Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıya unitazlı bahalı avtomobillər gətirildi - GÜNÜN TƏZADLARI
Tarix: 08.08.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Azərbaycanlı zənginlərin Avropa istehsalı olan bahalı avtomobilləri alıb Türkiyədə daha lüks edərək, komfortlaşdıraraq Bakıya gətirdikləri bəlli oldu. Hafta.az yazır ki, Unikal.org-un Türkiyənin bu işlə məşğul olan “Ertex Otomotiv” şirkətindən əldə etdiyi məlumata görə, lüks avtomobillər bazar qiymətindən 3 dəfə baha ölkəmizə satılır. Bu ilin 6 ayı ərzində azərbaycanlı zənginlər (siyasətçilər, diplomatlar, iş adamları, şou-biznes nümayəndələri) bu şirkətdən 10-dan artıq avtomobil alıb. Hazırda bu ilin sonuna kimi də daha 10 bənzər avtomobiin Azərbaycana göndərilməsi sifarişi verilib. Qeyd edək ki, şirkətin gətirdiyi ən ucuz avtomobilin dəyəri 100 min dollardır. Şirkətə ən çox sifariş Azərbaycan, Dubay, Qətər və Səudiyyə Ərəbistanıdan olan ölkələrdən verilir. Ümumilikdə, bu ilin 6 ayı ərzində Azərbaycan daxil olmaqla sözügedən ölkələrə Avropa istehsalı olan 47 lüks və komfortlu avtomobil ixrac edilib. Belə avtomobillərin çoxu “Mercedes” markalıdır.


Beyləqanda şöbə müdiri iş otağında bıçaqlandı


Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov avqustun 7-də günorta saatlarında öz iş otağında bıçaqlandı. F.Bayramovu bıçaqlayan şəxsin Beyləqan rayon sakini Fariz Fazil oğlu Azadzadə olduğu müəyyən edilib. Hafta.az “BakuPost”a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” ETT Birliyinin baş direktoru, professor Ədalət Həsənov faktı təsdiqləyib. Ə.Həsənov virtualaz.org-a bildirib ki, Fazil Bayramov öz otağında olduğu zaman Fariz Azadzadənin bıçaqla hücumuna məruz qalıb.
Məlum olub ki, 1989-cu il təvəllüdlü Fariz Azadzadə ötən ilin dekabrın 23-də Beyləqan rayonunda baş vermiş dava zamanı bədən xəsarəti alıb, Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün "MTE və PA” ETT Birliyinin Beyləqan rayon şöbəsinə göndərilib. “Dekabrın 29-da Birliyinin Beyləqan rayon şöbəsinin məhkəmə-tibb eksperti Fazil Bayramov tərəfindən məhkəmə-tibbi müayinə aparılıb. Fariz Azadzadənin boynun və sifətin sol tərəfində almış olduğu xəsarət (kəsilmiş yara) həmin dövr üçün düzgün olaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi; bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilib”, - Ə.Həsənov deyib.
Ekspertizanın cavabından sonra Fariz Azadzadə iki dəfə Səhiyyə Nazirliyinin "Məhkəmə-Psixiatrik ekspertizalar Mərkəzi”ndə də ambulator qaydada məhkəmə-psixiatrik ekspertizadan keçirilib. Avqustun 7-də əlində bıçaq məhkəmə-tibb eksperti Fazil Bayramovun iş otağına soxularaq "niyə mənə o vaxt yüngül dərəcə yazdın, indi mən səni öldürəcəyəm” deyərək, ona hücum edib. Nəticədə, Bayramovun biri döş qəfəsinə də nüfuz etməklə bədəninin müxtəlif nahiyələrinə bir neçə bıçaq zərbələri endirib. Lakin məhkəmə-tibb ekspertinin fiziki müqaviməti sayəsində F.Azadzadə öz məqsədinə çata bilməyib və hadisə yerindən qaçıb. Hadisə ilə əlaqədar Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, F.Azadzadə saxlanılıb və istintaq aparılır. Hazırda Fazil Bayramovun sağlamlıq durumu qənaətbəxş olmaqla ciddi həkim nəzarətindədir, tibbi müayinələr davam edir.


