Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Tarix: 15.08.2018 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Nadir görülən bir təsadüf kimi, fələstinli dördəm qızlar Qurani-Kərimi tamamilə hifz etdilər. Hafta.az yazır ki, bu haqda Deyerler.org “Khaberni”yə istinadla xəbər yayıb. Dina, Dima, Suzan və Rəzzan adlı fələstinli dördəm qızlar Quran hafizi olublar. Quran hafizi olan bu dördəm qızlar işğal altındakı Qüdsün cənubunda Ümm-Tuba kəndində yaşayırlar.


Hacıqabulda Almaniyadan gəlmiş uşaq zəhərləndi və...


Almaniyadan Azərbaycana qonaq gəlmiş uşaq zəhərləndi. Hafta.az yazır ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Klinik Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, azərbaycanlı ailə Almaniyada yaşayır: “Hacıqabula qonaq gediblər. Orada beşyaşlı Abbasov Nicat Samir oğlu heyvanları təmizləmək üçün olan dərmanı içib. Dərmanın dozası çox olmayıb. Ailə uşağı Şirvan mərkəzi xəstəxanasına aparıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra Şirvana Toksikologiya Şöbəsindən həkim dəvət olunub. Uşaq müayinə olunması üçün Bakıya gətirilib”. Azər Maqsudov qeyd edib ki, uşaq sağlam şəkildə xəstəxanadan çıxarılıb: “Uşağın səhhəti normal olub. Heç bir problem yox idi. Sadəcə, ailə özü uşağını xəstəxanadan çıxarıb və Almaniyaya aparıb”.
Qeyd edək ki, ”Baku.ws”in öncə yaydığı məlumata görə, övladları paytaxta gətirildikdən sonra, almaniyalı ailə təcili Bakıdakı alman konsulluğuna müraciət edərək, Almaniyadakı “ADAC” sığorta şirkəti ilə əlaqə yaradıb. “ADAC” tərəfindən göndərilən təyyarə ilə uşaq Hamburqa - “Toxikologische Klinikum”a aparılıb.


Yeni seçilmiş deputat qaçırıldı


Meksikada parlamentə Verakrus ştatından yeni seçilmiş deputat Asunesa Rodriges Samora cinayətkar qruplaşma tərəfindən qaçırıldı. Hafta.az yazır ki, Trend-in məlumatına görə, qaçırılma insidenti Mexiko-Tuspan arasında avtomobil yolunda, Texokotal şəhəri yaxınlığında baş verib. Deputat avtomobildən qaçırılıb. Məlumata əsasən, deputatla avtomobildə olan digər şəxslər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.


Sincab polis tərəfindən saxlanıldı


Almaniyanın Karlsrue şəhərində bir nəfərin arxasınca düşən sincab polis tərəfindən saxlanıldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, parkdan keçərkən arxasınca düşən sincabdan qorxan şəhər sakini polisə müraciət edib. Polis isə sincabı yorulana qədər təqib edib. Karlsrue polis bölməsinin sözçüsü Kristina Krenz analarını itirən sincabların anaları kimi gördüyü insanlara bağlandıqları və onlardan qayğı görmək istədiklərini bildirib.
Polis saxlanılan sincabı adyala büküb və ona yemək verib. Daha sonra heyvan düşərgəsinə aparılıb. Qeyd edək ki, iyul ayında Nyu-York şəhərində yerləşən Prospekt parkında bir sincab 5 nəfərə hücum etmişdi.


Şimali Qafqazda “Lada”ya abidə qoyulacağı bilindi


Şimali Qafqazda “Lade Priore” avtomobilinə abidə qoyulacağı bəlli oldu. Hafta.az Dağıstan KİV-ə sitinadla xəbər verir ki, sakinlər bu məqsədlə fond yaradılması barədə elan verməyə hazırlaşırlar. Rusiyanın “AvtoVAZ” şirkətinin regionda məşhur olan həmin markalı avtomobil modelinin istehsaldan çıxarılması barədəki qərarı yerli avtomobilsevərləri dərin depressiyaya qərq edib. Xəbərdə deyilir ki, Şimali Qafqazda “Priora”nın uğurunun sirri olduqca sadədir: uyğun qiymətlər, bahalı olmayan ehtiyat hissələri, ucuz təmir və ən əsası, avtomobilin dizaynına müstəqil dəyişikliklər etmək imkanı... Sürücü Murad Rəcəbov deyir: “Şəhərboyu gedirsən, maşını “buraxmısan” – hamı sənə heyranlıqla baxır... Bu- əladır”...
Düzdür, bəziləri “Priora” nı bəyənmir, hətta bu modelə nifrət edir. Ancaq bütövlükdə Şimali Qafqazda “Lada Priora” brenddir. Və onun istehsalının dayandırılması əksəriyyəti gerçəkdən məyus edib. Hazırda “Priora” həvəskarları sosial şəbəkələrdə yazışır və sevimli avtomobil modelinə abidə qoyulması üçün vəsait toplamağa hazırlaşırlar...



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018