Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azad Rəhimov vətəndaşlarla görüşüb - FOTO
Tarix: 17.08.2018 | Saat: 16:40:00
Bölmə:Sosial | çapa göndər

Avqustun 17-də gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda vətəndaşları qəbul edib.

Nazirlikdən hafta.az-a bildiriblər ki, Azad Rəhimov Göygöldə Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan şəhər və rayon sakinlərinin şikayət və müraciətlərini dinləyib.

Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən və ümumilikdə 20-ə yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman və digər sahələri əhatə edib.

Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.

İdman sahəsi üzrə isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzularda müraciətlər edilib.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018