4 saat ərzində 33 dəfə sürət həddini aşdı


Böyük Britaniya vətəndaşı olan 25 yaşlı turist Dubayda “Lamborghini Huracan” markalı avtomobili kirayəyə götürüb və dörd saat ərzində 33 dəfə sürət həddini aşdı. Məlumatlara görə, sürücü saatda 240 kilometr sürətlə hərəkət edib. Hafta.az Oxu.Az-a istinadla xəbər verir ki, bununla bağlı “The National” nəşri məlumat yayıb. “Saeed Ali Rent” şirkətinin məlumatına görə, onlar avtomobili kirayəyə verdikdən bir gün sonra cərimələrlə bağlı bildirişlər almağa başlayıb. Cərimələrin ümumi məbləği 175 min dirhəm (təxminən 47 645 ABŞ dolları) olub. Lüks avtomobilin iki günlük kirayəsi isə turistə 6 min dirhəmə (təxminən 1634 dollara) başa gəlib. Şirkət cərimələri ödəyənədək avtomobili turistdən geri götürməməklə bağlı qərar qəbul edib. Çünki avtomobil geri qaytarılsa, cərimələri şirkət ödəməli olacaq.


“Ruhuna təmizləmək üçün” tabuta girdi- öldü


Cənubi Koreyanın Kumi şəhərində psevdodin mərasimlərindən birində özünü tabuta salan qadın boğulub. Hafta.az Musavat.com-a istinadla yazır ki, bu barədə “The Telegraph” nəşri xəbər verib. Koreyalı qadın ümid edib ki, qəbirdə keçən gecə onu pis ruhlardan təmizləyərək, uğur gətirəcək. Mərasimdə onun rəfiqələri də özlərinin qəbirləri ilə birgə iştirak ediblər. Üç rəfiqə cümə axşamı günü, axşam saatlarında tabutlarına giriblər. Təxminən iki saat sonra onlardan biri havasızlıqdan şikayətlənib və bildirib ki, nəfəs ala bilmir. O, tabutdan çıxmağa çalışsa da, yaxınları ona dözməyi məsləhət görüblər.
Növbəti gün səhər rəfiqələrdən biri yuxudan oyanıb və digərlərini də yoxlamaq qərarına gəlib. O, rəfiqələrinin içinə girdiyi tabutların qapaqlarını bir-bir aralayanda görüb ki, qadınlardan biri möhkəm yatır, digəri isə ölüdür.
2015-ci ildə xəbər verildi ki, 16 yaşlı Honduras sakinini rahib pis ruhlardan xilas etmək istəyəndə sonuncu dünyasını dəyişib. Amma dəfn mərasimindən bir sutka sonra qız oyanıb, onu qəbirdən çıxarmaq istəyəndə isə yenidən dünyasını dəyişib.


İt 380 km yol gedib sahibinə qovuşdu


Britaniyada Pero ləqəbli it 380 kilometrlik yolu qət edərək, öz sahibinə qovuşub. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, heyvan Penrin-kok şəhərindən Kokermuta doğru məsafəni qaçaraq gəlib.Heyvanın sahibi Alan Ceyms Peronu digər şəhərdəki evində qoyub. Amma it orda öz sahibini gözləmək istəməyib və aradan 12 gün sonra evinə qayıdıb. 54 yaşlı Ceyms izah edib ki, bu cinsdəki itlər bir sutka fasiləsiz olaraq məsafə qət edə bilərlər. Amma itin öz doğma evini necə tapması sual olaraq qalır. Fermerin həyat yoldaşı Şen isə deyir ki, it bu qədər məsafəni fasiləsiz və yardım almadan gələ bilməzdi. Onun fikrincə, yolda heyvansevərlərdən kimsə onun rastına çıxıb, onu yedizdirib və yola davam etməsinə yardım edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018