Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda inflyasiya 3 faizdən aşağı düşüb
Tarix: 09.08.2018 | Saat: 17:49:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8% artıb.

Hafta.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, o cümlədən ərzaq məhsulları 2,8%, qeyri-ərzaq malları 3,4%, əhaliyə göstərilən ödənişli xidmətlər 2,3% bahalaşıb.

Cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 % azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% artıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3% bahalaşıb. Bu müddətdə ərzaq məhsullarının qiymətləri 3%, qeyri-ərzaq mallarının qiymətləri 3,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4% artıb. Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6% azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.08.2018
17.08.2018
16.08.2018