Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avtomobilin salonunda gizlədilən mobil telefonlar müsadirə edilib
Tarix: 15.08.2018 | Saat: 15:42:00
Bölmə:Hadisə | çapa göndər

Avtomobilin salonunda gizlədilən mobil telefonlar müsadirə olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda, sürücü qapısının örtüyü altında gizlədilmiş, 2 ədəd “Samsung Galaxy J5”, 2 ədəd “Samsung Galaxy J2” və 1ədəd “Samsung Galaxy A6” markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018