Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Konvensiya Ermənistanı lazımsız dövlətə çevirir - erməni ekspert
Tarix: 19.08.2018 | Saat: 14:54:00
Bölmə:Gündəm | çapa göndər

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması hələ də Ermənistanda ciddi narahatlıq yaradır. Bir çox ekspertlər Ermənistanın geosiyasi baxımdan artıq lazimsiz bir məkana çevriləcəyini deyirlər.

"Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanmasından sonra Rusiya ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın fəallaçdırılması üçün əsaslar yaranacaq". Hafta.az-ın məlumatına görə, bu fikirləri erməni ekspert Vaqe Davtyan 1in.am saytına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Rusiya bu müqavilənin imzalanması ilə Xəzər-Qara Dəniz hövzəsi, qismən də Yaxın Şərq hövzəsinə nəzarət imkanını təmin etmiş oldu: "Belə olan şəraitdə Ermənistan artıq əvvəlki kimi "forpost" olaraq nəzərdən keçirilməyəcək. Ermənistan üçün iqtisadi təhdidlərə gəldikdə isə burada söhbət İran-Azərbaycan, Rusiya-İran-Azərbaycan iqtisadi əməkdaşlığından gedir. Biz Ermənistandan yan keçən "Şimal-Cənub" nəqliyyat dəhlizi barədə danışırıq. Digər tərəfdən, İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizi də artıq sual altındadır. Artıq 2018-ci ilin yanvarında Bakı-Tehran-Moskva üçlüyü Azərbaycandan keçməklə logistik marşrutun yaradılması ilə bağlı danışıqlar aparacaqlar. Təbii ki bütün bunlar Konvensiya imzalanmamışdan əvvəl də planlaşdırılırdı. BU saziş isə prosesə əlavə təkan verəcək".
Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.09.2018
17.09.2018