Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ
Tarix: 15.08.2018 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Bir neçə gün öncə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən, gözdən əlil idmançını müğənni Manaf Ağayevin xilas etdiyi bəlli oldu. Müğənni hadisənin təfərrüatları barədə danışıb: “Bir məkanda əyləşmişdim, birdən zəng vurub bildirdilər ki, “Füzulidən qeyrətli bir oğlan, hansı ki, çempiondur, “Qaçkınkom”un binasına çıxıb özünü atmaq istəyir, polislər və məmurlar onu fikrindən döndərə bilmir”. Məndən xahiş edib dedilər: “Sən füzulililərin bir ağsaqqalı kimi, onu bəlkə fikrindən daşındıra bildin?! 

Hadisə yerinə gəldim, xahiş etdim ki, məni onun yanına buraxın. Həmin vaxt o, qollarını doğrayıb, əlində də şüşələr var idi, qarnına soxurdu. Dedim ki, “Məni qəbul edə bilərsən?”. Yalvardım ki, “Sənə söz verirəm, sənin evini alıb, özünə qaytaracağam”. Mənə bildirmişdilər ki, onun 3 övladı var, ona görə də xeyli yalvarıb-yapışdım. O da fikrindən döndü, məni qucaqladı. Camaat bu halı alqışladı. Oradaca aidiyyəti qurumlardan xahiş etdim ki, imkan çərçivəsində onun məsələsini həll etsinlər. Sağ olsunlar, xahişimi yerinə yetirdilər...”.


Həftənin qlobal “təhlükə mənbəyi”


Türkiyənin 11-ci prezidenti Abdullah Gül ABŞ Prezidenti Donald Trampın prezidentliyə namizəd olduğu ilk günlərdən başlayaraq, bu günə qədər heç bir dəyər və prinsipə hörmət qoymayan ifadələri və davranışı ilə qlobal təhdid olduğunu bəyan etdi. Gül “Twitter” səhifəsində yazıb: “Türkiyə ilə əlaqədar utancverici “Twit” yerləşdirən Amerika Prezidenti Tramp prezidentliyə namizəd olduğu ilk günlərdən başlayaraq, bu günə qədər heç bir dəyər və prinsipə hörmət qoymayan ifadələri və davranışı ilə qlobal bir təhlükə mənbəyidir. Bu təhdidə qarşı bütün ölkələr sülh və ticarət üçün həmrəylik nümayiş etdirməlidirlər...”.


Həftənin “rəqqasəsi”


Süni mayalanma üsulu ilə ana olmağa hazırlaşdığı və 4-cü dəfə ərə getdiyi deyilən rəqqasə Oksana Rəsulova şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verdi. O, 1 ildir ki, növbəti dəfə ailə qurduğunu sosial şəbəkədə yazıb. Oksana hamiləliyi barədə isə açıqlama vermək istəməyib: "Müzakirələrə son qoymaq üçün ilk və son dəfə olaraq mətbuat nümayəndələri vasitəsilə geniş kütləyə, tamaşaçılarıma, izləyəcilərimə açıqlama etmək istəyirəm. Aylardır, haqqımda yazılan fikirləri sosial şəbəkələrdən izləyirəm. Səhhətimə zərər verməmək üçün bir müddət izləməməyi qərara aldım. Lakin görürəm ki, susduqca mövzu da çoxalır. Mən illərdir, Azərbaycan səhnəsində çalışan, karyeramda uğurlarımı Hindistana qədər aparan bir qadınam. Çoxlarının dediyi kimi, həm də gözəl qadınam. Bunları ona görə qeyd edirəm ki, bir az reallıqları da unutmayaq.
Məlumdur ki, şəxsi həyatda istədiyim xoşbəxtliyi əldə edə bilməmişdim. Bu da mənim üçün bir növ həyat dərsi oldu. Hazırda xoşbəxtəm, məni sevən, anlayan insanla artıq 1 ildir, həyat yoldaşıyıq. Həyatımda şəxsi olan hər şeyi gizli yaşamağa söz vermişəm. Əminəm ki, sevənlərim mənə haqq qazandıracaq...”.


Həftənin “reket jurnalistləri”


“El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşr”in təsisçisi və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeliyində olan Cümşüdova Günel Cəlil qızı və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birlərinə ötürmələri müəyyən edildi və Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırma başlandı. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində, Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi “90-PF-742” dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılıb, əvvəlcədən üzəri xüsusi qaydada işarələnmiş pullar, əllərində isə həmin pulların üzərinə çəkilmiş xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər cinayət əməlləri barədə ətraflı ifadələr veriblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilməklə, Zöhrab Ağayev, Günel Cümşüdova və digərlərinin oxşar qanunsuz əməllərindən zərər çəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

.
Həftənin” Qarabağsevər vətənpərvəri”


1945-ci ildə ABŞ-ın hərbi qüvvələri Yaponiyanın Xirosima və Naqasaki şəhərlərini amansızcasına yerlə-yeksan etdi... "Bala” və "Gonbul” adlı nüvə bombaları bir anın içində yüzminlərlə (!!!) adamın həyatına müdhiş, faciəvi son qoydu”. Bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazaraq, nəhəng dövlətlər arasında baş verən müharibələri yada salıb Qarabağ münaqişəsi ilə bağlı şərh verdi: "Zaman keçdi. İndi amerikalılarla yaponlar əməkdaşlıq, müttəfiqlik və hətta dostluq münasibətlərindədir. Eyni hal II Dünya müharibəsində milyonlarla insan itkisi vermiş SSRİ və Almaniya xalqları arasında da baş verdi. Yəni heç kim, heç bir millət, ya dövlət rəqibi ilə əbədi düşmənçilik içində yaşamır.... Gün gələcək və nə vaxtsa (əlbət ki, dərhal yox) biz də XX əsrin sonundan bu günə kimi Azərbaycanın əzəli ərazisi – Qarabağı işğal altında saxlayan ermənilərlə ünsiyyətimizi bərpa edib, dövlətlərarası və insani əlaqələrimizi yenidən quracağıq. Lakin uduzmuş, haqqı tapdalanmış, ərazi bütövlüyünü təmin etməmiş Azərbaycan kimi yox... Bu, yalnız və yalnız Vətənimizin qəsb edilmiş hər bir qarış torpağının düşmən tapdağından tam azad olmasından sonra baş verə bilər. İndidən erməni ağuşuna hoppananlar üçün isə Atalar yaxşı deyib: "Tələsən təndirə düşər!”.


Həftənin “psixi xəstə məşhuru”


Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli onu daim təqib edən artıq çəki düşüncələri səbəbi ilə psixiatrik klinikaya yerləşdirildi. Coliyə “psixiki pozulma” diaqnozu qoyulub. O, bulimiya və anoreksiyanın müalicəsi ilə məşğul olan klinikada müalicə alır: aktrisa yenə də arıqlamaq fikrindən azad ola bilmir.


Həftənin “brilyant oğrusu”


İtaliyada zərgərlik dükanlarının birində qəribə oğurluq hadisəsi baş verdi. Bu dəfə oğurluğa cəhd insan yox, xırdaca bir həşərat tərəfindən edilib; qarışqa brilyant parçasını aparmağa çalışıb. Brilyantın çəki baxımından qarışqadan daha ağır olduğu görünüb. Mağaza işçiləri bu anları videoya çəkə biliblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018