Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kərəm Həsənov Ağsuda vətəndaşlarla görüşəcək
Tarix: 16.08.2018 | Saat: 11:34:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov avqustun 24-də Ağsu rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitədən hafta.az-a bildirilib ki, qəbulda Ağsu rayonu ilə yanaşı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 10:00-da Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunacaq. Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı həmin bölgələrin əhalisinin müraciətlərinə baxılacaq. Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin (02026) 5-10-76, 5-75-06 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı ərazi idarəsinin (02026) 5 01 07, (02022) 6-55-14 nömrələri ilə əlaqə saxlaya bilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.02.2019
16.02.2019