Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Atanın qızına qarşı qəddarlığı görənləri dəhşətə gətirdi – VİDEO
Tarix: 27.08.2018 | Saat: 12:05:00
Bölmə:Dünya Video | çapa göndər

Azyaşlı uşağı vəhşicəsinə döyən azərbaycanlı barədə sosial şəbəkələrdə paylaşılan videonun “qəhrəmanı” həbs olunub.

Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin İran Azərbaycanın Mərənd şəhərində baş verdiyi və uşağı doğma atasının döydüyü aydın olub.

Sosial şəbəkələrdə yayılan videoda ata qızını döyə-döyə Azərbaycan türkcəsində “neyləyim?” sualını dəfələrlə təkrarlayır.

Məlumata görə, narkotik asılılığı olan adam öz qızını döyərək videoya çəkib və bu çəklişi ondan bir ildən artıqdır ki, boşanan keçmiş həyat yoldaşına göndərib.

Nazənin Zəhra adlı azyaşlı qızın anası İran KİV-inə verdiyi açıqlamada bildirib ki, videoya baxdıqdan sonra dərman ataraq intihar etmək istəyib, lakin onu həkimlər vaxtında xilas edə biliblər:

“Həyat yoldaşım ailəsinə bağlı olmadığı üçün bir il 5 ay bundan qabaq ayrıldıq. Lakin o hələ də bizi təhdid edir və müxtəlif problemlər yaradır. Mən evdə olmadığım zaman evə gələrək anamı aldadıb və uşağı özü ilə aparıb”.

Farsca və türkcə dialoqların yer aldığı videolardan belə görünür ki, narkoman ata qızını oğurlayıb.

“Bir də gördüm uşağı qapıb apardı”, - deyə Nazənin Zəhranın nənəsi Azərbaycan türkcəsində bildirib.

Narkoman ata uşağı anasından oğurladıqdan sonra onu dəhşətli işgəncələrə məruz qoyaraq videosunu anasına göndərib.

Video yayıldıqdan sonra məhkəmə orqanları narkoman atanın yaxalanması ilə bağlı qərar qəbul edib. Onun avqustun 16-da İran təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı bildirilir.

Artıq Nazənin Zəhra adlı azyaşlının anasına qovuşduğu da qeyd olunur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018