ən böyük addım oldu. Çünki heç bir hüquq təhsili olmayan şəxslər vətəndaşlara hüquqi yardım göstərirdilər bu isə vətəndaşların haqlı narazılığına səbəb olurdu. Mənim ixtisaslaşdığm sahələrə gəldikdə mən əsasən Cinayət hüququ, Mülki hüquq, Ailə hüququ və İnzibati hüquq sahəsində ixtisaslaşdığımı deyə bilərəm.
- Bizdə vəkilliyin inkişafına ən çox nə mane olur?
- Vəkillərin əsas problemləri istintaq orqanlarında sübutlara çatımlılıqla bağlıdır. Deməli, cinayət işlərinin istintaqı zamanı vəkil işə qoşularkən sübutlarla tanış olmasında problemlər yaranır. Cinayət prossesual qanunvericilik bu sahədə hüquqları və müdafiəni məhdudlaşdırır. Vəkil yalnız istintaqın yekununda cinayət işi ilə tanış olur və həmin vaxt süprizlərlə qarşılaşır. Hüququn digər sahələrində ( mülki, inzibati və. s) sübutlara çatımlılıq əvvəlcədən təmin olunsa da, şübhəli və təqsirləndirilən şəxsin cinayət təqibinin yekununda azadlığı məhdudlaşacağını nəzərə alaraq onun Azərbaycan Respubkikasının Konstitutsiyasında nəzərdə tutulmuş yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun məhdudlaşdırılması fundamental hüquq olan müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Bu isə əksər hallarda vətəndaşların vəkilə olan etimadını və inamını azaldır. Hesab edirəm ki, qanunverici orqan tərəfindən cinayət prosessual qanunvericiliyinə ibtidai istintaqın başlanma mərhələsindən vəkillərin həmçinin şübhəli və təqsirləndirilən şəxsin sübutlara çatımlığını təmin edilməsi məqsədi ilə dəyisiklik edilməlidir. Çünki məhkəmə istintaqı zamanı vəkil istintaqın istənilən mərhələsində məhdudiyyət qoyulmadan cinayət işi ilə tanış olmağa sübutları araşdırmağa şərait yaradıldığı halda ibtidai istintaq zamanı bu hüquq niyə məhdudlaşdırılmalıdır?!
- Əhalinin sayına görə Azərbaycanda vəkillərin sayı azdır, bu sahəyə maraq olmaması nədən irəli gəlir?
- Bəli, bu gün inkişaf etmiş ölkələrə nisbətən əhalinin sayına görə vəkillərin sayı azdır, amma bu azlıq son bir neçə ayadək hiss edilmirdi, çünki nümayəndəlik inistutu bu sahəni demək olar ki, iflic etmişdi. Qanunvericiliyə edilmiş son dəyişiklikdən sonra həm vəkillərin sayı nəzərəcarpacaq dərəcədə artdı, həm də bu sahəyə maraq çoxaldı. Təkcə mənim tanıdığım çoxlu sayda gənc hüquqşünaslar Ali Məhkəmədən, Apellyasiya məhkəmələrindən, rayon, şəhər məhkəmələrindən və prokurorluq orqanlarından vəkilliyə keçərək hazırda vəkil kimi fəaliyyət göstərirlər.
- Vəkilliyə qəbul imtahanları ilə bağlı nə deyə bilərsiniz? Sosial şəbəkələrdə test imtahan suallarının ağır olmasından gileylənirlər.
- Vəkilliyə qəbulla bağlı keçirilən imtahanlardan onu deyə bilərəm ki, bunu Azərbaycanda kecirilən ən şəffaf və obyektiv imtahan hesab edirəm. Düşünürəm ki, vəkilliyə imtahan hakimliyin də, prokurorluğun da sınağından çətin olmalıdır. Çünki vəkillik hüququn bütün sahələri üzrə vətəndaşlara xidmət edir. Onun üçün də vəkil savadlı və çevik düsünmə qabliyyətinə malik olmalıdır.
- Bəzi vəkillər var ki, vətəndaşlara qələbə qazanılacağı ilə bağlı yüz faiz təminat verir. Buna münasibətiniz necədir?
- Hesab edirəm ki, qələbə hər bir vəkilin uğurudur və hər bir vəkil istəyər ki, uğurları çox olsun. Qələbə barədə heç bir halda yüz faiz təminat verilməsi düzgün deyil, çünki son qərarı məhkəmə verir. Hakimin də səhv qərarı ola bilər, bu danılmazdır, sadəcə Azərbaycan Respublikasında məhkəmə sistemi üç pilləlidir. Birinci instansiyada ədalətli qərarı əldə edə bilmədikdə ya apelyasiyada ya da Ali Məhkəmədə mütləq haqq-ədalət öz yerini tapir. Ona görə də vəkil vətəndaşa yüz faizlik qələbə vədi deyil, qələbə qazanmaq üçün bütün gücündən istifadə edəcəyinə vəd verməlidir.
- Azərbaycanda vəkillikdən əldə edilən gəlirlə normal qaydada yaşamaq mümkündürmü?
- Normal qaydada yaşamaq meyarı hər bir şəxs üçün fərdidir, mənim fikirmcə qənaətbəxşdir. Məhşur ingilis siyasi və dövlət xadimi və yazıçı Vinston Çörçill musahibələrinin birində belə bir söz demişdi: “Mən həkimə nə qədər pul verirəmsə, vəkilimə onun iki qatını verirəm. Çünki həkimə dərdimi danışanda mənə bir resept yazır və gedir. Ağrını, sancını mən tək çəkirəm amma vəkilimə dərdimi danışanda otaqdan ağır bir yükdən azad olmuş kimi çıxıram. Çünki danışdığım şey onun problemidir, həllini mən yox, o tapmalıdır”.
- Ümumiyyətlə, vəkillərin qonorarı hansı qaydalara uyğun hesablanır? Yəni, burada müdafiə olunan tərəfin adının hallandırıldığı cinayət işinin tipi və s. kimi məsələlər nəzərə alınırmı?
- Dünya praktikasında vəkillərin qonorarları əsasən iki formada hesablanır. Göstərdiyi xidmətin hər saatına görə hesablanma və tərəflərin razılığı əsasında. Saata görə hesablanma əsasən Amerka və Avropa ölkələrində geniş yayılıb. Azərbaycanda isə hər iki forma işləyir. Dövlət hesabına (təyinatla) xidmət göstərən vəkil göstərdiyi xidmətin hər saatına görə 6 manat qonorar alır. Ikinci forma isə vətəndaşla vəkil arasında gəlinən razılıq əsasında olur ki, bu zaman tərəflər öz aralarında qonorarın məbləğini müəyyən edir və müvafiq müqavilə bağlanır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018