Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İşəgötürənlər əmək münasibətlərinin hüquqi tənzimlənməsi ilə bağlı məlumatlandırılıblar - FOTO
Tarix: 19.08.2018 | Saat: 19:34:00
Bölmə:Sosial | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 17 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi növbəti seminarı Ağcabədidə keçirib. Seminar “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusuna həsr olunub.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayonda fəaliyyət göstərən pərakəndə ticarət, nəqliyyat və digər sahibkarlıq sahələri üzrə işəgötürənlərin iştirakı ilə təşkil olunan seminarda əmək müqaviləsinin tərəfləri və məzmunu, forması, müddəti, həmin müqavilənin bağlanması və dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar, əmək şəraiti, əmək funksiyası, əmək müqaviləsinin ləğvi və sair barədə qanunvericilikdən irəli gələn tələblər iştirakçılara izah edilib.

Xidmətin 17 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Akif Baxşəliyev bildirib ki, 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş tərəflə əmək müqaviləsi bağlanıla bilməz. Həmçinin tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış sayılır.

Diqqətə çatdırılıb ki, işçi əmək müqaviləsini ləğv etmək istəyərsə, bu barədə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Həmin müddət keçənə qədər olan dövrdə işçi ərizəsini geri götürə və ya həmin ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə verə bilər. Lakin bu, o halda mümkündür ki, işəgötürən həmin vəzifəyə (peşəyə) artıq yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməsin.

Əmək müqaviləsi işəgötürən tərəfindən müəssisə bağlandıqda, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə ləğv oluna bilər.

Dialoq şəklində davam edən tədbirdə iştirakçıların əmək münasibətlərinin hüquqi tənzimlənməsi ilə bağlı məsələlərə dair sualları cavablandırılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2018
18.09.2018