Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İstirahətə gedənlər çətir götürməyi unutmasın - Departament
Tarix: 17.08.2018 | Saat: 18:22:00
Bölmə:Sosial | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində- avqustun 18-19-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən hafta.az-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturunun dağətəyi rayonlarda 28-33°, dağlıq rayonlarda 16-21° isti olacağı gözlənilir.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Avqustun 19-u axşam yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 27-32°, dağlıq rayonlarda isə 19-24° isti olacağı ehtimal edilir.

Aran rayonlarında avqustun 18-i gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam və avqustun 19-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturu 28-33° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz olacağı ehtimalı var. Havanın maksimal temperaturunun 28-33° isti olacağı bildirilir.

Paytaxt Bakıda avqustun 18-19-da hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturunun 25-30° isti olacağı proqnozlaşdırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018