Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb - FOTO
Tarix: 18.08.2018 | Saat: 21:30:00
Bölmə:Sosial | çapa göndər

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Təhsil Nazirliyindən hafta.az-a bildiriblər ki, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə keçirilmiş müsahibələrdə dörd minədək namizəd iştirak edib.

Müsahibə mərhələsinin nəticələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlər səkkiz vakant yer seçiblər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılıb.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılıb.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018
“Hərbi parad Türkiyə ilə qardaşlıq münasibətlərimizi bir daha isbatladı” – Elnur Soltanov
"Veysəloğlu” şirkətlər qrupu ucqar dağ kəndlərində məktəbliləri sevindirdi
Çexiyanın Azərbaycandakı səfiri BDU-da olub
Əli Əhmədov Avstriya kanslerinin müavini ilə görüşüb
Nazirlik baş həkimi prokurorluğa verdi
Kamal Abdulla Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb
Şəmkirdə “Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili” adlı növbəti tədbir keçirilib
Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil - Əli Həsənov
Azərbaycanı "Junior Eurovision-2018"də təmsil edəcək ifaçının adı açıqlanıb
TPL-də V turun oyun cədvəli müəyyənləşib