Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İqtisadi fəal əhalinin 4,8 milyon nəfəri məşğul əhalidir
Tarix: 18.08.2018 | Saat: 18:59:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 120,8 min nəfər olub və onlardan 4 milyon 869,2 min nəfərini məşğul əhali təşkil edib.

Hafta.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 546,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 885,7 min nəfər, qeyri-dövlət sektorunda isə 660,5 min nəfər olub. İqtisadiyyatın neft sektorunda 33,7 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 512,5 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 6,8 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 21,4 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində işləyib.

İkinci rübün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2 min 334 nəfər olub. Onlardan 33,3 faizi tikintidə, 30,2 faizi mədənçıxarma sənayesində, 8,6 faizi emal sənayesində, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,6 faizi təhsil və 13 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. Yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148 saat təşkil edib.

Avqustun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,1 min nəfər olub, onların 37,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 273,9 manat olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.02.2019
14.02.2019
Bu gün Azərbaycanda Ümumxalq Hüzn Günüdür
Güclü külək və intensiv yağış yağacaq - Xəbərdarlıq
Goranboyda qardaşını qətlə yetirən 14 yaşlı oğlan saxlanıldı
Mehriban Əliyevanın göstərişi dərhal icraata götürülüb
Azərbaycan-Rusiya işgüzar şurasının ümumi iclası keçirilib - FOTO
“Eurovision-2019”un yarımfinalçılarının püşkatma mərasimi yanvarın 28-də keçiriləcək
Azərbaycan Prezidenti siyasətinin əsasında vətəndaş amili dayandığını bir daha təsdiqlədi - Bizim baxış
Əlil taksi sürücüsü: “22 ildir hamilə və uşaqlı qadınları pulsuz mənzil başına çatdırıram”
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib