Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “vətənpərvər kitabı” - HƏFTƏ REYTİNQ
Tarix: 24.08.2018 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Qarabağ müharibəsi veteranı, xalq hərəkatının fəallarından olan tanınmış ziyalı, keçmiş tabor komandiri Vaqif Əlisoyun müəllifi olduğu “Kaş gözlərim kor olaydı...” adlı kitabının təqdimat mərasimi keçirildi. "Azərkitab Kitab Mərkəzi"ndə baş tutan tədbirdə xalq hərəkatının fəalları, Qarabağ döyüşçüləri, qazilər və şəhid ailələrinin üzvləri, ziyalılar və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu açaraq kitabla bağlı qısa məlumat verib. Bildirilib ki, kitab ötən əsrin sonlarında, 1988-ci ildən başlayan xalq hərəkatı dönəmində Rusiyanın himayəsi altında Ermənistanın Azərbaycana təcavüzündən, Qarabağın, o cümlədən Cəbrayılın işğalından bəhs edir. "Cəbrayıl və 20 Yanvar həqiqətləri", "Girov qızlarımız, sinəsi dağlanmış əsgərimiz" və "Kaş gözlərim kor olaydı..." adlı 3 hissədən ibarət olan bu kitab birbaşa hadisələrin mərkəzində olan canlı şahidin qələmə aldığı qanlı tariximizin bir parçasıdır. Tədbirdə çıxış edənlər də kitabın müasir tariximiz, erməni vəhşiliyi və həmin dövrün hadisələrinin geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Onu da nəzərə çatdıraq ki, Vaqif Əlisoyun "Kaş gözlərim kor olaydı...". yazısı bir neçə il əvvəl Mia.az saytında silsilə şəklində yayımlanıb.


Həftənin “mərhumu”


Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, keçmiş nazir müavini Aslan Aslanov vəfat etdi. Sabiq başçı cümə gününə keçən gecə Bakıda xərçəng xəstəliyindən dünyasını dəyişib. A.Aslanovun xeyli müddətdir həmin xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi. O, uzun illər Şəmkirin icra başçısı, daha sonra kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. YAP Siyasi Şurasının üzvü idi. A.Aslanov doğulduğu cümə günü rayonun Əliyaqublu kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.


Həftənin “toy rəqqası”


53 yaşlı Avstriya XİN başçısı Karin Kneissl-in 65 yaşlı biznesmen Volfanq Meilingerlə toyu özünə diqqəti Rusiya prezidenti Vladimir Putinin bu tədbirdə iştirakı ilə çəkdi. Avstriya mətbuatının məlumatına görə, Putin toya gecikdiyindən, mərasimin başlaması bir neçə dəqiqəliyə yubadılıb. Putin toyda bəy və gəlini təbrik edərək, gəlinlə rəqs də edib. Kəbinkəsilmə mərasimində Vladimir Putin bəy və gəlinin yanında yer tutub.
Karin Kneissl Avstriya XİN-ə qışdan bəri rəhbərlik edir. O, Avropa ilə Rusiya arasında dialoq aparılmasının tərəfdarı kimi tanınıb.


Həftənin “sanksiyaçı əri”


ABŞ prezidenti Donald Trampın Çin, Rusiya və Türkiyədən başqa həyat yoldaşı Melaniya Trampı da özünəməxsus sanksiya ilə hədələdiyi bəlli oldu. Bu haqda Ağ Evin keçmiş əməkdaşlarından Omaroza Maniqot Nyumanın Trampla bağlı yazdığı “Unhinged” (Əsəbi) adlı kitabında qeyd edilib. Görünür, kitab ABŞ dövlət başçısının başını hələ çox ağrıdacaq. Ağ Evin indiki rəhbəri Melaniyanın boşanmaq haqqında qərar verməsi halında onu ABŞ vətəndaşlığından çıxaracağını söyləyib. Nyumanın kitabında “Melaniyanın 4 illik prezidentlik müddəti başa çatmadan Trampı başqalarının gözündən salacaq bir əməl törətməsi və ya boşanması halında dövlət başçısı həyat yoldaşını cəzalandırmağın bir yolunu mütləq tapacaq” deyə bir cümlə keçir.


