Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Konvensiya Azərbaycana böyük qazanc vəd edir - MÜSAHİBƏ
Tarix: 14.08.2018 | Saat: 14:30:00
Bölmə:Gündəm Müsahibə | çapa göndər

Nəhayət, Xəzərin statusu məsələsi həll olundu. Belə ki, Xəzəryanı ölkələrin Qazaxıstanın Aktau şəhərində baş tutan V sammitində imzalanan sənədə görə, Xəzərin hüquqi statusu aydınlaşıb.

Xəzər dənizi su hövzəsi adlandırılıb. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Qeyd edək ki, sammitdə Xəzərin dibinin dəniz, suyunun isə göl kimi bölünməsi razılaşdırılıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun mövzu barədə hafta.az-a müsahibəsini təqdim edirik: 

- Azərbaycan Xəzər dənizinin statusunun müəyyənləşdirilməsində aktiv və konstruktiv mövqe nümayiş etdirən ölkələrdəndir. Məsələnin həllinin iqtisadi əhəmiyyətini necə izah edə bilərsiniz?

- Azərbaycan daim Xəzərin statusunun daha məqbul formada müəyyənləşdirilməsinin tərəfdarı idi. Xəzərin statusunun müəyyənləşdirilməsinin Azərbaycan və Xəzəryanı ölkələr üçün yalnız siyasi deyil, həm də iqtisadi əhəmiyyəti var. Bunun əsas iqtisadi tərəflərindən biri dənizin üzərindən, xüsusən Azərbaycan və Qazaxıstan ərazisindən yükdaşımaların həcminin artmasına imkan verəcək. Bu isə Azərbaycanın yükdaşımalardan əldə etdiyi gəlirlərin həcmini artıracaq. O cümlədən, digər Xəzəryanı ölkələr, xüsusən də Qazaxıstan və Türkmənistan beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə edə biləcəklər. Bundan əlavə, Xəzərin statusunun müəyyənləşdirilməsi kəmərlərin çəkilməsi məsələsini də asanlaşdıracaq. Xəzəryanı ölkələr enerji resurslarına malik olan ölkələrdir və onlar fərqli bazarlara çıxmaqda maraqlıdır. Xəzərin statusunun müəyyənləşdirilməsi fərqli bazarlara enerji resurslarının çıxarılmasına imkan verəcək ki, bu da ölkələrin enerji resurslarının satışından daha çox gəlir əldə etməsinə gətirib çıxaracaq. Konvensiya Xəzəryanı ölkələrin meqa layihələrdə iştirak imkanlarının genişləndirilməsinə də imkan verəcək.

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya mübahisəli yataqların həlli məsələsinə təsir edəcəkmi?

- Prosesi xeyli tezləşdirəcək. Çünki anlaşmaya əsasən Xəzərin dibində olan ehtiyatların bölüşdürülməsi ikitərəfli razılıq əsasında baş verəcək. Bu baxımdan tərəflər ikitərəfli razılığa əsasən mübahisəli yataqların işlənməsini həyata keçirə biləcəklər. Azərbaycan Qazaxıstan və Rusiya ilə ikitərəfli anlaşmaya malikdir. İranla artıq anlaşma imzalanıb. Türkmənistanla isə bu istiqamətdə danışıqlar gedir. Bu o deməkdir ki, mübahisəli yataqların həlli istiqamətində ciddi addım atılıb. Bu da istifadəsiz qalan yataqların işlənməsi və tərəflərin mübahisəli yataqlardan gəlir etməsi deməkdir. Azərbaycanın bu məsələdə mövqeyi konstruktivdir. Mübahisəli yataqların işlənməsi və əldə edilən gəlirin bərabər bölgüsü təklif olunur ki, bu da nəticə etibarilə tərəflərin istifadəsiz yataqlardan gəlir əldə etməsinə imkan verəcək. Bir sözlə, Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi Xəzəryanı ölkələr üçün iqtisadi divident və qazanc vəd edir.

- Xəzər üzərindən daşınan yüklərin həcminin artması Azərbaycan üçün nə vəd edir?

- Konvensiya beynəlxalq yük daşımalarının həcminin artmasına, yüklərin daha çox Xəzəryanı ölkələr və Xəzər vasitəsilə daşınmasına imkan verəcək. Belə olan halda, Azərbaycan da Xəzəryanı ölkə olduğu üçün beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcminin müəyyənləşdirilməsi baxımından faydalanan ölkələrdən olacaq. Çünki, Azərbaycanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının qurulması məhz elə ölkəmiz üzərindən daşınan yüklərin həcminə təsir göstərəcək ki, bu da ölkəmizin beynəlxalq yük daşımalardan əldə etdiyi gəlirin həcmini artıracaq.  Beynəlxalq yükdaşımaların həcminin artması, ölkələrin gəlirlərinin həcminin artması nəticə etibarilə yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsi baxımından çox vacibdir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018