Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq
Tarix: 19.08.2018 | Saat: 14:00:00
Bölmə:Sosial | çapa göndər

“Lütfi Zadənin qəbirstü abidəsinin üzərində son tamamlama işləri gedir. Lütfi Zadənin sentyabrın 6-da dünyadan köçməsinin birinci ili tamam olacaq. Məzarı üzərində abidənin açılışı da məhz sentyabrın 6-da Fəxri xiyabanda ucaldılacaq. Həmin gün insanlar onun məzarını ziyarət edə və abidəsi ilə tanış ola biləcəklər”.

Hafta.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov deyib.

Lütfi Zadənin qəbirüstü abidəsini hazırlayan Ömər Eldarov bildirib ki, avqustun sonuna kimi abidə hazır olacaq: “Bu, dövlət tərəfindən həyata keçiriləcək. Montaj olundan 3-4 gün sonra abidə hazır olacaq. Amma məzarı üzərində abidənin ucaldılması avqustun axırlarına təsadüf edəcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə hələ də dünya şöhrətli alim Lütfizadənin məzarı üzərində abidənin ucaldılmamasını alimə qarşı hörmətsizlik kimi qeyd ediblər. Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən “alimin məzarına baxan yoxdur” kimi fikirlər yazılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018