Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müəllimlərin vakansiya seçimi mərhələsi bu gün başa çatır
Tarix: 09.08.2018 | Saat: 12:16:00
Bölmə:Sosial | çapa göndər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi bu gün başa çatır.

Hafta.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Namizədlər avqustun 9-u saat 23:59-dək elektron ərizələrində vakant yer seçərək ərizələrini təsdiqləyib tamamlamalıdırlar.

Bu mərhələnin nəticələri barədə müvafiq məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsabiqənin yekun – müsahibə mərhələsində vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Müsahibəyə çağırılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzular təqdim olunacaq. Hər bir namizəd həmin mövzunu müsahibə komissiyası üzvlərinə açıq dərs formatında təqdim etməlidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018