Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gələn il iqtisadi inkişaf sürəti daha da artacaq - ARAŞDIRMA
Tarix: 10.08.2018 | Saat: 14:37:00
Bölmə:İqtisadiyyat Araşdırma | çapa göndər

Bu günlərdə "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı özünün proqnozlarını açıqladı. Agentliyin proqnozlarına əsasən ölkəmizdə 2019-cu ildə iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir. Ölkə iqtisadiyyatındakı bu ilin ilk 6 ayındakı göstəricilər onu deməyə əsas verir ki, əvvəlki illərdə başlanılan və hazırda davam etdirilən islahatlar nəticələrini verməkdədir.

Əlverişli xarici mühit, ötən il neft qiymətinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxarıb. "Biz gözləyirik ki, Azərbaycanda ÜDM-in artımı bu il 1,5 faiz, gələn il 3 faiz artacaq. Bu, neft qiymətinin bahalaşmasının davam etməsi və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur", - deyə hesabatda bildirilir.

Əslində bu hesabat hökumətin son illərdə yaşanan dünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirdiyi institutsional və sistemli islahatların öz nəticələrini verdiyini isbatlayır. Ekspertlərin qənaətincə, beynəlxalq agentliyin ölkə iqtisadiyyatı ilə bağlı müsbət proqnozları Azərbaycana xarici investisiya axının daha da artmasına təkan verəcək.

«Azərbaycanın ötən dövr ərzində böyük inkişaf yolu keçməsi, ilk növbədə, həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır». Bu fikri hafta.az-a Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir. Onun sözlərinə görə, bu siyasət müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir.
«Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Şübhəsiz ki, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında əks olunur. Xüsusilə də yoxsulluğun aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır»-deyə, deputat qeyd edib.
Azərbaycanın dinamik inkişafını nəzərə alsaq, gələn il ölkədə iqtisadi artım tempi 3 faizdən çox ola bilər. Bunu isə ukraynalı iqtisadçı ekspert Aleksandr Oxrimenko deyib.

Ekspertin sözlərinə görə, neft qiymətlərinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək, ona görə də “Moody's” beynəlxalq reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin artması proqnozu ilə razılaşmaq olar: “Aydındır ki, neft qiymətlərinin düşməsi Azərbaycan iqtisadiyyatına da təsir etmişdi. Amma indi, dünya neft bazarında böhranın keçməsindən sonra ölkədə iqtisadi artım üçün bütün şərtlər var. Neft satışından əldə olunan indiki gəlirlər Azərbaycana dövlət büdcəsindən sosial xərcləri artırmağa, öz vətəndaşlarını əlavə iş yerləri ilə təmin etməyə imkan verəcək. Bugünkü gün Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunu məqsədyönlü şəkildə inkişaf etdirir, bu isə, mənim fikrimcə ölkə rəhbərliyinin düşünülmüş qərarıdır”.
Ekspert əlavə edib ki, Azərbaycan iqtisadiyyatında müsbət dəyişiklikləri müxtəlif beynəlxalq reytinq agentlikləri və maliyyə təşkilatları da qeyd edir.

Bir maraqlı fakta da nəzər salaq. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 99 ölkəyə məhsul ixrac olunub, 158 ölkədən idxal olunub Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 14 milyard 647,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9 milyard 986,7 milyon dollar, idxalın dəyəri 4 milyard 660,3 milyon dollar təşkil edib, nəticədə 5 milyard 326,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,7 faiz, real ifadədə isə 2,6 faiz, o cümlədən ixrac 2,1 faiz, idxal 3,7 faiz artıb. İxracın 22,0 faizini İtaliyaya, 8,2 faizini İsrailə, 7,5 faizini Türkiyəyə, 5,9 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,4 faizini Hindistana, hər biri 4,0 faiz olmaqla Kanada, Rusiya və Çexiyaya, 3,8 faizini Almaniyaya, 3,7 faizini Portuqaliyaya, 3,2 faizini Gürcüstana, 2,9 faizini ABŞ-a, 2,6 faizini Fransaya, qalan 18,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,9 faizi Rusiya, 16,3 faizi Türkiyə, 10,4 faizi Çin, 7,3 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 2,9 faizi İran, 2,5 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2018-ci ilin yanvar-iyun aylarında 846,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 15,0 faiz, real ifadədə isə 4,7 faiz çoxdur.
2018-ci ilin yanvar-iyun aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 0,8 faiz, təzə meyvə – 51,9 faiz, kartof – 15,5 faiz, bitki yağları – 6,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,6 dəfə, meyvə və tərəvəz konservləri – 30,8 faiz, polietilen – 9,5 faiz, emal olunmamış alüminium – 22,5 faiz, pambıq lifi – 14,4 faiz, qara metallardan borular – 5,5 faiz, pambıq ipliyi – 16,8 faiz, bentonit gili – 0,1 faiz artmış, şəkər ixracı isə 48,4 faiz, meyvə və tərəvəz şirələri – 12,1 faiz, tütün – 13,3 faiz, çay – 18,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,4 faiz, qara metallardan yarımfabrikatlar – 75,6 faiz azalıb.
2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında buğda idxalı 22,2 faiz, bitki yağları – 44,5 faiz, təzə meyvə – 49,1 faiz, çay – 13,0 faiz, qara metallardan borular – 87,0 faiz, minik avtomobilləri – 2,9 dəfə, polad prokatı – 5,7 faiz, mineral gübrələr – 85,4 faiz, qara metallardan çubuqlar – 36,3 faiz, mebel – 27,9 faiz, hesablama maşınları, blok və qurğuları – 8,2 faiz, rezin şinlər – 3,2 faiz, polietilen – 65,2 faiz, məişət kondisionerləri – 20,4 faiz, yük avtomobilləri – 2,4 dəfə, paltaryuyan maşınlar – 46,4 faiz, sement və sement klinkerləri – 71,8 faiz, avtobuslar – 9,1 faiz, məişət soyuducuları – 2,2 dəfə artmış, siqaret idxalı isə 4,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 13,9 faiz, xam şəkər və şəkər – 61,5 faiz, kartof – 22,9 faiz, quş əti və onun əlavə məhsulları – 3,2 faiz, mal əti – 25,8 faiz, təzə tərəvəz – 47,4 faiz, qara metallardan künclüklər – 25,0 faiz azalıb.
Bu rəqəmlər bir daha Azərbaycanın artıq neft sektorundan asılılığı azalan dayanıqlı iqtisadi əsaslara malik olduğunu göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, iqtisadiyyatımız inkişaf edir:

"Bu il də yaxşı nəticələr olacaq. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilib". Dövlətimizin başçısı vurğulayıb ki, gələn il sürətli inkişaf ili olacaq: “Maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik”.

Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019