Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Metroda sərnişinə qarşı soyğunçuluq etmiş şəxslər saxlanılıb
Tarix: 17.08.2018 | Saat: 15:07:00
Bölmə:Hadisə | çapa göndər

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Hafta.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 15-də Beyləqan rayon sakini olan bir nəfərin “Nəsimi” stansiyasında içərisində 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilib, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.

Araşdırmalarla onların əvvəllər dəfələrlə məhkum olunmuşlar - Şəki şəhər sakini Neymət Musayev və Bakı şəhər sakini Şahəddin Pirəliyev olmaları məlum olub. Üzərlərinə şəxsi baxış zamanı narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, zərərçəkmiş şəxs qatar hərəkətdə olarkən yuxulu olub. N.Musayev yaranmış vəziyyətdən istifadə edərək onun əlində saxladığı, içərisində sənədləri və 288 manatı olan pulqabını soyğunçuluq yolu ilə alıb və tanışı Ş.Pirəliyevə verərək stansiyadan uzaqlaşıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018