Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda “Premium” benzinin qiyməti qalxdı
Tarix: 19.08.2018 | Saat: 21:00:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb.

Hafta.az report-a istinadən xəbər verir ki, yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

Hazırda ölkəyə idxal olunan “Premium Euro-95” markalı avtomobil benzininin hər litri hazırda orta hesabla, təxminən, 1.35-1.4 AZN-ə başa gəlir. Araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə “Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu.

Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstan Respublikasında 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır.

Vacib məqam bundan ibarətdir ki, qonşu Gürcüstan Respublikasında da bizdə olduğu kimi, adı çəkilən neft məhsulları istehsal edilmir və tələbat dünya bazarından idxal hesabına ödənilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.02.2019
14.02.2019
Bu gün Azərbaycanda Ümumxalq Hüzn Günüdür
Güclü külək və intensiv yağış yağacaq - Xəbərdarlıq
Goranboyda qardaşını qətlə yetirən 14 yaşlı oğlan saxlanıldı
Mehriban Əliyevanın göstərişi dərhal icraata götürülüb
Azərbaycan-Rusiya işgüzar şurasının ümumi iclası keçirilib - FOTO
“Eurovision-2019”un yarımfinalçılarının püşkatma mərasimi yanvarın 28-də keçiriləcək
Azərbaycan Prezidenti siyasətinin əsasında vətəndaş amili dayandığını bir daha təsdiqlədi - Bizim baxış
Əlil taksi sürücüsü: “22 ildir hamilə və uşaqlı qadınları pulsuz mənzil başına çatdırıram”
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib