Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Konvensiyanın imzalanması Azərbaycanın gələcək planları üçün də qapı açır - EKSPERT
Tarix: 15.08.2018 | Saat: 17:53:00
Bölmə:Gündəm | çapa göndər

“Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin-Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın işitrakı ilə Xəzər dənizinin statusu haqqında konvensiyanın imzalanması həqiqətən mühüm tarixi hadisədir. Xəzərin statusunun müəyyən edilməsi neft kəməri layihələrinin əhəmiyyətini birə beş artırdı”.

Bunu Hafta.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib. Keçmiş SSRİ dağıldıqdan sonra 1996-cı ildən bəri idi ki, bu məsələ ətrafında müzakirələrin aparıldığını deyən ekspertin sözlərinə görə, ümumiyyətlə, Xəzərin statusu dəqiq məlum olmadığından son 22 il ərzində sahil ölkələri arasında hətta çoxlu mübahisələr də yaranmışdı:

“Bunlardan elə qonşu Türkmənistan ilə ölkəmiz arasında “Azəri”, “Çıraq” və “Kəpəz” yataqları ilə bağlı ortaya çıxan mübahisəni və narazılıqları, o cümlədən İran tərəfinin “Sərdar Canqal” adlandırılan yataqla bağlı atdığı bəzi addımları xatırlatmaq kifayətdir. Bunlar hamısı statussuzluqdan irəli gələn hallar idi. Buna son qoyulmasaydı, gələcəkdə hansı neqativ hadisələrin baş verəcəyini ümumiyyətlə, proqnozlaşdırmaq mümkün deyildi”.

Xəzər dənizinin dünya okeanları ilə heç bir birbaşa əlaqəyə malik olmadığından Yer kürəsində ən böyük göl sayıldığını xatırladan P.Heydərov bildirib ki, sadəcə olaraq, dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır:

“İmzalanan konvensiyada ən mühüm cəhət ondan ibarətdir ki, Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalacaq. Ancaq dibi və faydalı qazıntılar isə sahil dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun bölünür. Bununla da, Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boruların çəkilməsi və digər əsas məsələlərdə ümumi razılığa gəlmiş sayılırlar. Bütün bunlar Azərbaycan üçün xüsusən, mühüm hadisədir. Belə ki, ölkəmiz bütün Xəzəryani ölkələr ilə məhz bu cür anlaşmanın və ortaq bir məxrəcin əldə olunmasına çalışırdı. Və 22 il idi ki, bizim mövqeyimiz bundan ibarət idi. Hansı ki, bütün ətraf və aiddiyyatı ölkələrin də mənafelərinə və maraqlarına uyğun idi. Ona görə də, dövlət başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycan konstruktiv çalışdı və töhfəsini verdi”.

Azərbaycanla bütün Xəzəryanı ölkələr arasında inam və əməkdaşlığın həmişə yüksək səviyyədə olduğunu vurğulayan ekspertin sözlərinə görə, konvensiyanın imzalanması Azərbaycanın gələcək istəkləri və planları üçün də qapı açır:

“Orta Asiyadan enerji resurslarının ölkəmiz üzərindən Avropaya daşınması üçün boru kəmərlərinin çəkilməsi perespektivlərinin də gerçəkləşməsi yaxınlaşdı. Söhbət Xəzərin dibindən gedir. Məsələn, Transxəzər qaz kəmərinin çəkilməsi kimi bir məsələ... Odur ki, fikrimcə, Xəzərin statusunun müəyyən edilməsi Azərbaycanın Cənub Qaz Dəhlizi və hətta Bakı-Tbilisi-Ceyhan neft kəməri layihələrinin əhəmiyyətini birə beş artırdı. Sözün qısası, Xəzərin hər kəsə düşən pay hissəsi və istifadə hüquqları bəlli oldu. Və bu da sahilyani ölkələr arasında birdəfəlik və qarşılıqlı faydalı əməkdaşlığın birdəfəlik bünövrəsini qoydu”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018