Həftənin “razborşiki!”


Müğənni Manaf Ağayev həmkarı Mətanət Əsədovanın videosunu yayan adamı söhbətə çağırdı və diz çökdürdü. Məlumata görə, həmin şəxsin anası oğlunun bağışlanması üçün müğənniyə yalvarıb. Bu barədə mediaya açıqlama verən M. Ağayev qeyd edib ki, həmin qadın şəhid anası olduğu üçün onun övladını bağışlayıb: “Mətanətlə 20 ilin dostlarıyıq. Adamlar bilirdilər ki, Mətanətin dostuyam. Buna görə də mənə zəng etdilər. Hadisəni araşdırmaq üçün həmin adamları çağırıb, bir məkana yığdım. Bəlli oldu ki, o videonu yayan oğlanın anası şəhid anasıdır. Anası bizə yalvardı, həmin adam qarşımızda diz çökdü. Biz anaya dedik ki, sən niyə üzr istəməlisən? Sən şəhid anasısan, başını dik tut. O yalvardı ki, oğlumu bağışlayın. Buna görə də həmin adamı bağışladıq, məsələni həll etdik...”.


Həftənin “futbolçu müğənnisi”


İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldo komandanın şam yeməyi zamanı ənənəvi olaraq təşkil olunan "klub futbolçularına ithaf" prosedurundan keçdi. Komanda ilə 4 illik müqavilə imzalamış 33 yaşlı futbolçu stulun üzərinə çıxaraq mahnı oxuyub. Əksər klublarda yerinə yetirilən bu adəti kluba yeni transfer olunmuş Emre Can, Joau Kanselu və Leonardo Bonuççi də icra edib. Portuqaliyalı futbolçu yay transfer pəncərəsində "Real"dan "Yuventus"a 112 milyon avroya transfer olunub. Onun komandada illik maaşı 30 milyon avro təşkil edəcək.


Həftənin “ qeyri-adi pomidoru”


Qeyri-adi meyvə-tərəvəz yetişdirməyə marağı olan Zaqatala sakini bu dəfədə bostanında əkdiyi qara pomidorla görənləri təəccübləndirdi. O, Ukraynadan gətirdiyi sortu öz bağında yerli iqlimə uyğunlaşdırıb. Tərəvəzçiliyə maragı olan Zaqatala sakini qeyri-adi tərəvəzlər yetişdirir. O, bağında hətta qara pomidor da əkib. İxtisasca aqronom olan Aydın Sulxayev gənclik illərində müxtəlif fərqli sahələrdə çalışdığından öz sevdiyi peşəsi ilə ahıl yaşlarında məşğul olmaga başlayıb. Yuxarı Tala kəndində yerləşən bağ evinin həyətində yüzlərlə bitki becərən həmsöhbətimiz daha çox qeyri-adi güllər, meyvə və tərəvəzlər əldə edir. Elə qara pomidorun toxumunu da Ukraynalı bir dostundan alıb və yerli şəraitdə yetişdirib. Rayon sakini bildirir ki, bu qeyri-adi pomidor geni dəyişdirilmiş deyil. Yəni, selleksiya üsulu ilə əldə edilib.


Həftənin “qeyri-adi heyvanı”


Qax rayonunda qeyri-adi görünüşə malik olan heyvan tapıldı. Bu barədə mediaya heyvanı öz evində tapan rayon sakini Sərxan Osmanov məlumat verib. O, təmirlə məşğul olarkən evin çardaq hissəsində belə bir qeyri-adi canlı ilə rastlaşdığını bildirib. Rayon sakini söyləyib ki, heyvan baş hissədən siçana bənzəyir, quyruq tərəfdən isə dələkimilər fəsiləsinə aiddir.
"Bu heyvanı evin tavanından tutmuşam. Belə bir heyvanı ilk dəfə görürəm. Qeyri-adi görünüşə malik olan heyvanın uzunluğu təqribən 25 santimetr, quyruğunun uzunluğu isə 10 santimetrdən çoxdur. Adi siçanlarda quyruq hissə tüksüz və nazik olur. Ancaq bu heyvanda quyruq tüklü və qalındır", - deyə Sərxan Osmanov bildirib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018